Azərbaycan Basketbol Liqasında bu gün daha iki oyun baş tutacaq
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun baş tutacaq. SİA xəbər verir ki, hər iki qarşılaşma A qrupunda keçiriləcək.
Əvvəlcə NTD “Sərhədçi” ilə üz-üzə gələcək.”Sərhədçi” 19 xalla qrupda beşinci pillədə qərarlaşıb. Sonuncu - altıncı olan NTD-nin 18 xalı var.
Günün son matçında “Naxçıvan” “Sabah”la görüşəcək. “Sabah” 25 xalla qrup lideridir. 24 xalı olan “Naxçıvan” isə ikincidir.
Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, XV turun daha əvvəl baş tutan qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Kəpəz” isə “Sumqayıt”ı 90:81 hesabı ilə məğlub edib.
Baxış sayı:65
Bu xəbər 28 Fevral 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















