Icma.az
close
up
RU
Azərbaycan COP29da qlobal liderlik nümunəsi nümayiş etdirdi

Azərbaycan COP29da qlobal liderlik nümunəsi nümayiş etdirdi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın ən mötəbər tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi səciyələndirilə bilər.

2023-cü ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 beynəlxalq tədbirində növbəti COP29-un Bakıda keçirilməsinə dair razılığa gəlinmişdir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsətinin verilməsi bizim ölkəyə hörmət əlamətidir. Dünya dövlətlərinin BMT səviyyəsində keçirilən, ümumbəşəri əhəmiyyət kəsb edən belə bir tədbirin məhz Azərbaycanda keçirilməsinə müsbət mövqe bildirmələri heç də təsadüfi deyildir. Bu, indiyə qədər ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə nümayiş etdirilən nümunələrlə bağlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya ictimayətinin problemlərinin müzakirə edildiyi ən önəmli məkanlardan birinə çevrilmiş, müxtəlif səpkili beynəlxalq tədbirlərə ev sahibliyi edərək bu istiqamətdə hərtərəfli geniş təcrübəyə sahiblənə bilmişdir. Dünya dövlətlərinin Azərbaycana münasibət bəsləmələrində yuxarıda qeyd olunan mühüm amillərlə yanaşı, cənab İlham Əliyevin qətiyyəti, onun diplomatik məharəti, dərin dövlətçilik təcrübəsi, dünya liderləri arasında malik olduğu şəxsi nüfuzu hesabına tam müstəqil siyasət aparması ilə də izah edilə bilər.
Dövlətimizin başçısı Azərbaycanın bu mötəbər tədbiri ən yüksək səviyyədə təşkil edə biləcəyinə əvvəlcədən tam əmin idi. Prezident İlham Əliyev yaxşı bilirdi ki, ölkəmizin əleyhinə olan məkrli qüvvələr bu tədbirdən şəxsi maraqları üçün istifadə etməklə Azərbaycanın imicinə zərbə vurmağa və bu tədbirin Bakıda baş tutmaması üçün bütün naqis üsullardan istifadə etməyə çalışacaqlar. AntiAzərbaycan qüvvələr, başda Fransa olmaqla bütün mümkün variantlardan istifadə edərək COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin əleyhinə fəal iş aparmalarına rəğmən dövlət başçımızın qətiyyəti sayəsində bütün əngəllər dəf edildi, bu mötəbər tədbir ən yüksək səviyyədə baş tutdu.
12 gün davam edən bu beynəlxalq tədbir bəşəriyyəti narahat edən ən mühüm problemlərin müzakirəsi, onların aradan qaldırılmasının həlli yolları barədə mühüm qərarların qəbul edilməsi ilə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna əlavə dividentlər qazandırmış oldu. Noyabrın 12-də COP29 Liderlər Samitinin açılışını edən Prezident İlham Əliyev bildirmişdir: “Mən COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürümü bildirmək istərdim. Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, əziz qardaşım Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı və onun bütün komandasını Dubayda COP28-də əldə olunmuş tarixi konsensus münasibətilə təbrik edirəm və Bakıda COP29 üçün hazırlıqlarda verdikləri dəstəyə görə minnətdaram. Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.
Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 tədbirində qlobal iqlim dəyişikliyinin ardanan qaldırılması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə donor dövlətlər tərəfindən ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. COP29-da isə bu məbləğ 300 milyard ABŞ dolları səviyyəsində təsdiq edilmişdir. Qəbul edilmiş qaydaya görə növbəti COP tədbirlərində ayrılacaq vəsaitin miqdarı əvvəlki əvvəlkindən az olmamalıdır. Bununla da COP29 təsdiq etmiş oldu ki, bəşəriyyəti narahat edən problemin fəsadlarının aradan qaldırılmasına daha da həssas yanaşmalı, ekoloji tarazlığın pozulmasında rol alan inkişaf etmiş dövlətlər daha çox vəsait ayırmaqla öz töhfələrini verməlidirlər.
COP29-un ən yüksək səviyyədə keçirilməsi və burada qəbul edilmiş mühüm qərarlar Azərbaycanın qarşıya qoyulmuş hədəflərə nail olmasına və beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə öz töhfəsini vermiş oldu.

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see418

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see414

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see364

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see332

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see331

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see266

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see257

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see243

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see238

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see224

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see221

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see209

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see205

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see201

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see192

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see192

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see188

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see187

Bu 4 tərəvəzi dondurmayın Səbəb

30 İyul 2026 22:39see175

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri