Azərbaycan bir çox vyetnamlı üçün ikinci evə çevrilib
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vyetnam Prezidenti To Lam Azərbaycanda təhsil alan minlərlə vyetnamlı tələbənin qazandıqları bilikləri öz ölkələrində tətbiq etdiklərini bildirib.
Modern.az xəbər verir ki, To Lam bu barədə noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda danışıb.
“Bir çox vyetnamlı üçün Azərbaycan indi onların ikinci evinə çevrilib. Minlərlə vyetnamlı tələbə Azərbaycandakı auditoriyalarda yetişib, orada əldə olunan bilikləri ata yurdunda tətbiq edib, müəllimlərinə və dostlarına səmimi hisslər keçirib”, – Vyetnam Prezidenti deyib.
İlham Əliyev də çıxışında sovet dövründə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayını açıqlayıb:
“Sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 21 Noyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















