Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq kredit reytinqinin endirilməsini niyə istəyib? İLQAR MƏMMƏDOV DEYİR Kİ...

Azərbaycan beynəlxalq kredit reytinqinin endirilməsini niyə istəyib? İLQAR MƏMMƏDOV DEYİR Kİ...

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan hökuməti tarixdə oxşarı az olan bir addım atdı. İqtisadiyyat dərsliklərində belə hal adətən “nəzəri” kimi öyrənilir. Amma Azərbaycan bunu gerçək həyatda etdi: özünün beynəlxalq kredit reytinqinin endirilməsini (!) birbaşa qaydada xahiş etdi”.

Gununsesi.info bildirir ki, bunu siyasətçi İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, bu, ağlasığmaz addımdır:” Bütün ölkələr çalışır öz reytinqini artırsın və beləliklə dünya maliyyə bazarında dövlət də, ölkənin şirkətləri də daha yaxşı şərtlərlə kredit götürüb işləyə bilsin.

Azərbaycan isə, dünya tarixində bəlkə də ilk dəfə, məşhur agentlikdən birbaşa xahiş etdi ki, yox, mənim reytinqimi necə artırmışdınızsa, elə də aşağı sal.

Niyə? Sıradan hadisə olmadığı üçün və ağlabatan səbəb gətirilmədiyi üçün, bu haqda ancaq ehtimallar qura bilərəm.

Bunlardan heç biri Azərbaycan iqtisadiyyatının xeyrinə deyil, böhran əlamətidir. Aşağıdakı səbəblər bir-birinə tam və ya qismən qarışmış da ola bilər.

Ehtimallardan biri budur ki, Azərbaycan özünün xarici borcunun qaytarılması şərtləri haqda kreditorlarla müzakirəyə girməyə hazırlaşır. Hökumət ödənişin ertələnməsini istəsə, kreditorlar deyər ki, reytinqiniz yaxşıdır, heç bir ertələnməyə səbəbiniz yoxdur, ödəyin. İş burasındadır ki, yaxın bir neçə il ərzində xarici borcun təxminən yarısı qaytarılmalıdır. Qızğın vaxtdır və bu zaman reytinq artımı ertələnmə xahişinə mane ola bilər.

Elədirsə, onda demək yeni və çeşidli sərvətlər yaradan siyasət yeritmək əvəzinə hökumət köhnə və monopoliyalıq bir sərvət olan neft ilə borc arasında tarazlıq axtarır. Ayıb. İnsanlar iqtisadiyyatımızın daha da geriləməsinə hazırlaşsın.

İkinci ehtimala görə, reytinq agentliyi son büdcə paketindəki vergi və cərimə artımlarını nəzərə almadan reytinqi yüksəldib deyə, hökumət bu xahişini edib. Yoxsa gələn rüb agentlik həmin reytinqi birdən-birə çox endirməli olacaqdı və bu şok yaşada bilərdi.

Elədirsə, onda büdcə paketinin qəbulu zamanı YAP`ın dediyi hər şeyin mənasız söz oyunu olduğunu hökumət özünün bu xahişi ilə sübut etmiş oldu. Daha yüksək vergi və cərimələr o deməkdir ki, dövlətin maddi vəziyyəti heç də yaxşı deyil, yəni heç reytinq də yüksəldilə bilməz, nəinki həyat səviyyəsi”.

İlqar Məmmədov digər ehtimal kimi hesab edir ki, hökumət gələn il özünün bəzi etibarlı sayılan aktivlərini satmaq niyyətindədir – səhmlər, qiymətli kağızlar-filan:”Bunun nəticəsində reytinq birdən birə yerə çırpılmasın deyə, hökumət sözü gedən xahişi edib.

Elədirsə, demək Azəbraycan özünün ehtiyyatlar strukturunu dəyişmək istəyir. Yəni daha az etibarlı səhm və kağızlara yatırım etmək istəyir. Neft gəlirlərinin azalmasını daha sağlam iqtisadi siyasət ilə qarşılamaq əvəzləmək yerinə, hökumət rezervləri daha böyük riskə məruz qoymaq yolunu seçib. Pulu tükənən adam gedib lotereya aldığı kimi”.

Siyasətçi düşünür ki, borc götürə bilən böyük dövlət müəssisələri və hökumət öz aralarında dil tapa bilməməsi amili də ola bilər:

“Həmin müəssisələr lobbiçilik göstərib dövlətin qarantiyası ilə müvəqqəti ucuzlaşan kredit ala bilməsin deyə, hökumət beynəlxalq kreditlərin mümkün ucuzlaşmasına qarşı həmin bu xahişini edib.

Elədirsə, bu hal, həm ölkədə maliyyə bazarının primitivliyini, inkişaf etdirilməməsini ifşa edir, həm də idarəetmənin səmərə əvəzinə korrupsiya və şəxsi təsir üzərində qurulduğunu aydın göstərir. Həmçinin,  ola bilsin ki, hökumət prinsipcə qaçılmaz olan devalvasiyanı 2028 seçki ilinə saxlamaq istəmir, 2026`da həyata keçirib növbəti iki ildə onun mümkün siyasi təsirlərini azaltmaq fikrindədir, amma bu niyyət haqda reytinq agentliklərinin xəbəri yoxdur. Ona görə hökumət xahiş edib ki, reytinqimizi artırmağa tələsməyin, yoxsa sonra bərk düşüb ölkəni daha da incidə bilər”.

Afət Abbasova 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri