Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində təcrübə mübadiləsi aparılıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsi, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi, Hüquq baş idarəsi, Vergiödəyicilərinə xidmət baş idarəsi və digər strukturların əməkdaşlarından ibarət nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər ediblər.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Bolqarıstanın Milli Gəlirlər Agentliyinin rəhbər vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlər zamanı DVX-nin nümayəndə heyəti tərəfindən milli təcrübə ilə bağlı təqdimatlar edilib.
Təqdimatlarda Azərbaycan vergi administrasiyasının təqdim etdiyi xidmətlər, vergiödəyicilərinin məmnuniyyət səviyyəsinin müəyyənləşdirilməsi, xidmətlərin qiymətləndirilməsi və keyfiyyət səviyyəsinin artırılması metodları, bu sahədə əsas fəaliyyət göstəriciləri və faktiki göstəricilərin uyğunluğunun yoxlanılması mexanizmləri barədə məlumat verilib. DVX-də müştəriyönümlülük prinsiplərinin tətbiqi, istifadəçi təcrübəsi laboratoriyasının (UX-laboratoriya) fəaliyyəti, yaradılmaqda olan proaktiv və situativ xidmətlər barədə məlumatlar bolqarıstanlı həmkarların diqqətinə çatdırılıb.
Bundan başqa, DVX əməkdaşları Milli Gəlirlər Agentliyinin “Iztok” xidmət mərkəzi ilə tanış olublar. Məhkəmə və məhkəməyə qədər mübahisələrin həlli, inzibati şikayətlərə baxılması, vergiödəyicilərinə xidmət, kameral vergi yoxlamaları və digər sahələrdə təcrübə mübadiləsi aparılıb.
Səfər Azərbaycan və Bolqarıstan vergi xidmətləri arasında yeni yaradılmış işçi qrupunun fəaliyyəti çərçivəsində reallaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















