Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Azərbaycan böyük investisiyalar məkanı kimi tanınır

Azərbaycan böyük investisiyalar məkanı kimi tanınır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın artan iqtisadi potensialı və investisiya imkanları, qlobal investisiya xəritəsindəki strateji mövqeyi sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə geniş müzakirə edildi. Reallıq budur ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlərə ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb. Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirdi. Tədbirdə iştirak edən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. İndiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. İqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində son 20 ildə 350 milyard dollardan çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır. Dövlətimizin başçısı İlham Əliyev bu hədəfi də qarşıya qoydu ki, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərdən biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Bakıda keçirilən bu mötəbər Forum qlobal investisiya şirkətlərini bir araya gətirərək qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına, qabaqcıl ideyaların və layihələrin müzakirəsinə, ölkəmizə yeni investisiyaların cəlb olunmasına geniş imkanlar yaratdı: “35 illik müstəqillik tarixinə malik olan Azərbaycanın 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrünə nəzər salsaq görərik ki, xarici investorlarla əməkdaşlığa xüsusi önəm verilmiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atılmışdır. Ulu Öndər Heydər Əliyev dünya təcrübəsinə istinad edərək bu çağırışı etmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi inkişafa nail ola bilməz.
Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” bunun bariz nümunəsidir. Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Xarici investisiyaların ölkəyə cəlb edilməsi, transmilli şirkətlərlə təcrübə mübadiləsinin aparılması və birgə səylər nəticəsində həyata keçirilən irimiqyaslı layihələr ölkələri, xalqları birləşdirir. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təsdiqidir. Ölkəmizin enerji və nəqliyyat imkanları, geniş coğrafiyanı əhatə edən əlaqələri beynəlxalq tədbirlərdə xüsusi diqqətdə olur. Prezident İlham Əliyev sözügedən tədbirdə bildirdi ki, bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir: “Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır. Bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir”.
Malik Həsənov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatını güclü və fundamental baza üzərində qurub. “Əsrin müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə yazıldı: “Sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin formalaşdı. Dövlətimizin başçısı İlham Əliyev sözügedən tədbirdə iqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi kimi logistika, nəqliyyat və bağlantılardan bəhs etdi. Bildirdi ki, biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər. O da qeyd edildi ki, biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq. Biz elə bir mühit və təşviq mexanizmi yaratmalı idik ki, təchizatçılar Azərbaycanı seçsinlər. Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Ölkəmiz bu iki mühüm qovşaq üzərində yerləşir. Azərbaycan hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biridir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəf 2030-cu ilədək hər iki istiqamətdə - həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik”.
Millət vəkili bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra Azərbaycanın səyləri ilə regionda dayanıqlı sülh və təhlükəsizlik yaradıldı: “Bu, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində əsas amillərdən biridir. Hazırkı mərhələdə yeni reallıqlar fonunda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində həmin ərazilərin malik olduqları iqtisadi potensiala xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək”.
Malik Həsənov qeyd edib ki, ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır: “Rəqəmsal inkişaf dövründə dayanıqlı iqtisadiyyat qurmaq üçün müasir tələblərə cavab verən kadr hazırlığı əsas vəzifələrdən biri kimi önə çəkilir. Bu proses rəqəmsal savadlılığın artırılmasını və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsini tələb edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bu məsələyə də xüsusi diqqət yönəldərək bildirdi ki, Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamət üzrə fəaliyyət göstəririk. Bunlardan biri potensialın, kadr imkanlarının formalaşdırılmasıdır və hazırda təhsil sahəsində çox iş görülür. Artıq bir müddətdir ki, fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılmış ilk mühüm addım idi. Çünki təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir. Peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyduğumuz məqsədlərə heç vaxt nail ola bilmərik”.
Malik Həsənov Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanmasını da xüsusi vurğulayıb. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edir. Bu ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatacaq. Bu, investorların Azərbaycana artan inamının, investisiya məkanı kimi cəlbediciliyinin yüksəlməsinin göstəricisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri