Icma.az
close
up
RU
Azərbaycan AŞPA ya ancaq bu halda qayıda bilər Şərtlər MƏLUM OLDU

Azərbaycan AŞPA ya ancaq bu halda qayıda bilər Şərtlər MƏLUM OLDU

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən ilin yanvar ayının 24-də  Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyninə səs veriblər.

Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini dayandırıb.

Azərbaycanın yenindən bu Avropa təşkilatında təmsil olunub-olunmayacağı hələlik məlum deyil.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, AŞPA özü özünü çox çətin bir vəziyyətə salıb:

“Söhbət yalnız AŞPA-dan getmir. Fransa prezidenti Makron və digər ölkələrdən olan Avropa qurumları və siyasətçiləri, parlamentləri özlərini dərin quyuya saldılar. Bu quyunun içərisindən çıxmaq müşkül məsələdir. Onların içərisində Avropa Şurası öndə gedir. Elə oldu ki, hətta öz fəaliyyətimizi dayandırdıq. İndi cərəyan edən hadisələr onların apardığı siyasətin iflasa uğramasıdır. Onlar Azərbaycanın yeni yaratdığı siyasəti qəbul etmək istəmirdilər, ancaq dünya, xüsusilə ABŞ bu reallığı ən yüksək səviyyədə qəbul etdi. Onlar ABŞ-ni, xüsusilə Trampı sanki dar ağacına çəkmək istəyirdilər. İndi gedib Trampın kabinetində kütləvi şəkildə təhlükəsizlik qarantiyası istəyirlər. Bu təhlükəsizlik qarantiyalarını ona görə istəyirlər ki, təhlükəsizlik sistemini özləri dağıdıb, paramparça etdilər. Biz bu haqda dəfələrlə demişik. İndi top onlardadır".

Komitə sədri qeyd edib ki, AŞPA üzvləri bu dünyada çaxnaşmlar, sərhədlərin tanınmaması, dəyərlərin iflasa uğraması, ikili standartları və sair məsələləri gündəmə gətirib, dəstəkləyirdilər:

"İndi də belə bir vəziyyətdədirlər. Ona görə də oturub papaqlarını qabaqlarına qoyub düşünüb fikirləşsinlər ki, bu siyasət onları belə hala salıbsa və onlar bunu dəyişdirmək istəmirlərsə, deməli, özlərini məhv edəcəklər. Yox, dəyişiklik edəcəklərsə, onlarla təbii ki, hansısa ünsiyyətin qurulması gündəmə gələ bilər.  Axı biz bu konfiliktləri yaratmamışıq. Onlar bu konfiliktləri yaradıblar, özləri də həll etməlidirlər. Əvvəllər çox çaxnaşırdılar, hətta üstümüzə gəlirdilər, faktiki olaraq, bizi ittiham edirlər. İndi isə hamının gözünün qabağında ABŞ prezidentinə yalvarırlar ki, vəziyyət çox gərgindir, bizim taleyimiz nə olacaq, nə edəcəyik, bizə kömək et. Bəs Trampın üstünə gələndə, onun seçkilərini saxytalaşdıranda, onu hakimiyyətdən zorla uzaqlaşıdranda, Baydenlə əlbir olub erməniləri dəstəkləyəndə, Azərbaycan Prezidentinə qarşı ağlasığımaz qaralama kampaniyaları ilə məşğul olanda bütün bu məsələləri Azərbaycan xalqının üzərinə yıxanda bu günün sabahının olduğunu fikirləşmirdilər. İstəyirlərsə ki, Avropa yenə də nüfuza malik olub, öz siyasətini yeritsin, onlar öz siyasətlərini dəyişməlidirlər. 90-cı illərdə Balkanlarda müharibə başlayanda Belçikanın xarici işlər naziri Avropanı səciyyələndirən, onun rolunu müəyyən edən bir ifadə işlətdi. Bax o ifadənin məğzi bundan ibarətdir: “Avropa iqtisadiyyat cəhətdən nəhəngdir, amma siyasi cəhətdən cırtdandır". Bu da özünü əyani şəkildə göstərməyə başlayır. İqtisadi cəhətdən Avropanın potensialı, bəli böyükdür, amma siyasi cəhətdən təsir imkanları cırtdanlaşıb. Belçika xarici işlər nazirinin ifadəsi öz əksini bu gün tamamilə tapır. Mən vəziyyəti belə xarakterizə edərdim".

Komitə sədri vurğulayıb ki, Avropa Şurası üzr istəməklə kifayətlənməməlidir:

"Söhbət üzr istəməkdən getmir. Təbii olaraq, Azərbaycan əleyhinə qətnamə qəbul etməklə böyük səhv etmişdilər. Qətnamənin özünün mətni dəyişdirilməlidir. Orada Azərbaycana qarşı ağlasığmaz ittihamlar var. Amma üzr istəyib, sabah öz siyasətlərini yürüdən insanları, təşkilatları biz çox görmüşük. Söhbət üzr istəməkdən getmir. Onların üzləri elədir ki, bu gün üzr istəyib, sabah öz siyasətlərini yürüdəcək. Söhbət təşkilatın içərisində köklü, əsaslı dəyişiklikdən, bu günün siyasətini, Azərbaycanın yaratdığı yeni reallığı, ABŞ-nin təklif etdiyi gündəmi qəbul etməkdən gedir. Bu baş verəcəksə, onda hansısa prespektivlər gündəmə gələ bilər. Yox, bunlar sadəcə yenə də baş aldatmaqla məşğul olub, hansısa fomrada ikili standartlarla sözdə bir şey deyib, əməldə ayrı addımlar atacaqsa, bunun heç bir mənası yoxdur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri