Icma.az
close
up
RU
Azərbaycan Çexiya: strateji hədəflərə doğru ŞƏRH

Azərbaycan Çexiya: strateji hədəflərə doğru ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çexiya Baş nazirinin səfərini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu göstərir. Nəzərdə tutulan biznes-forum iki ölkənin iş adamlarını bir araya gətirərək yeni investisiya və ticarət imkanlarının açılmasına şərait yaradacaq. Bu isə münasibətlərin yalnız siyasi deyil, iqtisadi müstəvidə də dərinləşdiyini göstərir.
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər. Çexiyanın Baş naziri Andrey Babiş öz çıxışında deyib ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm.
Liderlərin birgə bəyanatlarında bildirilib ki, Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son aylarda Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Qəbələdə bir çox fəal biznes əlaqələrinin təşkili ilə yanaşı bir çox sahələr ətrafında fikir mübadiləsi aparılıb. Preziden İlham Əliyev qeyd edib ki, turizm, əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün Azərbaycanın turizm paytaxtıdır. Biz əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızı nəzərə alaraq hava yolu əlaqəsi üzərində də çalışmalıyıq.
Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri