Icma.az
close
up
RU
Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Pekin, 12 oktyabr, AZƏRTAC

Pekində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının (ÇXR) Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Çində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu imzalayıb.

Anlaşma memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənəddə birgə investisiya layihələrinin həyata keçirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və texnologiyaların transferi, biznes subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də ixrac imkanları barədə məlumat mübadiləsi yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi öz əksini tapıb. Bununla yanaşı, memorandum kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması və potensialın artırılması istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənəddə nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə Fəaliyyət Planının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.

İmzalanmadan əvvəl keçirilən görüşdə nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin siyasi iradəsi və rəhbərliyi ilə iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı aparılan danışıqlar nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki ölkə münasibətlərində daha bir yeni tarixi səhifə açıb. İki ölkənin qurumları dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq işlər görür. Bu konteksdə kənd təsərrüfatı sahəsində əməkdşalığın irəli aparılmasının hər iki ölkə üçün faydalı olacağına əminlik ifadə edilib.

Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər olduğunu bildirən Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu iki ölkənin kənd təsərrüfatının müxtəlif istiqamətləri, o cümlədən, pambıqçılıq, üzümçülük, şərabçılıq, müasir texnologiyalar və elmi-tədqiqatlar üzrə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Çinin Azərbaycanla kənd təsərrüfatı və emal olunmuş məhsullar üzrə ticarət dövriyyəsini artırmaq istədiyini, Azərbaycandan Çinə məhsul ixracının çoxalmasını təmin etmək məqsədilə Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və yarmarkalarda daha fəal iştirakının əhəmiyyətli olduğunu vurğulayıb.

Çinli nazir iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında anlaşma memorandumunun imzalanmasının müvafiq sahədə əməkdaşlığın dərinləşməsini təmin edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanda kənd təsərrüfatı sektorunda görülən işlər və əldə olunan uğurlar barədə məlumat verən nazir Məcnun Məmmədov ölkəmizdə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi prioritetlər kimi müəyyənləşdirilib

Nazir iki ölkə arasında kənd təsərrüfatı və emal olunmuş qida məhsulları üzrə ticarət əlaqələrinə toxunub, cari ilin 7 ayında ticarət dövriyyəsinin 37,9 milyon ABŞ dolları təşkil etdiyini, Çindən idxalın 25,5 faiz artdığını, Azərbaycandan bu ölkəyə ixracın isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102,4 faiz çoxaldığını deyib. O, Azərbaycanın artan istehsal potensialını nəzərə alaraq, bu sektorda ticarət əlaqələrinin daha da inkişafı və şaxələndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı, ticarət dövriyyəsinin artırılması imkanlarını birgə araşdırmaq məqsədilə mütəxəssislər arasında daha sıx əməkdaşlığın təşviq edildiyini deyib.

Çin ilə Azərbaycan arasında baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikasının təchizatı və digər sahələrdə əməkdaşlığın artıq səmərəli nəticələr verdiyini bildirən Məcnun Məmmədov Çin şirkətlərini Azərbaycandakı əlverişli və etibarlı investisiya mühitindən yararlanmağa, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla kənd təsərrüfatı sektorundakı investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib. O, həmçinin ölkəmizdə hər il keçirilən “Caspian Agro” sərgisində Çindən daha çox şirkətin iştirakının müvafiq sahədə əməkdaşlığa müsbət təsir edəcəyini deyib.

Nazir Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarətin şaxələndirilməsini, ağıllı kənd təsərrüfatı, aqrotexnologiyalar, dron texnologiyaları və süni intellektin aqrar sahədə tətbiqi üzrə əməkdaşlığın gücləndirilməsini, eləcə də kənd təsərrüfatı mütəxəssisləri üçün texniki təlimlərin və təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına baş çəkib, onların tədqiqatları, əldə etdiyi uğurlu nəticələr barədə məlumatlandırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri