Icma.az
close
up
RU
Menu

Gözəllik: Keçmişdən bu günə, əbədi axtarış Məryəm Bağırova yazır

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

Bikinili fotoları ilə gündəm oldu FOTO

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

Ceymi Vardi İtaliyaya gedə bilər

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

Media əməkdaşlığı Türk birliyinə mənəvi dəstək qazandırır

Media əməkdaşlığı Türk birliyinə mənəvi dəstək qazandırır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İzmirdə çalışan həmkarlarımızla – jurnalistlərlə görüşlər onların həyat və yaradıcılığı ilə tanış olmaq, Azərbaycan haqqında fikirlərini öyrənmək baxımından maraqlı keçdi. İzmirin məşhur xəstəxanalarında rəhbər vəzifələrdə çalışan köhnə həkim dostum Zəki Hozərin dəvəti ilə onun köşəyazarı olduğu “Gözləm” və “Yeni gün” qəzetlərini ziyarət Türkiyə mətbuatı haqqında təəssüratımı yeniləşdirdi.

İzmirdə 10-dan çox qəzet nəşr edilir. Burada 100-dən çox yaşı olan “Yeni əsr” də, həyata yeni qədəm qoyan qəzetlər də var. “Yeni Gün” qəzeti isə “gənc” olmasa da, “yaşlı” da sayılmır.

Müsahibim olan qəzetin təsiscisi Məsud Şimşək bu barədə dedi:

– İzmir mərkəzli olmaqla, Egey bölgəsində fəaliyyət göstərən “Yeni Gün” qəzeti 2005-ci ildən çıxır. İzmirin məşhur jurnalistlərindən Həmdi Türkmən bu nəşrin qurucularındandır. O, İzmir mətbuatının önəmli jurnalistlərindən biri olmaqla həm peşəkarlığı, həm də töhfələri ilə bölgənin tanınmış simalarından idi. Uzun illər mətbuat sahəsində mühüm vəzifələrdə çalışmışdı, bir çox yerli qəzet və media orqanlarındakı məhsuldar fəaliyyəti ilə tanınmışdı.

“Yeni Gün” isə yalnız xəbərlər yaymaqla kifayətlənmir, cəmiyyətdə baş verən hadisələri analiz edərək ictimai rəyi formalaşdırır. Qəzet həmişə jurnalistikanın etik dəyərlərinə sadiq qalıb, düzgün və tərəfsiz xəbər anlayışının tərəfdarı olub. Bu gündəlik nəşr İzmir, Manisa, Aydın, Balıkesir, Muğla, Dənizli və Uşak vilayətlərinin oxucularına çatdırılır, bölgənin populyar qəzeti kimi tanınır. Bu yolda çətinliyimiz də az olmayıb.

– İndiki fəaliyyətiniz sizi qane edirmi? Dünyanın hər yerində xəbər yaymaq və qəzet nəşr etmək çox çətinləşib...

– Onlayn və sosial medianın belə sürətlə inkişaf etdiyi bir dövrdə oxucuya təzə xəbər vermək, onu razı salmaq çətindir. Amma fəaliyyətimiz göstərdi ki, risklərimiz hədər getməyib. Problemlər və çətinliklər olsa da, qəzetçilik çəmiyyətə bu gün də gərəklidir. İnsanların dürüst, yalandan uzaq xəbərlərə ehtiyacı var. Həyat da təsdiqləyir ki, belə bir ehtiyac heç vaxt bitən deyil.

Bunları rəhbər tutaraq, Egey bölgəsində, ölkədə və dünyada cərəyan edən siyasi və iqtisadi mövzulu məlumatları, mədəniyyət və idman xəbərlərini gecikdirmədən və olduğu kimi təqdim edirik. Köşə yazılarını və aktual mövzulu müsahibələri oxucular maraqla qarşılayırlar.

– Yəqin ki, cəmiyyətin və mətbuatın çətinliklərini siz də yaşamalı olursunuz...

– Şübhəsiz, cəmiyyətin bir hissəsi olaraq gündəlik həyatımızda baş verən hadisələrin təsirini həm şəxsən, həm də işimizdə hiss edirik. Bunlardan qorunsaq da, onlardan kənarda qalmaq da mümkün olmur. İzmirin sosial-siyasi həyatı, yerli mətbuatın gündəlik işləri və qarşılaşdığı çətinliklər bizdən də kənar deyil. İnfilyasiya və artan xərclər, xüsusən də kağızın qiymətlərinin yüksəlməsi mətbuatın fəaliyyətinə mənfi təsir göstərir. Qəzetlərin çap xərcinin davamlı artımı redaksiyaya əlavə çətinliklər gətirir.

Qəzet kağızı təminatında yaranan problemləri müxtəlif dövlət və özəl qurumların dəstəyi ilə həll etməyə çalışırıq. Lakin vəziyyəti yaxşılaşdırmaq asan olmur. Mətbuat Elan Qurumu kimi təşkilatlar bu problemləri azaltmaq üçün xeyli iş görür. Lakin bir çox çətinliklər hələ də qalır. Deyəsən, bu çətinliklər hələ uzun sürəcək.

– Mətbuat və cəmiyyət münasibətləri, demokratiya və söz azadlığı anlayışları sizdə necə qərarlaşıb?

– Əslində, bu məsələ dünyanın hər yerində geniş müzakirə edilən mövzudur. Mətbuat azadlığı sahəsində fəaliyyətimizi məhdudlaşdıran hansısa tələb və qadağa yoxdur. Amma mətbuat işçilərinin öz fəaliyyətlərində hüququn ümumi qaydalarına riayət etmək öhdəliyi var. Ölkəmizdə fəaliyyət göstərən Mətbuat Şurasının bəyan etdiyi əsas prinsiplər də mövcuddur.

Qəzet olaraq bizim də qəbul etdiyimiz peşə-davranış qaydaları var. Yazılarda heç kim irqinə, cinsinə, yaşına, sağlamlığına, fiziki qüsurlarına, sosial səviyyəsinə və dini inanclarına görə pislənməməli, aşağılanmamalıdır. Düşüncə, vicdan və ifadə azadlığını məhdudlaşdıran, ümumi əxlaq anlayışını, dini hissləri, ailə institutunun dayaqlarını pozan yazılar dərc edilməməlidir. Jurnalistika əxlaqa zidd olan məqsəd və maraqlara xidmət etməməli, böhtan xarakterli ifadələrə yer verilməməlidir. Bu siyahını bir xeyli uzatmaq da olar və bunlar bizim öhdəliklərimiz olmaqla təməl prinsiplərimizdir.

– Bu gün cəmiyyətdə, eləcə də dünyada baş verənləri oxuculara necə çatdırırsınız?

– Təbii ki, istər yerli, istərsə də ölkə miqyaslı mətbuatın bu barədə mövqe və təcrübəsi fərqli ola bilər. Biz yerli mətbuat sırasındayıq, amma yayım məkanımız olduqca genişdir. Bölgə isə əhalinin çox sıx yaşadığı bir ərazidir. Digər tərəfdən, oxucular çox savadlı və tələbkardırlar. Ona görə işimizə daha məsuliyyətlə yanaşır, oxucuların geniş maraqlarına uyğun olaraq dünyada baş verənlər haqqında da operativ və qərəzsiz xəbər yaymağı olduqca vacib hesab edirik. Lakin bunun üçün xaricdə müxbir məntəqələrimiz yoxdur. Lakin dünya o qədər kiçilib ki, uzaq bir yerdə baş verən hadisələri anında öyrənmək mümkündür.

Daha dürüst və çanlı məlumatların alınması üçün yollar da axtarırıq. Dezinformasiyaların qarşısını almaq üçün bu vacibdir. Türk dövlətləri ilə əlaqələr yaratmağa çalışırıq. Məsələn, Azərbaycanla birbaşa əlaqələrimizin olmamasına təəssüf edirəm və fikirləşirəm ki, bu barədə əməli işlər görməliyik. Heç olmasa qəzetlərarası mübadilə yaratmaq, sizin əməkdaşların yazılarını bizdə, bizimkiləri sizin qəzetlərdə dərc etmək lazımdır.

– Türk dünyasının, eləcə də Azərbaycanın media şəbəkəsinin əlaqəndirilmiş, əlbir fəaliyyəti günümüzdə çox aktuallaşıb. Ümumtürk birliyinin möhkəmlənməsinə bu sahənin töhfəsini necə artırmaq olar?

– Türk xalqlarının birliyi, son illərdə qlobal miqyasda geniş müzakirə mövzusu olub. Bu birliyin əsasını ortaq mədəniyyət, tarix və dil təşkil etsə də, müasir dövrün tələbatı daha geniş meydan açıb. Müstəqillik qazandıqdan sonra türk dövlətləri birliyi qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün zəruri, faydalı addımlar atmışdır. İqtisadi, siyasi və hərbi sahələrdəki birgə fəaliyyətlər əməkdaşlığın möhkəmlənməsinə və güclənməsinə xidmət edir.

Bu sırada Azərbaycanın xüsusi yeri və xidməti aydın görünür. Azərbaycan və Türkiyə arasında yaranmış, tarixən dostluq və həmrəylik üzərində qurulmuş əlaqələr ümumtürk birliyi üçün örnək və təməldir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, həm beynəlxalq müstəvidə, həm də siyasi sahədə onun mövqeyini, ərazi bütövlüyünü daim dəstəkləmişdir.

Bu sıx əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, Türk dünyasının birliyini və gücünü artırmağa da şərait yaratmışdır. Azərbaycanın müstəqil iqtisadi siyasəti iki ölkə arasında qarşılıqlı faydalı enerji layihələrinin həyata keçirilməsinə layiqli töhfələr verir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi və dərinləşməsi gözlənilir.

Azərbaycan və Türkiyə arasındakı birliyin əhəmiyyəti yalnız iki ölkənin xalqları üçün deyil, həm də bölgə və dünya üçün böyük önəm daşıyır. Bizim siyasətimiz əməkdaşlığa və qarşılıqlı işbirliyinə əsaslanır. Azərbaycanın tarixi Zəfərindən sonra yeni dövrün başlanması bu münasibətləri daha da dərinləşdirərək genişləndirdi. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltməklə Azərbaycanı Qafqaz regionunda sülh və inkişafın təminatçısına çevirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları bu sənədlə strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoydu.

– Qəzetiniz bu mövzunu necə işıqlandırır, daha nələr etmək olar?

– Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr qəzetimizin daimi mövzularındandır. Müxtəlif səpkil bu yazıları oxucular da böyük maraqla qarşılayır. Bizi Azərbaycanda oxuyanlar olmasa da, bölgədə yaşayıb çalışan. təhsil alan çoxsaylı azərbaycanlılar fəal oxucularımızdır.

Dəyişən dünya nizamı şəraitində daha da güclənməli və genişlənməlidir. Bu kontekstdə media sahəsindəki əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bizim birgə media mühitimizdə daha çox əməkdaşlıq və həmrəylik təmin edilməli, qarşılıqlı maraqlara uyğun yeni addımlar atılmalıdır.

Azərbaycan və Türkiyə arasında media sahəsindəki strateji əməkdaşlıq haqqında imzalanan Anlaşma Memorandumu, ümumi maraqlarımıza əsaslanaraq peşəkar münasibətlərin inkişafına imkan yaradır. Bu əməkdaşlıq həm də informasiya təhlükəsizliyimizin təmin olunmasına, daha sıx əlaqələrin qurulmasına xidmət edir. “Xalq qəzeti” ilə bu yolda başladığımız əməkdaşlıq davam edəcək.

Qəzetimizin səhifələri hər zaman azərbaycanlı həmkarlarımıza açıqdır və biz hər birimizin verəcəyi töhfənin Türk birliyinin güclənməsinə xidmət edəcəyini düşünürük.

– Müsahibə üçün çox sağ olun.

Söhbəti apardı:
Namiq QƏDİMOĞLU
İzmir–Bakı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 02:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gözəllik: Keçmişdən bu günə, əbədi axtarış Məryəm Bağırova yazır

28 Avqust 2025 09:03see1024

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see253

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see234

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

28 Avqust 2025 13:12see207

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see163

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see148

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see146

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see144

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see142

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see136

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see136

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see135

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see131

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

28 Avqust 2025 05:47see127

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see125

Ceymi Vardi İtaliyaya gedə bilər

26 Avqust 2025 16:16see124

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

27 Avqust 2025 19:29see124

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see122

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see120

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri