Icma.az
close
up
RU
Bakıda söküləcək evlər Kimə nə qədər pul düşür?

Bakıda söküləcək evlər Kimə nə qədər pul düşür?

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nərimanov rayonunda yeni yolun tikintisi ilə əlaqədar bir sıra fərdi yaşayış evlərinin sökülməsi gündəmə gəlib. Hətta söküləcək evlər artıq nömrələnib.

Sakinlər arasında evlərin hər kvadratmetrinə görə 2500-3000 manat kompensasiya veriləcəyi barədə məlumatlar dolaşsa da, məbləğ hələ rəsmən açıqlanmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək yeni yolun tikintisi ilə əlaqədar ilkin işlərə başlanılıb. Söküntü və kompensasiya məsələləri layihənin növbəti mərhələsində dəqiqləşdiriləcək.

Bu xəbər Bakıda evlərin sökülməsi və sakinlərə ödəniləcək kompensasiya məsələsini yenidən aktuallaşdırıb.

Bəs vətəndaş ona təklif olunan məbləğlə razılaşmağa məcburdurmu? Evin kvadratmetrinin qiymətini kim müəyyənləşdirir? Çıxarışı olmayan evlərə kompensasiya düşürmü?

Lent.az məsələ ilə bağlı qanunvericiliyi və paytaxtda daha əvvəl baş vermiş söküntü hadisələrini araşdırıb.

Ev hansı hallarda sökülə bilər?

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Dövlət ehtiyacları üçün əmlakın özgəninkiləşdirilməsinə yalnız onun dəyərinin əvvəlcədən ədalətli ödənilməsi şərtilə yol verilir.

Dövlət əhəmiyyətli yolların, kommunikasiya xətlərinin, müdafiə və təhlükəsizlik obyektlərinin tikilməsi əmlakın dövlət ehtiyacları üçün alınmasına əsas yaradan hallardandır.

Bundan başqa, insanların həyatı üçün təhlükə yaradan qəzalı binalar və qanunsuz tikililər də müvafiq hüquqi prosedurlar əsasında sökülə bilər.

Lakin binanın köhnə olması və ya tikinti şirkətinin həmin ərazidə yeni yaşayış kompleksi inşa etmək istəməsi evin məcburi sökülməsi üçün kifayət etmir.

Kompensasiyanın məbləği necə hesablanmalıdır?

Azərbaycanda sökülən bütün evlər üçün vahid kompensasiya tarifi müəyyən edilməyib.

Əmlakın yerləşdiyi ərazi, sahəsi, bazar dəyəri, təmir vəziyyəti, torpaq sahəsi və infrastruktura yaxınlığı qiymətləndirmə zamanı nəzərə alınmalıdır.

Qanunvericiliyə əsasən, torpağın bazar qiymətinin müəyyənləşdirilməsi zamanı əvvəlcə 100 metr radiusda yerləşən analoji torpaqların qiyməti araşdırılır. Müvafiq bazar olmadıqda bu məsafə 250, daha sonra 500 metrədək artırılır.

Buna görə də Nərimanov rayonunda söküləcək evlərə verilən kompensasiya ilə paytaxtın kənar ərazilərindəki evlərə ödənilən məbləğin fərqli olması mümkündür.

Kompensasiyaya əlavə ödənişlər də nəzərdə tutulur

Vətəndaşların çoxunun bilmədiyi məqamlardan biri də köçürülmə ilə əlaqədar yaranan çətinliklərə görə əlavə kompensasiya mexanizminin mövcudluğudur.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsinə əsasən, həmin ərazidə əsas yaşayış yeri kimi azı beş il yaşadığını sənədlə təsdiqləyən şəxslər müəyyən şərtlərlə əlavə kompensasiya ala bilərlər.

Bu məbləğ yaşayış müddətindən asılı olaraq kompensasiyanın 5-10 faizini təşkil edir.

Çıxarışı olmayan evlərə kompensasiya düşürmü?

Evin çıxarışının olmaması vətəndaşın bütün hallarda kompensasiya hüququnu itirməsi demək deyil.

Mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiqləyən digər qanuni sənədlər də nəzərə alına bilər.

Torpaq üzərində qanuni hüququ olmayan şəxslərə isə dövlət ehtiyacları üçün köçürülmə zamanı daşınar əmlaka dəymiş zərərin ödənilməsi və köçürülmə ilə bağlı yardım nəzərdə tutulur.

Tikinti şirkəti vətəndaşın razılığı olmadan evi sökə bilərmi?

Özəl tikinti şirkətlərinin kommersiya məqsədilə həyata keçirdiyi layihələr dövlət ehtiyacları ilə eyniləşdirilməməlidir.

Şirkətlə sakin arasında bağlanan müqavilədə kompensasiyanın məbləği, veriləcək yeni mənzilin sahəsi, mərtəbəsi, təmir vəziyyəti, tikintinin başa çatdırılma müddəti və müvəqqəti kirayə xərcləri dəqiq göstərilməlidir.

Şifahi vədlərə əsaslanaraq evin təhvil verilməsi sonradan ciddi problemlərə səbəb ola bilər.

Bakının 1500 manatlıq kompensasiya mübahisəsi

Paytaxtın keçmiş “Sovetski” məhəlləsində 2014-cü ildən başlayan söküntülər zamanı evlərin hər kvadratmetrinə görə 1500 manat kompensasiya müəyyən edilmişdi.

Bəzi sakinlər isə həmin məbləğlə şəhərin mərkəzində eyni şəraitə malik mənzil almağın mümkün olmadığını bildirərək etiraz etmişdilər.

Bakıda evlərin sökülməsi ilə bağlı mübahisələr Avropa İnsan Hüquqları Məhkəməsinə qədər də gedib çıxıb.

2015-ci il yanvarın 29-da “Axverdiyev Azərbaycana qarşı” işi üzrə çıxarılan qərarda vətəndaşın evinin qanunsuz sökülməsi nəticəsində mülkiyyət hüququnun pozulduğu müəyyən edilib.

Evi söküləcək vətəndaş nə etməlidir?

İlk növbədə söküntünün hüquqi əsasını təsdiqləyən sənədlər tələb edilməli, əmlakın müstəqil qiymətləndirilməsi aparılmalı və kompensasiyanın hesablanması qaydası öyrənilməlidir.

Vətəndaş təklif olunan kompensasiya ilə razılaşmadıqda məhkəməyə müraciət edə, hüquqi əsaslar olduqda söküntünün müvəqqəti dayandırılmasını istəyə bilər.

Nərimanov rayonunda həyata keçiriləcək yeni yol layihəsi zamanı da əsas məsələ sakinlərə təklif ediləcək kompensasiyanın ərazidəki real mənzil qiymətlərinə nə dərəcədə uyğun olmasıdır.

Çünki ədalətli kompensasiya yalnız sökülən divarların qiyməti deyil, vətəndaşın itirdiyi yaşayış imkanlarının qarşılığıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Noyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri