Icma.az
close
up
RU
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək EKSPERT

Azərbaycan Bolonya sistemindən imtina etməyəcək EKSPERT

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu sistem artıq beynəlxalq səviyyədə uğurlu sistem kimi özünü təsdiq edib

Rusiyada ali məktəblərdə “bakalavr” və “magistr” dərəcələri bu ilin 1 sentyabrından etibarən ləğv ediləcək. Bu barədə Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva bildirib. Deputatın sözlərinə görə, onların əvəzinə baza ali təhsil və ixtisaslaşmış ali təhsil formatları tətbiq olunacaq.

Qeyd edək ki, Rusiyada ali təhsil sistemində “bakalavr” və “magistr” pillələrinin ləğv edilərək onların yerinə “baza ali təhsil” və “ixtisaslaşmış ali təhsil” formatlarının tətbiqi barədə qərar təhsil sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu dəyişiklik yalnız Rusiyanın daxili ehtiyacları ilə məhdudlaşmır, eyni zamanda postsovet məkanında və qonşu ölkələrdə ali təhsilin gələcək inkişaf istiqamətləri barədə müzakirələri də aktuallaşdırır.

Azərbaycan üçün bu məsələ xüsusilə maraqlıdır. Ölkəmiz hazırda Bolonya prosesi çərçivəsində bakalavr-magistr modelini tətbiq etsə də, əmək bazarının tələbləri, kadr hazırlığının keyfiyyəti və ali təhsilin praktik yönümlülüyü ilə bağlı müzakirələr davam edir. Bu baxımdan Rusiyada tətbiq olunacaq yeni modelin Azərbaycanda mümkün tətbiqi, üstün və zəif tərəfləri, həmçinin milli təhsil strategiyasına nə dərəcədə uyğun olması ciddi təhlil tələb edir.

Dünya təcrübəsi göstərir ki, ali təhsildə vahid model yoxdur. ABŞ və Böyük Britaniyada bakalavr–magistr sistemi üstünlük təşkil etdiyi halda, Almaniya, Fransa və bir sıra Asiya ölkələrində daha uzunmüddətli, ixtisaslaşmaya əsaslanan təhsil modelləri mövcuddur. Son illər bir çox ölkələr ali təhsili daha çevik, əmək bazarına yaxın və tətbiqi bacarıqlara yönəlik qurmağa çalışır. Bu kontekstdə Rusiyanın yeni təşəbbüsü qlobal təhsil trendlərinin alternativ forması kimi diqqət çəkir və Azərbaycanda ali təhsilin gələcək inkişafı ilə bağlı müzakirələrə əlavə impuls verə bilər.

Gənc alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Sherg.az”a açıqlamasında Rusiyanın bu sistemə keçərək Bolonya sistemindən imtina etdiyini deyib. Ekspert hesab edir ki, bu sistemin nə dərəcə uğurlu və ya uğursuz olacağını zamanı göstərəcək:

“Bildiyiniz kimi dünyada ali təhsil təkcə Bolonya sistemi üzərində qurulmayıb və fərqli sistemlər var. Fərqli təhsil sistemləri həm də rəqabət üçün bir meydan deməkdir. Əslində, ad dəyişsə də, ixtisaslaşmış təhsil (1-3 il ərzində) magistr təhsil pilləsinə uyğundur. Magistr təhsili tam ali təhsil və eyni zamanda, həm də ixtisaslaşmanın daha dərin məzmun əsasında formalaşması idi”.

Azərbaycanda bu modelin tətbiq olunmamasının hələlik müzakirə mövzusu olmadığını vurğulayan İ. Orucov qeyd edib ki, Azərbaycan Bolonya sisteminə qoşulub və Bolonya təhsil sistemində bakalavr, magistr, doktorantura, təhsilin pillələri ali təhsilin pillələri olaraq nəzərdə tutulur:

“Azərbaycanda ali təhsil standartları müəyyənləşdirib. Bu standartlar Avropaya uyğunlaşdırılıb. Avropa universitetləri ilə kifayət qədər yaxşı əlaqələri var. Təhsilin inkişafı strategiyasında da dünya təhsilinə inteqrasiya mövcuddur. Ona görə, düşünmürəm ki, Bolonya sistemindən çıxılsın. Bir standartdan digərinə keçid də çətindir. Burada həm məzmun infrastrukturu, həm də pedaqoji infrastruktur nəzərdə tutulur. Bu baxımdan, düşünmürəm ki, Azərbaycan formalaşmış standartdan imtina etsin. Bolonya sistemi artıq oturuşmuş və eyni zamanda, beynəlxalq səviyyədə uğurlu sistem kimi özünü təsdiq etmiş bir sistemdir.

 İnteqrasiya inkişaf etmiş ölkələrin təhsil sisteminə doğru olmalıdır. Yeni təhsil sisteminə keçid hazırda Azərbaycan üçün aktual deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri