Icma.az
close
up
RU
Azərbaycan Çin dostluq əlaqələri hər iki xalqın tərəqqisi və rifahına xidmət edir ŞƏRH

Azərbaycan Çin dostluq əlaqələri hər iki xalqın tərəqqisi və rifahına xidmət edir ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz istər regional, istərsə də beynəlxalq əməkdaşlıq mövqeyindən çox mühüm tərəfdaş kimi çıxış edir. Müasir dövrdə müstəqil Azərbaycan beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı, siyasi və iqtisadi baxımdan sabit ölkə və etibarlı tərəfdaş kimi tanınır. Məhz bunun üçün də, inkişaf etmiş dünya dövlətləri düşünülmüş, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri yaradırlar.

İqtisadi sahədə əldə etdiyi uğurlara, xarici və daxili siyasətin nəticəsində nail olduğu davamlı inkişafa görə dünyanın diqqətini özünə cəlb etməyi bacaran Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib. Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaradıb.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri hər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olub.

Ölkə Prezidenti İlham Əliyevin bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada da Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib. Çin hökuməti də öz növbəsində Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Aprel ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “ Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirakı isə Azərbaycan Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dollarlıq sənədlərin imzalanması ilə yadda qaldı.

2023-cü il iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Möhkəm təməl üzərində qurulan Azərbaycan- Çin əməkdaşlığı gələcəkdə də genişlənəcək, iki ölkənin ümumi maraqları birlikdə müdafiə ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində iki ölkə arasında 20-yə yaxın sənəd imzalandı. Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki dost ölkənin münasibətlərinin gələcək inkişafında yol xəritəsi kimi qəbul edilə bilər.

Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla bu ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələr üzrə əlaqələrinin daha da genişləndirilməsində müsbət dinamika müşahidə olunur. Əldə olunan uğurlar nəticəsində Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Dünyada inkişaf etməkdə olan ölkələrin əməkdaşlığa can atdığı Çin Xalq Respublikası ilə sürətlə inkişaf edən ölkəmizin əməkdaşlığı, dostluq əlaqələri gələcəkdə hər iki xalqın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək, daha da güclənəcək.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri