Azərbaycan çempionatında Premyer Liqaya vəsiqə qazanan ilk komanda bəlli olacaq
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Azərbaycanın I Liqasında çıxış edən "Qəbələ" ilə "Baku Sportinq" üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, "Qəbələ" bu görüşdə rəqibinə qalib gələcəyi təqdirdə, növbəti mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmək üçün vəsiqəni təmin edəcək.
Belə ki, hazırda, ən yaxın rəqibi olan "Karvan"ı 11 xal qabaqlayan "Qəbələ" bugünkü görüşdə uduzmayaraq sona yeddi tur qalmış vəsiqəni təmin etmiş olacaq.
Qeyd edək ki, "Qəbələ" aktivindəki 49 xalla turnir cədvəlinin lideridir. "Karvan" 38 xalla ikinci, "İmişli" isə 34 xalla üçüncüdür. Dördüncü pillədəki "Baku Sportinq"in aktivində 26 xalı var. "Zaqatala" 25 xalla beşinci, MOİK 22 xalla altıncı, "Mingəçevir" isə 21 xalla yeddincidir. Səkkizinci pillədəki "Difai Ağsu"nun 19, doqquzuncu sıradakı "Cəbrayıl"ın isə 17 xalı var. "Qaradağ Lökbatan" 16 xalla turnirin cədvəlinin sonuncusudur.
Xatırladaq ki, cari mövsüm, Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan üç komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
4 aprel
I Liqa
XX tur
Saat 16:00, "Baku Sportinq" - "Qəbələ".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 04 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















