Premyer Liqaya vəsiqə qazanan bölgə klubu bu məşqçi ilə anlaşdı
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubunda məşqçilər heyəti formalaşır.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik baş məşqçi kimi Kənan Kərimovla yoluna davam edəcək. Ancaq mütəxəssisin PRO kateqoriyası olmadığı üçün rəsmi olaraq komandanın çalışdırıcısı Azər Məmmədov təyin ediləcək.
“Kəpəz”in sabiq baş məşqçisi komandada əsas söz sahibi Kərimovun yardımcılığını edəcək. Əldə etdiyimiz daha bir məlumata görə, “Karvan”da qapıçılar üzrə məşqçinin də adına aydınlıq gəlib.
Bu, Hüseyn Məhəmmədovdur. “Neftçi”nin sabiq qolkiperi bundan sonra bölgə klubunda çalışacaq.

Premyer Liqaya vəsiqə qazanan klubdan qəribə addım PROblem var
30 May 2025 10:02
Azərbaycan çempionatında Premyer Liqaya vəsiqə qazanan ilk komanda bəlli olacaq
04 Aprel 2025 09:46
Premyer Liqaya yeni vəsiqə qazanan klub Zirə nin futbolçusu ilə maraqlanır
06 İyun 2025 11:24
Premyer Liqaya vəsiqə qazanan komandanın baş məşqçisi: Çəkdiyimiz əziyyətlər boşa getmədi
28 Aprel 2025 11:38

