Icma.az
close
up
RU
Nəsiminin məzarını Azərbaycana gətirməliyik? Deputat qarşı çıxdı

Nəsiminin məzarını Azərbaycana gətirməliyik? Deputat qarşı çıxdı

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Əsəd hakimiyyəti illərində Nəsiminin məzarı baxımsız qalıb, vətəndaş müharibəsi illərində isə bəzi hissələri dağılıb.

Bir müddət əvvəl xəbər vermişdik ki, Nəsiminin məzarının bərpa edilməsi müzakirə edilir.

Məlumata görə, məzarın bərpası məsələsi Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlərdə də gündəmə gəlib. 

Rəsmi açıqlamada deyilir ki, liderlərin görüşündə mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Nəsiminin məzarının Azərbaycana gətirilməsini təklif edənlər var. Təklif birmənalı qarşılanmasa da, onu dəstəkləyənlər də az deyil.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, vaxtilə Azərbaycan etno-mədəni coğrafiyasının tərkib hissəsi olmuş bir çox şəhərlərdə xalqımızın yetişdirdiyi tanınmış şairlərin, yazıçıların, alimlərin, filosofların məzarları yerləşir: "Təəssüf ki, bu gün Azərbaycan Respublikası həmin geniş coğrafiyanın cəmi təxminən yüzdə iyirmi faizini əhatə edir",

O qeyd edib ki, belə olan halda min illər boyunca mədəniyyət və dövlətçilik yaratdığımız ərazilərdə dəfn olunmuş böyük şəxsiyyətlərin məzarlarını gətirib bugünkü inzibati-siyasi sərhədlərimiz daxilində yerləşdirməyin nə qədər məntiqli olduğu sual yaradır: 

“Məhz bu səbəbdən məsələ cəmiyyətin müzakirəsinə çıxarılmalı mövzulardandır. Çünki belə bir addım atılacağı təqdirdə biz öz əlimizlə Azərbaycan mədəniyyətinin daha geniş bir coğrafiyada mövcud olduğunu sübut edən tarixi faktları və dəlilləri itirmiş olarıq”.

H.Babaoğlu əlavə edib ki, belə yanaşma ilə gərək biz Füzulinin məzarını İraqdan, Nəsiminin məzarını Hələbdən, Nəsrəddin Tusinin məzarını Tusdan, Xaqaninin məzarını Təbrizdən, Mirzə Fətəlinin məzarını Tiflisdən, Dədə Qorqudun məzarını isə Dərbənddən gətirək və bunları cəmisi 20 faiz ərazimizə həbs edək:

“Düşünürəm ki, bu doğru yanaşma olmazdı. Əksinə, Azərbaycan öz tarixi-mədəni coğrafiyasına yenidən qayıtmalı, zamanında bu torpaqlarda qoyduğu izləri bərpa etməli və böyük millət olduğunu dünyaya göstərməlidir”. 

Deputat sonda qeyd edib ki, hər bir məzar, eləcə də Nəsiminin məzarı Hələbdə olduğu yerdə qorunmalı, mədəni irsimizin daşıyıcısı kimi gələcək nəsillərə çatdırılmalıdır. Qərbi Azərbaycanda, İrəvanda, Zəngəzurda, Göyçədə yerləşən məzarlarımız da elə yerindəcə mühafizə olunub saxlanılmalıdır.

Aytac Bəhruzqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri