Azərbaycan çempionatında güləşçi final görüşünə Rusiya bayrağı olan triko ilə çıxıb FOTO
Icma.az, Apasport portalına istinadən məlumat verir.
Sərbəst güləş üzrə Azərbaycan U-20 çempionatında qəribə hadisə baş verib.
125 kq çəki dərəcəsinin final görüşündə Yusif Dursunovla Muxamed Qantemirov üz-üzə gəlib. Legioner güləşçi sinəsində Rusiya bayrağı olan triko ilə mübarizə aparıb.
Federasiyanın mətbuat katibi Sərxan Musayev bu barədə apasport.az saytına açıqlama verib.
O, bildirib ki, buna səbəb Qantemirovun millinin geyim dəstini itirməsi olub: “Muxamed ötən il Avropa 2-cisi və dünya 3-cüsü olmuş güləşçidir. O, yarışdan öncə öz trikosunu itirib. Nəticədə özü ilə gətirdiyi geyim dəsti ilə mübarizə aparmalı olub. Turnir boyu həmin trikonun sinəsindəki bayraq stikerlə örtülüb. Stiker yalnız final görüşündə qopub. Mübarizə bitdikdən sonra bayrağın üzəri yenidən örtülüb”.
Qeyd edək ki, ötən gün baş tutan görüşdə Dursunov qələbə qazanaraq qızıl medala sahib çıxıb.
U-15 Bakı çempionatı keçirilib Millimizdən 2 medal Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazanıblar Güləşçilərimiz “Zaqreb Open”də daha 3 medal qazanıb Güləş üzrə Bakı çempionatının qalibləri bəlli olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















