Icma.az
close
up
RU
ETN nin natamam qrant müsabiqəsi İLHAM ƏHMƏDOV YAZIR

ETN nin natamam qrant müsabiqəsi İLHAM ƏHMƏDOV YAZIR

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ETN elm üzrə QRANT müsabiqəsi elan edib: süni intellekt və kibertəhlükəsizlik mövzusunda. Elanda qeyd edilir ki, müsabiqədə yalniz ETN-nin tərkibindəki elmi müəssisələrdə çalışan alimlər istirak edə bilər.

ETN-nin bu məsələyə məsul əməkdaşı  bildirib ki, elanda qeyd edildiyi kimi,   universitetlər  və universitet alimləri bu  müsabiqədə istirak  edə bilməzlər.   TN 4 il əvvəl ETN olandan sonra bu tədqiqat institutları universitetlərin tabeliyinə verildi. Yəni, onlar universitet elminə inteqrasiya ediliblər artıq.

Bu halda  ölkənin elm siyasətini formalasdıran bir qurumun belə ziddiyyətli və səhv qərarı  nəyə lazımdır? Hər halda bu  kimi müsabiqələr elmin inkisafina xidmət etmir.

Ölkənin elm məkani, elm siyasəti vahiddir, elmi problemləri  ümumidir, bütün mühüm  elmi qurumlar  eyni nazirliyə tabedirlər, indi elmi yenidən universitet elmi və tədqiqat institutu elmi kimi bölmək nə deməkdir?

Universitet elmi niyə kənarda qalmalıdır?

 

Universitetlər yalnız kadr hazırlayan müəssisələr deyil. Onlar yeni biliklərin yaradıldığı, elmi tədqiqatların aparıldığı, doktorantların hazırlandığı və innovasiyaların inkişaf etdirildiyi elmi mərkəzlərdir. Süni intellekt və kibertəhlükəsizlik kimi sahələrdə çalışan universitet alimlərinin bu fəaliyyətlərdən kənarda təsəvvür edilməsi elmi potensialın tam səfərbər olunması prinsipinə uyğun görünmür.

Digər tərəfdən universitetlərin özlərində indi Sİ-nin tətbiqi geniş təşviq edilməli, bu sahədəki çoxsaylı problemlər həll edilməli,  həmçinin Sİ-nin məsuliyyətli və  təhlükəsiz tətbiqi problemləri geniş  tədqiq edilməli, tövsiyyələr verilməli, universitetlərimiz üçün yeni olan bu məsələyə dair innovativ həllər və modellər hazırlanmalıdır.

Dövlətin elm siyasəti elmi müəssisələri universitetlərə qarşı qoymamalıdır,  əksinə, onların imkanları   birləşdirməli, daha yüksək potensial yaradılmalıdır. Elmi-tədqiqat institutlarının   təcrübəsi universitetlərin pedaqoji və elmi potensialı ilə birləşdikdə daha güclü layihələr yarana bilər.

Müsabiqənin məqsədi ölkənin süni intellekt və kibertəhlükəsizlik sahəsində elmi imkanlarını artırmaqdırsa, layihənin keyfiyyəti, elmi yeniliyi, komandanın peşəkarlığı və tətbiq potensialı əsas seçim meyarları olmalıdır. Tədqiqatçının hansı qurumda çalışması isə layihənin icra imkanları ilə birlikdə qiymətləndirilməlidir. Digər tərəfdən  bir çox mütəxəssislər həm ETİ-da, həm də  ATM-də işləyirlər.

Elm və Təhsil Nazirliyinə üç prinsipial sual

  ETN  2022–2026-cı illər Strategiyasında nəzərdə tutulmuş iki tədqiqat universitetinin yaradılması hədəfinin icrası üçün hansı konkret inkişaf maliyyələşdirmə mexanizmləri tətbiq edilib? Universitetlərdən tədqiqat universiteti statusu üçün qrantlar əldə etmək tələb olunursa, onların elmi layihələrə müraciət imkanları niyə daha geniş və sistemli şəkildə təmin edilmir? Universitet alimlərinin süni intellekt və kibertəhlükəsizlik üzrə dövlət qrantlarından kənarda qalması hansı elmi və təşkilati meyarlarla əsaslandırılır?

Bu suallar  dövlət siyasətinin məqsədləri ilə tətbiq olunan mexanizmlər arasında uyğunluğu müəyyənləşdirmək üçün verilir.

Universitetə tələb qoymaqla yanaşı, onun inkişafına şərait yaratmaq lazımdır

Tədqiqat universiteti inzibati qərarla deyil, illərlə aparılan elmi fəaliyyət, güclü kadr potensialı, beynəlxalq əməkdaşlıq və davamlı maliyyələşdirmə nəticəsində formalaşır. Universitetlərdən elmi nəticələr tələb etmək, lakin həmin nəticələrin əldə olunması üçün rəqabətli maliyyələşdirmə imkanlarını məhdudlaşdırmaq inkişaf siyasətinin səmərəliliyi baxımından  ciddi suallar yaradır.

Elm və Təhsil Nazirliyi universitetlər üçün ayrıca inkişaf yönümlü elmi qrant proqramı yarada, mövcud müsabiqələrdə universitet alimlərinin iştirakını nəzərdən keçirə və universitet–elmi institut konsorsiumlarını təşviq edə bilər. Bu mexanizmlər elmi keyfiyyətə, şəffaf ekspertizaya və ölçülə bilən nəticələrə əsaslanmalıdır. ETN komandası ildə bir neçə dəfə Qazaxıstan. Özbəkitan, Türkiyə v.s. ölkələrə səfər edirlər. Niyə onların  qrant siyasətini öyrənmirlər?

Hələlik isə, ETN-nin növbəti səhv qərarını görürük, belə yarımçıq qərarlar   elmin inkisafina  xidmət etmir.

İlham Əhmədov

Dosent

Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Oktyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri