Icma.az
close
up
RU
Azərbaycan Avropa ilə Asiya ölkələrinin qlobal ticarətdə üzləşdiyi risklərin aradan qaldırılması məkanına çevrilib

Azərbaycan Avropa ilə Asiya ölkələrinin qlobal ticarətdə üzləşdiyi risklərin aradan qaldırılması məkanına çevrilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Müasir dünyada dövlətlərin iqtisadi inkişafını tranzit-nəqliyyat əlaqələri və enerji sistemi olmadan təsəvvür etmək mümkün deyil. Dövlətlərin iqtisadi inteqrasiya proseslərinə qoşulmadan inkişafından söhbət gedə bilməz. Bu baxımdan dünya əhalisinin 60 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışması təsadüfi xarakter daşımır.

1996-сı ildə yaradılan “Şanxay beşliyi” nin (Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan) əsasında formalaşan ŞƏT-ı yeni üzvlər hesabına böyüyərək hazırda Avrasiya materikinin 3,5 milyon kvadratmetr ərazisini (65 faiz) əhatə edir. Qlobal xarakter daşıyan iqtisadi çətinliklərə baxmayaraq 2024-cu ildə təşkilata üzv dövlətlərin sənaye istehsalı ümumilikdə 4,6, ümumi daxili məhsul (ÜDM) istehsalında isə 5 faiz artım müşahidə edilib. Böyük iqtisadi potensiala malik olan təşkilatla əməkdaşlıq əlaqələrinin artması region ölkələri üçün faydalıdır.

Çin ŞƏT-nın iqtisadi və siyasi cəhətdən ən qüdrətli dövlətidir. Bununla yanaşı Pakistan, Türkiyə, İranın təşkilata üzvlüyü onun potensialını daha da artırır. ŞƏT-nın sentyabrın 1-də Tiencin şəhərində keçirilən 25-ci Sammitində 30 dövlət başçısı və 10 beynəlxalq təşkilatın təmsilçisi iştirak edib. Sammitdə Çinin üzv dövlətlərə qrant formasında 275 milyon, kredit formasında isə 1,4 milyard dollar vəsait ayıracağını bildirməsin onun iqtisadi və siyasi qüdrətinin göstəricisi olmaqla yanaşı dünya iqtisadiyyatına inteqrasiyasının gücləndirmək niyyətini də ortaya qoyur.

Azərbaycanın coğrafi mövqeyi və dövlət siyasətinin praqmatik xarakter daşıması onu cəlbedici partnyora çevirib. Çinin irəli sürdüyü beynəlxalq layihələrdə Azərbaycan aparıcı yer tutur. İstər nəqliyyat-tranzit, istərsə də enerji sahələrində əməkdaşlıqda rəsmi Bakı Pekin ilə Avropa arasında körpü funksiyasını yerinə yetirir. Bu funksiya ölkəyə iqtisadi dividentlər qazandırmaqla yanaşı siyasi zəmanət də verir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi regionda yeni reallıq yaradıb ki, bu da beynəlxalq ticarət və enerji əməkdaşlıq əlaqələrinin artmasına üçün əlverişli siyasi və iqtisadi imkanları meydana çıxarıb. Çin Avropa ilə ticarət əlaqələrinin inkişafında Azərbaycana böyük üstünlük verir. Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi bu əməkdaşlıq üçün ortaya qoyduğu faktlardan biridir. Məsələnin mahiyyəti ondan ibartətdir ki, Zəngəzur dəhlizi yalnız Çin və Azərbaycana deyil, ŞƏT-na üzv olan dövlətlər üçün də səmərə verəcək.

Berlində fəaliyyət göstərən Çin tədqiqatlar institutunun əməkdaşı Klaus Sun (Claus Soong) “dpa” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, Çin ŞƏT-nin Sammiti vasitəsi ilə beynəlxalq münasibətlərdəki yüksək rolunu nümayiş etdirdi. Bunun üçün onun iqtisadi və siyasi potensialı var. Bu potensialdan istifadə edib dayanıqlı iqtisadi inkişafını təmin etdir. Onun fikrincə ŞƏT regional təşkilatdan qlobal quruma çevrilir.

Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq əlaqələr və əməkdaşlıq Mərkəzinin direktoru Abay Saxanov nəzərə çatdırıb ki, bu gün Çin şirkətləri ŞƏT-ə üzv dövlətlərdə 3 mindən çox müəssisə açaraq 200 min iş yeri yaradıblar. Ötən il Çin ilə üzv dövlətlər arasındakı ticarət dövriyyəsinin həcmi 512,4 milyard dollar səviyyəsinə çatıb ki, bu da 2023-cü illə müqayisədə 2,7 faiz çoxdur. Onun sözlərinə görə Sammitdə “2035-ci ilə kimi ŞƏT strateji inkişaf haqqında” sənədin imzalanması perspektivdə üzv ölkələrin iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyacağından xəbər verir.

Bu gün aktuallığı ilə ABŞ-ın da diqqətini cəlb edən Zəngəzur dəhlizi və bu dəhlizin fəaliyyəti üçün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri rəsmi Bakını ŞƏT-na üzv ölkələrin ən yaxın tərəfdaşına çevirib.

Orta Dəhlizin əsas seqmentinə çevrilən Zəngəzur Dəhlizi eyni zamanda təşkilat üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar yaratmaq, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması Transxəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir.

Türkiyə ilə ŞƏT ölkələrinin ticarət və iqtisadi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycanın təşəbbüsləri “Orta dəhliz”in rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artıb və bu istiqamətdə işlər sürətlənib.

Orta dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhvə verir, Avropa ilə ŞƏT-ı arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də azaldır. 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artıb. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90 faiz artım qeydə alınıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 faiz təşkil edib. Bu nəticələr Prezident İlham Əliyevin və Azərbaycanın strateji baxışının artıq mərhələ-mərhələ reallığa çevrildiyini söyləməyə imkan verir.

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edərək deyib: “Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.

Azərbaycanın hazırda üzərində işlədiyi nəqliyyat layihələri və transmilli enerji layihələrinin inkişaf etdirilməsi Orta Dəhliz layihəsinin potensialını yüksəldəcək, siyasi və investisiya dəstəyini artıracaq. İşğaldan azad edilmiş ərazilərimizdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından əhəmiyyətə malikdir. Uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti hazırdır. Zəngəzur Dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq və Şərq-Qərb istiqmətində yüklərin sürətlə daşınmasına böyük rol oynayacaq.

Beləliklə, qeyd etmək olar ki, Orta Dəhliz layihəsi artıq reallıqdır və Çinindən başlayan Şimal və Cənub dəhlizlərinə alternativ yaradır və strateji əhəmiyyəti ilə fərqlənir. Orta Dəhliz yeni geosiyasi reallıq yaratmaq potensialına malikdir. Şərqlə-Qərb arasında alternativ ticarət əlaqəsi imkanı kimi yaxın perspektivdə aktuallığını qoruyacaq. Dəhliz Çin üçün təhlükəsizlik, enerji, xarici ticarət və nəqliyyat baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu dəhliz ŞƏT ölkələrinin strateji dəyərini artırır və iqtisadi tərəqqiyə töhfə verməklə yanaşı, sürətlə dəyişən qlobal şərtlərdə daha əlverişli mövqeyə malik olmaq imkanları verir.

ŞƏT-nın 25-ci Sammiti Azərbaycanın artıq təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya regionunda aparıcı aktor olduğunu dünyaya təqdim etdi. Azərbaycan logistika, nəqliyyat strategiyası ilə qlobal müstəviyə inteqrasiya olunub və Avropa ilə Asiya ölkələrinin qlobal ticarətdə üzləşdiyi risklərin aradan qaldırılması məkanına çevrilib və tərəfdaşlarının uğurunu şərtləndirəcək qədər əhəmiyyət qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri