Icma.az
close
up
RU
Deputat qarşı çıxdı: “Mən buna səs verməyəcəyəm

Deputat qarşı çıxdı: “Mən buna səs verməyəcəyəm

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı ilin büdcə–vergi paketi kiçik sahibkarın çiyninə əlavə yük olacaq.

Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev deyib.

O bildirib ki, xüsusilə fərdi sahibkarlar üçün təklif edilən yeni sosial sığorta mexanizmi iqtisadiyyatın ən həssas təbəqəsini – kiçik dövriyyəli biznesi zərbə altına salır:

“Muzdlu işçilərə gəlincə, burada da eyni yanlış yanaşmanın davam etdiyini görürük. Əməkhaqqı artmadan vergi yükü artırılır və bu da “cəmi 3 faiz artım” kimi təqdim edilir. Halbuki mövcud 30 faizlik yüklənmə 37 faizə qalxır və bu, rəsmi şəkildə insanların gəlirindən daha çox vergi tutulması deməkdir. Bu addım əmək müqavilələrinin ləğvini və kölgə iqtisadiyyatına axını daha da sürətləndirəcək. Əslində əməkhaqqı artmadan vergi artımı sosial siyasət deyil, sosial təzyiqdir”.

Deputat qeyd edib ki, aksizlər üzrə dəyişikliklər də iqtisadi məntiqə söykənmir:

“İçməli spirtdə və alkoqollu içkilərdə 0.2 manatlıq, energetik içkilərdə 0.2 manatlıq, siqaretdə 9.5 manatlıq artım, mobil cihazlara görə 20 manatlıq aksiz, 7 ildən köhnə avtomobillərin idxalında əmsalın benzin üçün 1.2-dən 1.5-ə, dizel üçün 1.5-dən 2-yə qaldırılması – bütün bunlar birbaşa bazarda qiymət artımı deməkdir. İnflyasiyanın yüksək olduğu bir dövrdə belə addımların atılması vətəndaşın cibinə ciddi təsir edəcək addımdır.

İctimai iaşə sektoruna gəlincə, POS-terminal dövriyyəsinin 50 faizinin ƏDV-dən azad edilməsi və sadələşdirilmiş verginin 8 faizdən 6 faizə endirilməsi üç il müddətinə nəzərdə tutulub. Sual yaranır: üç ildən sonra nə olacaq? Bu sektorun üç il nəfəs almasına imkan yaradıb, sonra yenidən boğmaq planı hansı məntiqə əsaslanır? İctimai iaşə pandemiyadan, inflyasiyadan, xammal bahalaşmasından zərbə alıb, indi də vergi rejiminin qeyri-sabitliyi ilə üz-üzə qoyulur. Belə şəraitdə, məhz uzunmüddətli sərmayə qoymaq istəyənlərin sayı ciddi şəkildə azalacaq.

Təqdim olunan sənəd iqtisadi fəallığı gücləndirmir, əksinə, fəallığa təzyiq göstərir.

Biz bu formada qəbul olunan layihənin ölkə üzrə minlərlə kiçik biznesi bağlayacağını, regionlarda tənəzzülü dərinləşdirəcəyini və vergi daxilolmalarını azaldacağını güman edirik. Buna görə də sənəd yenidən işlənməli, kiçik sahibkarın, muzdlu işçinin və regionların maraqları nəzərə alınmalıdır.

Büdcə layihəsinə müsbət səs verdim. Amma bu şərtlər daxilində sözügedən dəyişikliyin lehinə səs verməyəcəm”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri