Azərbaycan boksçuları Gimnaziada da iştirak edəcək
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aprelin 4-dən 14-dək Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, multi-idman yarışında Azərbaycan boksçuları da mübarizə aparacaq.
Kadetlərin böyük məşqçisi Vüqar Məmmədov və məşqçi Samir Məmmədov Zlatiborda keçiriləcək Oyunlarda Babək Abdullayev (40 kq), Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Məmməd Həsənli (46 kq), Amin Həsənov (48 kq), İsmayıl Aslanlı (50 kq), Yusif Əli (52 kq), Nəriman Əli (54 kq), Sabir Rüstəmov (57 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyevə (80 kq) şans verəcək.
Yarışda qızlardan ibarət millimizin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Nəzrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (40 kq), Aişə Muradova (44 kq), Ayşən Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq) və Xumar Cəfərli (70 kq) rinqə çıxacaqlar.
Qeyd edək ki, Oyunlarda boksçuların mübarizəsində aprelin 7-də start veriləcək və 6 gün sonra yekun vurulacaq. Komanda Serbiyaya aprelin 4-də yollanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















