Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında strateji körpü rolunu daha da möhkəmləndirir ŞƏRH

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında strateji körpü rolunu daha da möhkəmləndirir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycanın xarici siyasət strategiyasında Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə Mərkəzi Asiya dövlətləri ilə formalaşmış dövlətlərarası münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması aydın şəkildə müşahidə olunur. Müasir diplomatik yanaşma dövlətlərarası münasibətlərin yalnız ortaq tarixi və mədəni köklərə deyil, eyni zamanda, regional və beynəlxalq səviyyədə ortaq geosiyasi maraqlara əsaslandığını bir daha təsdiqləyir. Bu nöqteyi-nəzərindən yanaşdıqda, Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana səfəri iki dost və tərəfdaş ölkə arasında strateji əlaqələrin möhkəmlənməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin Sədri, görkəmli dövlət xadimi Qurbanqulu Berdiməhəmmədovla həm təkbətək, həm də geniş tərkibdə keçirdiyi görüşlər zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, əməkdaşlığın gələcək perspektivləri və regional inkişafın əsas istiqamətləri ətrafında əhatəli fikir mübadiləsi aparılıb. Həmçinin bu görüşlər Azərbaycan–Türkmənistan münasibətlərinin qarşılıqlı siyasi etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslandığını bir daha nümayiş etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq son illərdə həm ikitərəfli, həm də regional səviyyədə inkişaf edib. Xəzər hövzəsində yerləşən və zəngin enerji resurslarına malik olan hər iki ölkə qarşılıqlı maraqlara, iqtisadi səmərəliliyə və regional əməkdaşlığa əsaslanan enerji münasibətləri qurmağa nail olub. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri bu əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun təşviqi və enerji infrastrukturu sahəsində birgə layihələrin həyata keçirilməsi baxımından əlavə imkanlar yaradacaq. Bu, həm də enerji təhlükəsizliyi sahəsində yeni regional əməkdaşlıq modelinin formalaşmasına mütləq töhfə verəcək. Dövlətimizin başçısı işgüzar səfər çərçivəsində Türkmənbaşı şəhərində keçirilmiş Azərbaycan–Türkmənistan–Özbəkistan dövlət başçılarının yüksəksəviyyəli üçtərəfli görüşündə də iştirak etdi. Bu görüş bir daha sübut etdi ki, bölgədə siyasi sabitlik və iqtisadi inkişaf yalnız kollektiv səylər və koordinasiyalı strategiyalar vasitəsilə təmin oluna bilər. Üçtərəfli əməkdaşlıq formatı çərçivəsində Orta Dəhliz üzrə nəqliyyat, enerji və logistika sahələrində qarşılıqlı layihələrin reallaşdırılması istiqamətində praktiki addımlar atılması planlaşdırılır. Bu addımlar isə öz növbəsində regionun tranzit potensialının və geoiqtisadi əhəmiyyətinin tam reallaşdırılmasına xidmət edir. Həmçinin bu əməkdaşlıq Asiya ilə Avropa arasında əlaqələrin genişlənməsi üçün strateji zəmin yaradır.

“Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu ölkəmizin Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında strateji körpü rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Türkmənistana səfəri təkcə dostluq və əməkdaşlıq münasibətlərinin ifadəsi deyil, eyni zamanda, milli maraqlara əsaslanan, regional sabitlik və inkişafı hədəfləyən balanslı diplomatiyanın bariz nümunəsidir.

Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və mövcud geosiyasi çağırışlara qarşı çevik və prinsipial mövqeyini bir daha nümayiş etdirir. Beləliklə, Azərbaycan siyasi iradəsi və regional təşəbbüsləri ilə bölgənin aparıcı və etibarlı tərəfdaş dövlətlərindən biri kimi çıxış etməyə davam edir”, -deyə A.Qurbanova vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri