Icma.az
close
up
RU
Azərbaycan bu gün dünyaya açılan qapıdır ŞƏRH

Azərbaycan bu gün dünyaya açılan qapıdır ŞƏRH

Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"COP29-un Azərbaycanda keçirilməsi dövlətimizə və dövlətimizin rəhbərinə göstərilən böyük etimadın nəticəsidir. Çünki COP29 beynəlxalq əhəmiyyətli bir tədbirdir və bəşəri mahiyyət daşıyır. Belə bir tədbirə ev sahibliyi etmək, təşkilatçılıq göstərmək çox böyük məsuliyyət tələb edir. Eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsi gələcək üçün çox faydalıdır. Çünki COP29 sammitində gündəmə gətirilən məsələlər bilavasitə iqlim dəyişikliyinin yaratdığı ciddi problemlərlə, atmosferin çirklənməsi, baş alıb gedən xəstəliklərlə bağlıdır".

Bu sözləri Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev  Operativ Media"ya deyib.

Deputat bildirib ki, Azərbaycan bu gün dünyaya açılan qapıdır:

"COP29 bəşəri mahiyyət daşıyan bir tədbirdir. Bu tədbirdə dünyanın əksər ölkələrinin rəhbərlərinin, ictimai-siyasi xadimlərin, görkəmli şəxsiyyətlərin iştirak etməsi və dünya problemləri ilə bağlı məsələlərin qarşıya qoyulması insanların gələcəyi üçün çox böyük önəm kəsb edir. Belə bir tədbirin Bakıda keçirilməsi isə həm əlamətdar, həm də dünya üçün çox dəyərlidir.

Buradakı qonaqlar yalnız iqlim problemlərini deyil, həm də siyasi dünyanı narahat edən məsələləri gündəmə gətirirlər. Digər tərəfdən, həmin dövlətlər Azərbaycanın iqtisadi-sosial inkişafı ilə tanış olurlar və Azərbaycanın inkişaf etdiyini şəxsən görürlər.

Azərbaycan bu gün dünyaya açılan qapıdır. Çox böyük əhəmiyyət kəsb edən məsələlərin Bakıda müzakirə edilməsi, Azərbaycanın qüdrətini bir daha əyani şəkildə sübut edir. Bu həm siyasi, həm də iqtisadi beynəlxalq əhəmiyyətli tədbir olmaqla, Azərbaycanın inkişafı üçün yeni dividendlər gətirir. Çünki bu tədbirləri ictimai-siyasi sabitliyə malik və inkişafda olan dövlətlər keçirir. 200 dövlətin səs verməsi ilə Azərbaycanda bu tədbirin keçirilməsi məqbul hesab edilmişdir.

Azərbaycanın dünyada tanıdılması hər bir vətəndaşımız üçün önəmlidir. Prezidentimizin apardığı siyasət bu gün dünya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaradır. Bu gün Azərbaycan dünyanın 135-dən çox ölkəsi ilə ticarət əlaqələri saxlayır. Əksər ölkələrdə Azərbaycanın səfirlikləri fəaliyyət göstərir. COP29-un Azərbaycanda keçirilməsi də məhz bu əməkdaşlıqların genişləndirilməsinin nəticəsidir. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında bəyan edib ki, biz sülhün, əmin-amanlığın tərəfdarıyıq. Biz Cənubi Qafqazda sabitliyin yaradılmasının tərəfdarıyıq. Bu istiqamətdə görülən işlər artıq dünyaya əyandır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 13 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri