Icma.az
close
up
RU
Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir

Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi məsələsindən danışıb.

"Cebheinfo.az"-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Paşinyan bildirib ki, delimitasiya çərçivəsində Azərbaycanla ərazi mübadiləsi olarsa, Ermənistan vətəndaşlarının mövqeyi lazım olacaq.

“Heç kim Ermənistan xalqının iradəsinə qarşı başqa ssenari ilə gedə bilməz. Bu, Ermənistan vətəndaşlarının mövqeyi olmadan baş verə bilməz”, - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də Ermənistan parlamentinin Xarici Siyasət Məsələləri Komitəsinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan sədri Sarkis Xandanyan da Azərbaycanla ərazi mübadiləsindən danışıb. O bildirib ki, Ermənistan və Azərbaycan arasında mümkün ərazi mübadiləsi yalnız referendumdan sonra baş tutacaq:

“Əgər hər hansı bir ssenaridə Ermənistan və Azərbaycanın ərazi mübadiləsi aparmalı olduğu aydın olarsa Ermənistan qanunvericiliyinə görə, bu məsələ referendum olmadan həll edilə bilməz. Anklav məsələsi hazırda mövcuddur. Lakin bu, delimitasiya çərçivəsində həll edilməlidir. Delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra İrəvan və Bakı anklav məsələsi ilə bağlı nə edəcəklərinə qərar verəcəklər”,- Xandanyan belə deyib.

Qeyd edək ki, söhbət Azərbaycanın hələ də işğal altında olan 4 kəndindən (Qazaxc rayonunun Yuxarı Əskipara, Barxudarlı Sofulu və Sədərək rayonunun Kərki kəndləri) və Ermənistan tərəfinin iddia etdiyi Gədəbəy rayonunun Başkənd kəndindən gedir. Nikol Paşinyan hakimiyyəti Sovet dövründə qanunsuz Ermənistana verilmiş Başkəndin hazırda işğal altında olan yaşayış məntəqələrindən biri ilə dəyişdirilməsini təklif edir.

Rəsmi İrəvan işğal altındakı kəndlərin qaytarılması müqabilində ya Başkəndin Ermənistana verilməsini, ya da Başkəndin Azərbaycanın yurisdiksiyasına keçməsi müqabilində işğal olunmuş 4 anklavdan birindən imtina olunması iddiası ilə çıxış edir. Bundan başqa, Ermənistan 2021-2022-ci illərdə Azərbaycanla şərti sərhəddə yerləşən bir sıra yüksəkliklərin işğal olunduğunu bildirir. Nikol Paşinyan guya bu ərazilərin Ermənistana məxsus olması barədə dəfələrlə əsassız iddialar irəli sürüb. Həmin yüksəkliklər Kəlbəcər rayonunun Ermənistanla şərti sərhədində yerləşən Buğdadağ dağı və Bala Göyçə gölü, Laçın rayonunun inzibati-ərazi vahidinə daxil olan Qaragöl gölü, Birinci və İkinci İşıqlı yüksəklikləri, İsti Su (Cermux) rayonu istiqamətində bir sıra torpaqlar daxildir.

 Həmin ərazilər Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən işğal olunsa da, 2021-2022-ci illərdə Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatları nəticəsində azad edilib. Ermənistan isə heç bir hüquqi əsas olmadan həmin ərazilərə iddia edir. Halbuki, Azərbaycan və Ermənistan arasında  sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatmadığına görə rəsmi İrəvanın həmin yüksəkliklərə iddia etməsi doğru deyil. 

Anklavlara gəlincə, Qazax və Sədərək rayonlarının işğal altındakı kəndləri Azərbaycanın suveren əraziləridir. Bu yaşayış məntəqələri işğal olunduğuna görə qeyd-şərtsiz azad edilməlidir. Çünki bu kəndlərin Ermənistanın işğalı altında qalması Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair 2022-ci il Praqa Bəyannaməsinə və 2025-ci il avqustun 8-də paraflanmış “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in 1-ci və 2-ci bəndlərinə ziddir. Xandanyan bu məsələlərin sərhədlərin delimitasiyası və demarkasiyası başa çatdıqdan sonra həll olunacağını bildirir. Amma buna yol vermək olmaz.

Ona görə ki, sərhədlərin müəyyənləşməsi prosesi on illərlə davam edə bilər. Bu isə kəndlərin işğal altında qalması deməkdir. Ona görə də yekun sülh müqaviləsi imzalanana qədər 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq, anklavlar Azərbaycana qaytarılmalıdır. Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinin işğalına son qoyulmadan həmin istiqamətdə dəmir  və avtomobil yolu açıla bilməz. Yəni işğal faktı kommunikasiyaların açılmasına mane olur. 

Başkəndlə bağlı vəziyyət isə fərqlidir. Əvvəla, Başkənd tarixi Azərbaycan torpağıdır və 1920-ci ildə, yəni SSRİ yaranmazdan iki il əvvəl  bolşeviklər tərəfindən qanunsuz olaraq Ermənistana pay verilib. Ona görə də bu qərarın heç bir hüquqi-konstitusion qüvvəsi yoxdur. İkincisi, Sovet dövründə Başkəndin ətrafında Azərbaycanla Ermənistan arasında inzibati, yəni şərti sərhəd olub. Ermənistan Ali Soveti 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsində dair qərar çıxartmaqla Azərbaycanla inzibati sərhədlərdən imtina edib.

Bu, Başkəndə də aiddir. Eyni zamanda, Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamaqla Azərbaycanla, o cümlədən Başkəndlə şərti sərhədi tanımaqdan imtina edib. Ona görə də həmin istiqamətdə sərhəd xəttini bərpa etmək hüquqi cəhətdən real deyil. Ermənistan bu məsələnin həlli üçün 1991-ci il Almatı Bəyannaməsinə istinad edir. Qeyd edək ki, Ermənistan Almatı Bəyannaməsini imzalamaqla yanaşı, Azərbaycan ərazilərini işğal edib, o cümlədən Başkəndlə Krasnoselsk (Çəmbərək) rayonu arasında dəhliz açmaq üçün Gədəbəy rayonuna hərbi təcavüz aktı həyata keçirib. Eyni zamanda, Başkənddə separatçılığa və terrora dəstək verib. Beləliklə, adıçəkilən sənədin 3-cü bəndində əksini tapmış müstəqil dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması və sərhədlərinin toxunulmazlığına əməl edilməsi prinsipini pozub.

Ona görə də tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Almatı Bəyannaməsini əsas götürsələr də, bu, 1991-ci ildə mövcud olmuş inzibati sərhədlərin bərpası demək deyil. Almatı Bəyannaməsində “Sovet dövründə mövcud olmuş inzibati sərhədlər” ifadəsi yer alır. Sovet dövrü isə 1991-ci ildən ibarət deyil və 1920-ci ildən başlanır. 1920-ci il noyabrın 29-da isə Ermənistanın ərazisi 11 min kvadrat kilometr olub. Sonra qanunsuz olaraq Azərbaycan torpaqlarının zəbt edilməsi nəticəsində Ermənistan SSR-in ərazisi 28743 kv.km.-ə çatıb. Ona görə də Nikol Paşinyan Başkəndin də daxil olduğu 29 min kv.km əraziyə mailk “real Ermənistan”ın yaradılmasını təklif edir. Əgər sərhədlərin müəyyənləşməsi zamanı Sovet dövrü xəritələrinə aid xəritələr əsas götürülərsə, o zaman Ermənistan qanunsuz zəbt etdiyi torpaqları geri qaytarmalıdır.

Bu baxımdan, 1995-ci ildə qəbul edilmiş “İnzibati Ərazi bölgüsü haqqında” Ermənistan Respublikası Qanunundan Başkəndin Geqarkunik vilayətinə aid olması barədə bənd çıxarılmalıdır. Əgər Sovet dövründə verilmiş torpaqların qaytarılması məsələsi danışıqlar predmeti olarsa, Azərbaycan tərəfi də Gədəbəy rayonunun 1947-ci ildə qanunsuz olaraq Ermənistana peşkəş edilmiş Çaykənd kəndinin, 1969-cu ilin may ayında verilmiş Tağlar kəndinin və minlərlə hektar torpaq sahəsinin qaytarılmasını tələb etmək hüququna malikdir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:316
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri