Icma.az
close
up
RU
Azərbaycan bu faciəni unutmadı və unutdurmad Millət vəkili

Azərbaycan bu faciəni unutmadı və unutdurmad Millət vəkili

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı müasir Azərbaycan tarixinin mühüm siyasi və mənəvi mesajlarından biridir. Bu çıxış keçmişin ağrısına verilən qiymətlə yanaşı, həm də dövlətimizin gücünün, milli iradəmizin və tarixi ədalətə sadiqliyimizin təsdiqidir. Xocalı soyqırımı XX əsrin ən ağır faciələrindən biri kimi insanlıq tarixinə qara hərflərlə yazılıb. Bir gecənin içində yüzlərlə günahsız insanın, qadınların, uşaqların, qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi cinayətkar siyasətin nəticəsi idi. Bu cinayətin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinə düşür və bunu tarix də, faktlar da təsdiqləyir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili bildirib ki, Prezidentin vurğuladığı kimi, Azərbaycan bu faciəni unutmadı və unutdurmadı. Uzun illər ərzində həm dövlət səviyyəsində, həm də vətəndaş cəmiyyətinin təşəbbüsləri ilə Xocalı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə mühüm rol oynadı. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli fəaliyyət nəticəsində bir sıra ölkələr Xocalı soyqırımını rəsmən tanıdı. Bu, informasiya mübarizəsində qazanılmış ciddi diplomatik uğurdur:

"Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqam isə ədalətin təmin olunması ilə bağlı idi. Azərbaycan xalqı illərlə ədalət tələb etdi. Lakin beynəlxalq təşkilatların və bəzi böyük dövlətlərin biganə münasibəti fonunda Azərbaycan öz gücünə arxalandı. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, ardınca həyata keçirilmiş antiterror tədbirləri və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin bərpasının real təzahürüdür. Bu gün Memorial Kompleksin məhz Xocalıda açılması dərin rəmzi məna daşıyır. Vaxtilə işğal altında olan torpaqda bu cür möhtəşəm abidənin ucaldılması Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın əyilməz ruhunun göstəricisidir. İllərlə doğma yurd həsrəti ilə yaşayan Xocalı sakinlərinin bu mərasimdə iştirakı tarixi ədalətin bərpasının canlı şahididir. Bugün ölkəmiz güclü iqtisadiyyata, müasir və peşəkar orduya, müstəqil və prinsipial xarici siyasət kursuna malikdir. Dövlət başçısının da qeyd etdiyi kimi, heç bir təzyiq, heç bir təhdid Azərbaycan xalqının iradəsini sındıra bilməz. Biz işğalla barışmadıq və nəticədə ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdik.

Eyni zamanda, Azərbaycanın müharibəni beynəlxalq hüquq normalarına uyğun aparması, mülki əhaliyə qarşı məqsədli hücumlara yol verməməsi xalqımızın mənəvi üstünlüyünü nümayiş etdirdi. Bu gün beynəlxalq aləmdə ölkəmizə olan hörmətin əsas səbəblərindən biri də məhz budur. Xocalı Soyqırımı Memorial Kompleksi milli yaddaşımızın abidəsidir. Bu kompleks gələcək nəsillərə həm faciəmizi xatırladacaq, həm də gücümüzü, birliyimizi və dövlətə olan inamımızı nümayiş etdirəcək. Biz Xocalını unutmayacağıq. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Azərbaycan dövləti bundan sonra da güclü olacaq, milli maraqlarını qətiyyətlə qoruyacaq və belə faciələrin bir daha təkrarlanmaması üçün hər zaman ayıq olacaq".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri