“Azərbaycan COP29u yüksək səviyyədə təşkil edib” Polşa Prezidenti
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib”.
Yeniavaz.com xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırlayaraq bildirib:
“İki ölkə arasında çox gözəl iqtisadi əlaqələr mövcuddur. O cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrimizin ənənəvi hissəsini təşkil edir. İnanıram ki, bu əlaqələr ikitərəfli əməkdaşlığın digər sahələrində də dərinləşəcək”.

Polşa Prezidenti: Azərbaycan COP29u yüksək səviyyədə təşkil edib
12 Noyabr 2024 17:26

