Icma.az
close
up
RU
Azərbaycan artıq regional reallıqları müəyyən etməklə yanaşı, həm də qlobal miqyasda strateji əhəmiyyətə malik güc mərkəzidir

Azərbaycan artıq regional reallıqları müəyyən etməklə yanaşı, həm də qlobal miqyasda strateji əhəmiyyətə malik güc mərkəzidir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin artıq ənənəyə çevrilən yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan və ABŞ münasibətlərinin inkişafına, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Genişmiqyaslı müsahibə ölkəmizin suverenliyinin tam bərpasından sonra keçdiyi yeni tarixi dövrün dərin siyasi və iqtisadi təhlilini təqdim etdi. Dövlət başçısının qətiyyətli bəyanatları Azərbaycanın daxili sabitliyinin, xarici siyasətinin və quruculuq əzminin sarsılmazlığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənab prezidentin qətiyyətli və uzaqgörən bəyanatları göstərir ki, Azərbaycan artıq yalnız regional reallıqları müəyyən edən subyekt deyil, həm də qlobal miqyasda strateji əhəmiyyətə malik güc mərkəzidir. Dövlət başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinə çatdırdı. Sözsüz ki, ölkə başçısı müsahibəsində həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi. Prezidentin çıxışı xüsusilə regionda baş verən dəyişikliklər, sosial-iqtisadi inkişaf və dövlətin strateji layihələri, həm daxili, həm də xarici siyasətdə qarşıda duran prioritetlər ilə bağlı verdiyi açıqlamalarla yadda qaldı. Üç saat davam edən müsahibə hər şeydən öncə cənab Prezidentin media sahəsinə verdiyi önəmin, mətbuatla sıx münasibətlərinin göstəricisidir.

Azərbaycan-Amerika münasibətləri kontekstində 2025-ci ilin tarixi il sayıldığını qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağ Evdə Prezident Trampın və Azər­bay­can Respublikası Prezidentinin iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişə son qoyulduğunu da xatırlatdı. 907-ci düzəliş Azərbaycana qarşı böyük ədalətsizlik idi və uzun müddət bu ədalətsizlik Azər­bay­canın istər siyasi, istərsə də iqtisadi nufuzuna təsir göstərmişdi. Siyasi təsir mexanizmləri bu ədalətsizliyin aradan qaldırılmasına imkan vermirdi. Dünyəvi siyasət, bəşəri siyasət olmadan belə bir haqsızlığı aradan qaldırmaq çətin idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­ye­vin xarici siyasəti bu ciddi problemin aradan qaldırılmasına imkan yaratdı. Dövlət başçımız mü­sa­hibədə bu haqda da müfəssəl məlumat verdi və bu məlumat tarixi gerçəkliyin ifadəsi oldu.

Dövlət başçımız Azərbaycanın Çinlə strateji tərəfdaşlığından, Azərbaycanın D-8 təşkilatına üzv olmasından, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsindən, işğaldan azad edilmiş rayonları­mızın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsindən də danışaraq Qəbələdə Türk Döv­lət­ləri Təşkilatının Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlıq elementi barədə təklifdən də söz açdı.

Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. 2020-ci ili noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizi açılmalıdır. Ancaq müəyyən səbəblərdən bu, hələ öz həllini tapmayıb. Müsahibədə bu məsələ ilə əlaqədar dövlət başçımız dedi ki, “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir”.

Prezidentin müsahibəsində daxili siyasət məsələlərinə xüsusi yer ayrılması dövlət idarəçiliyində sosial rifah amilinin prioritetliyini bir daha ön plana çıxarmışdır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların balanslı tərəqqisi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas sütunları kimi təqdim olunmuşdur. Bu yanaşma Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinə sadiqliyini ifadə edir. Müsahibə zamanı dövlət başçısı regionların idarə edilməsində tətbiq olunan yeni idarəetmə modeli — Xüsusi Nümayəndəlik İnstitutu barədə danışarkən, kadr seçimində peşəkarlıq və dövlətə sədaqət prinsiplərinin alternativsiz olduğunu xüsusi vurğulamışdır.

Son 20 ilin statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox artıb. Azərbaycan dövləti bu illər ərzində geniş iqtisadi islahatlar həyata keçirib, böyük neft-qaz layihələri icra edilib və əldə edilən gəlirlər sosial sahəyə yönəldilib. Bunu qeyd edən dövlətimizin başçısı deyib: “İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”. Həmçinin son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Beləliklə bu, Azərbaycan dövlətinin siyasəti, o cümlədən iqtisadi siyasətinin ayrılmaz hissəsidir.

Dövlət başçısının “İşğaldan azad edilən bölgələri bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir” fikri, Qarabağ və Şərqi Zəngəzurun təkcə mərkəzlə deyil, həm də daxili şəbəkələr vasitəsilə bir-birinə sıx bağlanmasını nəzərdə tutur. Bu strateji vəzifənin icrası Şuşa, Ağdam, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanı birləşdirən müasir yol-nəqliyyat infrastrukturu bölgənin iqtisadi qan damarlarını formalaşdırır. Bu, region daxilində logistik xərclərin azaldılmasına və hərəkət intensivliyinin artmasına imkan verir, bölgələrin bir-biri ilə inteqrasiyasının kənd təsərrüfatı, turizm və sənaye sahələrində vahid dəyər zəncirinin yaradılmasını təmin edir, bununla da əhalinin məskunlaşdığı məntəqələr arasında kəsintisiz əlaqənin olması sosial xidmətlərin əlçatanlığını artırır və azad edilmiş ərazilərdə həyat keyfiyyətini ölkə üzrə orta göstəricilərdən yuxarıya qaldırır.

Dövlət başçısının qətiyyətli bəyanatları və elan etdiyi strateji prioritetlər bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə daha böyük zəfərlərə, sarsılmaz sabitliyə və yüksək rifaha doğru inamla addımlayır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri