Icma.az
close
up
RU
Azərbaycan çağırış etdi, İsrail hökuməti bununla bağlı prosedurları DONDURDU

Azərbaycan çağırış etdi, İsrail hökuməti bununla bağlı prosedurları DONDURDU

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasına yönəlmiş təşəbbüs regionda siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. İsrailin xarici işlər naziri Gideon Saarın irəli sürdüyü təşəbbüsə hökumətin dəstək verməsi Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlər fonunda deyil, həm də Azərbaycanın mövqeyi baxımından diqqət çəkib.

"Bakupost" Oxu.az-a istinadən xəbər verir ki, məsələ Bakıda narahatlıqla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin bu addımını tarixi hadisələrin siyasiləşdirilməsi kimi qiymətləndirərək qərara yenidən baxmağa çağırıb.

Bu təşəbbüs reallaşacağı təqdirdə, uzun illər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir göstərə və iki ölkə arasında formalaşmış qarşılıqlı etimada zərbə vura bilər.

Eyni zamanda, Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetlərindən biridir. Bu səbəbdən də Ankara üçün xüsusi həssaslıq daşıyan belə bir məsələdə Bakının Türkiyənin mövqeyinə uyğun davranacağı əvvəlcədən gözlənilən idi. Azərbaycanın reaksiyası da məhz bu strateji yanaşmanın və iki qardaş ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin təzahürü kimi qiymətləndirilir.

Bakının prinsipial mövqeyi İsrail daxilində də diqqətdən kənarda qalmadı. Bir müddət sonra israilli ekspertlər, siyasətçilər və nüfuzlu media orqanlarında hökumətin qərarının məqsədəuyğunluğu ilə bağlı müzakirələr genişləndi. Səslənən fikirlərdə ortaq məqam ondan ibarət idi ki, bu təşəbbüs İsrailin milli maraqlarına xidmət etmir və regiondakı mühüm tərəfdaşlarla münasibətlərə əlavə problemlər yarada bilər.

Bir sıra ekspertlər Azərbaycanın irəli sürdüyü arqumentlərin əsaslı olduğunu bildirərək, qərarın yenidən qiymətləndirilməsinin vacibliyini qeyd ediblər.

Müzakirələr tədricən siyasi qərarvermə prosesinə də təsir göstərdi. Nəticədə təşəbbüsün davam etdirilməsi istiqamətində proses dayandırıldı və onun həm hökumət, həm də parlament səviyyəsində irəliləməsinin qarşısı alındı.

Bu, Azərbaycanın diplomatik səylərinin konkret nəticə verdiyini göstərən mühüm nümunələrdən biri kimi qiymətləndirilə bilər.

Baş verənlər bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız regional prosesləri izləyən deyil, onların gedişinə təsir göstərə bilən aktora çevrilib. Son illərdə həyata keçirilən balanslaşdırılmış xarici siyasət ölkəyə həm dost, həm də tərəfdaş dövlətlərlə açıq dialoq aparmaq imkanı qazandırıb.

İsrail kimi yaxın əməkdaşlıq etdiyi ölkənin qərarına etiraz etməsi və bu etirazın nəticə verməsi Bakının beynəlxalq nüfuzunun, diplomatik çəkisinin və etibarlı tərəfdaş statusunun göstəricisi kimi qiymətləndirilə bilər.

Bu hadisə həm də Azərbaycanın xarici siyasətində prinsipiallığın əsas meyarlardan biri olduğunu ortaya qoydu. Bakı strateji tərəfdaşlıq münasibətlərinə önəm versə də, milli maraqlara və müttəfiqlərinin həssas yanaşdığı məsələlərə toxunan addımlar qarşısında susmadı. Əksinə, konstruktiv dialoq və ardıcıl diplomatik fəaliyyət yolu ilə həm öz mövqeyini müdafiə etdi, həm də yaranmış gərginliyin daha da dərinləşməsinin qarşısını almağa nail oldu.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyul 2026 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri