Icma.az
close
up
RU
Dincə qoyulan torpaqlara subsidiya veriləcək fermerlər və mütəxəssislər yeni qaydanın əhəmiyyətini açıqlayırlar

Dincə qoyulan torpaqlara subsidiya veriləcək fermerlər və mütəxəssislər yeni qaydanın əhəmiyyətini açıqlayırlar

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Şəki, 8 dekabr, Rasim İslamoğlu, AZƏRTAC

Torpaqların dincə qoyulması eroziyanı azaldır, torpağın keyfiyyətini yaxşılaşdırır, məhsuldarlığı bərpa edir. Dincə qoyulan torpaqlara subsidiyanın verilməsi Prezident İlham Əliyevin imzaladığı Fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.

Bəs bölgələrdə mütəxəssis və fermerlər yeni qaydalarla bağlı nə kimi məlumatlıdır və dincə qoyulma necə həyata keçirilir? AZƏRTAC-ın bölgə müxbiri ölkənin ən iri kənd təsərrüfatı rayonlarından olan Şəkidə mövzu ilə bağlı mütəxəssis və fermerlərlə görüşüb, əkin sahələrində və hazırda dincə qoyulan torpaqlarda olub.

Şəki Regional Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəhbəri, Aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev layihənin reallaşması istiqamətində ilk təşəbbüskarlardan biri kimi tanınır. Mütəxəssisin sözlərinə görə, Şəkidə 65 min hektardan artıq əkin sahəsi mövcuddur. Hər il respublikada istehsal olunan taxılın 10-15 faizi Şəki rayonunun payına düşür. Lakin rayonda taxılçılığın 50 faizi dəmyə sahələridir. “Belə sahələrdə növbəli əkin aparılmadığından, suvarma sistemləri olmadığından təbii ki, məhsuldarlığa da əhəmiyyətli dərəcədə təsir göstərir. Subsidiya Şurasının qərarı ilə artıq 2026-cı ildən dincə qoyulmuş torpaqlara da herikli və qara herik üçün subsidiyanın verilməsi bir mütəxəssis olaraq bizləri də çox sevindirir. Bu qərarla bağlı fermerlər arasında geniş təşviqat işinin aparılmasına ehtiyac var”, - deyən Tələt Mehdiyev ötən illərdə təkcə Şəkinin Turan qəsəbəsi və ətraf yaşayış məntəqələrində fermerlərin 20 min hektardan artıq sahələrinin məhv olduğunu diqqətə çatdırır.

Fermer Hikmət Hacısalmanov mütəmadi olaraq mütəxəssislərlə məsləhətləşir və onların tövsiyələrinə riayət edir. Belə ki, fermer əkin apardığı 20 hektarın 3-4 hektarını hər il dincə qoyur. Bu isə növbəti ildə öz bəhrəsini verir. Gənc fermer bildirir ki, hazırda dincə qoyulmuş sahənin dekabrın sonunda qış şumunu həyata keçirəcək. Mart ayında yağıntıların miqdarı çox olarsa, alaq otları basarsa, sahəni herbisidlərdən istifadə etməklə ikinci dəfə şumladacaq ki, torpaq bütün zərərvericilərdən azad olsun. “Dincə qoyulmuş sahələr üçün subsidiyaların verilməsi lap yerinə düşdü. Növbəti illərdə əkin sahələrini genişləndirməklə yanaşı, dincə qoyulacaq sahələri də artırmağı düşünürəm. Burada fermerin itirəcəyi heç nə olmur. Əksinə, dincə qoyulmuş sahələrin məhsuldarlığı həm yüksək olur, həm də torpaq münbitliyini qoruyur” - deyə, fermer fikrini əsaslandırır.

Əkinçilik Elmi Tədqiqat İnstitunun Şəki dayaq məntəqəsinin əməkdaşlarının da dincə qoyulan torpaqlarla bağlı araşdırmaları maraqlıdır. Dayaq məntəqəsinin əməkdaşı Elşən Məmmədəliyev deyir ki, bir ərazi 3-5 il dalabdal əkildikdə torpaq gücdən düşür və məhsuldarlıq azalır. “Məsələn, fermerin 100 hektar əkin sahəsi varsa, onun heç olmasa, 20-25 hektarını dincə qoymalıdır. Qışda don şumu aparılmalı, yazda alaq otları çoxalarsa mütləq diskli mala ilə yer təkrar şumlanmalı, alaq otları həddindən çox olarsa, mütləq herbisidlərdən istifadə edilməklə məhv olunmalıdır. Dincə qoyulma torpağın keyfiyyətini yaxşılaşdırır, münbitləşdirir və sirayətlənmiş ərazilərdə zərərvericilər məhv olur” - deyə o, əkin qaydalarını izah edir.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev aparılan uzunmüddətli təcrübə və müşahidələrə əsaslanaraq qeyd edir ki, dincə qoyulan torpaqlarda, ilk növbədə, zərərvericilər məhv olur: “May ayında taxılın sünbülləmə ərəfəsində sahələrə baxış keçirərkən görürük ki, min hektarlarla sahələrimiz çovdarla sirayətlənib. Fermerlər həmin çovdarların qarşısını ala bilmirlər. Ancaq belə sahələri heriyə qoymaqla həmin çovdarın qarşısını almaq mümkündür”, - deyən mütəxəssis, fermerlərin daha bir vacib məsələyə də diqqət yetirmələrini istəyir. Belə ki, fermerlərin ən başlıca qayğılarından biri də əkin sahələrində siçanabənzər zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasıdır: “Elə fermerlərimiz var ki, öz ərazilərinin relyefindən, landşaftından aslı olaraq il ərzində siçanabənzər zərərvericilərə qarşı 3-4 dəfə mübarizə aparsalar da, yenə də qarşısını ala bilmirlər. Ona görə belə zərərli orqanizmlərə qarşı problemli sahələrdə yeganə çıxış yolu məhz qara herik və qara heriyin müntəzəm işlənməsidir”.

Qeyd edək ki, dincə qoyulan torpaqlara subsidiyanın verilməsi Prezident İlham Əliyevin imzaladığı Fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.

-1 / 4

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri