Icma.az
close
up
RU
Azərbaycan Almaniya münasibətləri öz inkişaf dövrünü yaşayır, davamlı siyasi dialoq mövcuddur

Azərbaycan Almaniya münasibətləri öz inkişaf dövrünü yaşayır, davamlı siyasi dialoq mövcuddur

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. Bu zaman prezident İlham Əliyev çox maraqlı məqamlara toxunub. İlham Əliyev qeyd edib: “Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdir. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu, özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq. Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz mümkün olan bu müqavilənin əsas prinsiplərini də ortaya qoyduq. Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi. Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ respublikasının taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz edirdik. Çünki “Dağlıq Qarabağ” adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Bu, bizim daxili işimiz olduğu üçün biz təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Almaniya arasında münasibətlər özünün inkişaf dövrünü yaşayır. Ölkələrimiz arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir.

Azər Badamov

“Prezident Frank Valter-Ştaynmayerin ölkəmizə səfəri və dövlət başçılarımız arasında aparılan müzakirələr ölkələrimiz arasındakı əməkdaşlığın dərinləşməsinə yeni bir impuls verəcək. Düzdür, Valter-Ştaynmayerin prezident qismində ölkəmizə rəsmi səfəri birinci dəfədir. Amma XİN rəhbəri kimi dəfələrlə ölkəmizə gəlmiş, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi, keçmiş Qarabağ münaqişəsinin dinc yolla həll olunması istiqamətində fikir mübadilələri aparılmışdır. Təəssüf ki, 30 ildən çox çəkən Azərbaycan Ermənistan müaqişəsinin ədaətli şəkildə həll olunması istiqamətində beynəlxalq ictimaiyyətin heç bir töhfəsi olmamışdır. Amma Azərbaycan öz gücü ilə bu münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində həll etmiş və bu gün ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması ilə bağlı mövqelərimiz əvvəllər heç olmadığı qədər yaxınlaşmışdır”-deyən Azər Badamov qeyd edib ki, dövlət başçımız Almaniya Prezidenti ilə ikitərəfli və nümayəndə heyətlərinin geniş tərkibinin iştirakı ilə keçirdiyi görüşlərdə mövqeyimizi və baş verən prosesləri qarşı tərəfin diqqətinə bir daha çatdırıb.

“Prezident İlham Əliyev ölkəmizdə keçirilən qlobal əhəmiyyətli COP 29 tədbirində iştirak etməyən yeganə ölkənin Ermənistan olduğunu və iştirak etməməsinin səbəbini başa düşülən olmadığını bir daha almaniyalı həmkarının diqqətinə çatdırıb”-deyə deputat vurğulayıb.

“Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir və əməkdaşlığın inkişaf etdirilməsinin hüquqi bazasını yaradan 77 sənəd imzlanıb. Bu ilin 2 ayı ərzində keçən ilin müvafiq dövrünə nisbətən ticarət dövriyyəsində 3 dəfədən çox artımın olması xüsusilə qeyd olunub. Almaniya Azərbaycan arasında ticarət dövriyyəsinin artmasının əsasında xam neftimizin alışının artırılması dayanır. Həm də Almaniya şirkəti ilə əməkdaşlıq edərək qazımızın Avropa bazarına istehlakını həyata keçiririk. Dövlət başçılarımız ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Belə ki, Azərbaycanın "yaşıl gündəliyi" çox zəngindir və 2030-cu ilə qədər 6 Gigivat gücündə bərpa olunan enerji gücümüz formalaşcaq. Təbii ki, bərpaolunan enerjimizin Avropaya ixrac edilməsində Almaniya ilə əməkdaşlığımızın dərinləşdirilməsi müsbət nəticələr verəcək”-deyən Azər Badamov qeyd edib ki, humanitar sahədə də əməkdaşlığımız inkişaf edir və bu, xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcək.

“Azərbaycanla Almaniyanın hökumətləri və parlamentlər arası münasibətlər yüksək səviyydə inkişaf edir. Dövlət başçılarının və digər rəsmilərinin qarşılıqlı səfərləri ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır, qarşılıqlı hörmət və fayda əsasında münasibətlərin möhkəmlənməsinə töhfə verir”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri