Icma.az
close
up
RU
Azərbaycan BMT nin Qadınların Statusu Komissiyasının 69 cu sessiyasında təmsil olunur

Azərbaycan BMT nin Qadınların Statusu Komissiyasının 69 cu sessiyasında təmsil olunur

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) icrası və qiymətləndirilməsinə həsr olunmuş Qadınların Statusu Komissiyasının (CSW69) 69-cu sessiyasının açılışı olub.

Sessiyada BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələri, BMT qurumları və ECOSOC-a akkreditə olunmuş qeyri-hökumət təşkilatları (QHT-lər) iştirak edir.

Sessiyada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya çərçivəsində yüksək səviyyəli dəyirmi masa, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC), BMT-də İslam Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı iqlim koalisiyası - KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda yan tədbir keçiriləcək.

CSW69-da Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının nəzərdən keçirilməsi də daxil olmaqla, dünyada gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına diqqət yetirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il qlobal ictimaiyyət Dördüncü Dünya Qadınlar Konfransının və Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) qəbul edilməsinin 30-cu ildönümünü qeyd edir.

Qadınların Statusu Komissiyası (CSW) 21 iyun 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) qərarı ilə Şuranın funksional komissiyalarından biri kimi yaradılıb.

BMT-nin ən mühüm orqanlarından biri olan CSW, qadın və kişi bərabərliyinin təmin edilməsi və qadınların gücləndirilməsi üçün qlobal səviyyədə fəaliyyət göstərməyi hədəfləyir.

Hər il mart ayında CSW iclasları ilk 3 gün yüksək səviyyəli iştirak, qalan günlər isə texniki işlər və müzakirələrlə müşayiət olunur. UN Women tərəfindən dəvət edilən bütün BMT-yə üzv və müşahidəçi ölkələrin hökumət nümayəndələri, BMT rəsmiləri və vətəndaş cəmiyyəti təşkilatlarının yüzlərlə iştirakçısı bu toplantılarda iştirak edir. (“Report”) 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri