Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Azərbaycan çox böyük diplomatik və siyasi qələbə əldə edib

Azərbaycan çox böyük diplomatik və siyasi qələbə əldə edib

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin ABŞ-yə rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və qarşılıqlı etimad mühitində keçirilən görüşlər regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya layihələri və sülh gündəliyinin irəlilədilməsi istiqamətində konkret addımların atılmasına zəmin yaradıb. Bu səfər həmçinin beynəlxalq müstəvidə dialoqun dərinləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.

Hələ seçkilər ərəfəsində cənab İlham Əliyev çox ciddi proqnoz irəli sürmüş və Trampın seçiləcəyi ilə bağlı öz fikirlərini ifadə etmişdir. Daha sonra Şuşa Media Formunda cənab Trampla bağlı fikirlər səsləndirmiş və bu fikirlər Tramp tərəfindən sosial şəbəkə hesabında dərc olunmuşdur. Görüşdən əvvəl qarşılıqlı diplomatik jestlər əslində bu görüşün hansı formatda və mühitdə keçəcəyi haqqında fikir formalaşdırırdı. Proqnozlar düz çıxdı. Ermənistanın baş nazirinin reallıqları qəbul etməsi və başqa yolunun olmaması onun da bu sülhə razı olduğunu, canfəşanlıq etdiyini göstərdi. Hətta görüş əsnasında cənab Prezidenti dəfələrlə təsdiq etməsi və “heç bir əlavəm yoxdur” deməsi də həyəcanından xəbər verən amil idi.

Qeyd etmək lazımdır ki, cənab Trampla cənab İlham Əliyev ilk dəfə qarşılaşır və münasibət qururdular. Amma ABŞ kimi nəhəng dövlətin başçısının Azərbaycan liderinə bu qədər isti, hörmət, etimad və ehtiramla yanaşması cənab Prezidentin şəxsi xarizmasından xəbər verən amildir. Tramp Azərbaycanın imkanlarını yaxşı bilir və deyə bilərəm ki, son illər istər hərbi, istər siyasi və istərsə də iqtisadi sferada əldə etdiyimiz uğurlarla biz dünya ictimaiyyətinin diqqətini çəkə bilmişik. Nəticədə ABŞ bizim illərdir yarımcıq qalan məsələmizi başa çatdıraraq gələcəkdə bizimlə çox sıx əməkdaşlıq etmək istəyir.

Ağ Evin açarlarının təqdim olunması isə ABŞ-nin görüşün gələcəyinə olan ümidindən xəbər verir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evdə təqdim etdiyi “Ağ Evin rəmzi açarı” ABŞ diplomatiyasında nadir hallarda verilən hədiyyələrdən biridir. Donald Tramp bu simvolik açarı prezidentliyi dövründə cəmi üç şəxsə təqdim edib: Benyamin Netanyahu, Taro Aso və Elon Musk. Ağ Evin “qızıl açarı” ABŞ siyasi mədəniyyətində nadir təqdim olunan simvolik hədiyyədir. Açar dərin diplomatik məna daşıyır, etimad, strateji tərəfdaşlıq və yüksək hörmətin nişanı sayılır. Hədiyyə simvolik olaraq Ağ Evin və ABŞ Prezidentinin “qapılarının” həmişə açıq olduğu mesajını verir. Siyasi analitiklərə görə, belə bir hədiyyə sadəcə protokol jesti deyil, həm də strateji mesajdır. Və bununla da Ağ Evin simvolik açarının Cənab Prezident İlham Əliyevə təqdim olunması, onun qlobal arenada nüfuzunun və ABŞ-Azərbaycan münasibətlərində etimadın ali göstəricisidir.

Vaşinqtonda olan görüşün əsas məqamlarını təhlil edərkən görürük ki, Azərbaycan çox böyük diplomatik və siyasi qələbə əldə etmişdir. Bu məqamda xatırlatmaq istərdim ki, bütün siyasi və diplomatik uğurların əsasında 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal anti-terror əməliyyatlarında şəhid olan oğullarımızın canı və sağlamlığını itirən qazilərimizin qanı dayanır. Yəni əgər biz döyüş meydanında belə şanlı zəfər qazanmasaydıq, heç vaxt siyasi təsiretmə qabiliyyətimiz bu qədər yüksək olmazdı.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Bu məsələ çox ciddi məsələdir. Belə ki, hər dövlətlə, xüsusi ilə ərazisi və əhalisi Azərbaycan kimi o qədər də böyük olmayan dövlətlərlə belə strateji tərəfdaşlıqlar yaratmır. Çünki ABŞ-ın o qədər böyük imkanları mövcuddur ki, ona lazım olanı digər subyektləri özündən kənarda saxlamaqla da əldə edir. Nəzərə alsaq ki, Azərbaycan NATO-nun 10 ölkəsi, yəni ABŞ-ın 10 tərəfdaşı ilə strateji əməkşlıq edir. O zaman ABŞ-ın bizimlə memorandumu imzalaması elə də təəccüblü olmamalıdır. Bu əməkdaşlıq həm böyük imkan, eyni zamanda böyük öhdəlik və məsuliyyətdir. Biz regionda ABŞ-ın strateji tərəfdaşı olmaqla böyük fürsətlər əldə edirik. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir.

Başqa bir vacib məsələ ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılmasıdır. 907-ci düzəliş faktiki olaraq Azərbaycana birbaşa maddi yardımların göstərilməsini qadağan edir və iki ölkə arasında münasibətlərin inkişafına əngəl törədirdi. Onun ləğv olunması isə strateji baxımdan mühüm əhəmiyyət daşıyacaq. Dəfələrlə Ulu Öndər Heydər Əliyev və daha sonra Prezident cənab İlham Əliyev bu düzəlişin haqqsız olduğunu bildirib. Ümumiyyətlə, nə üçün axı belə bir düzəliş Azərbaycan dövlətinə, xalqına qarşı tətbiq olunduğunu bilən varmı?! Axı Azərbaycan işğalçı deyil, Azərbaycan torpaqları işğal olduğu halda Ermənistana qarşı bu qədər humanist davranmaq ABŞ kimi bir dövlətin nüfuzuna yaraşmayan amil idi. 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində “Freedom Support Act” qanununun 907-ci maddəsinin tətbiqini tam dayandıran sənəd imzalandı.  907-ci düzəlişin ləğvi həm Azərbaycan-ABŞ münasibətləri, həm də Cənubi Qafqazda Azərbaycan-ABŞ-Ermənistan əməkdaşlığı üçün yeni imkanlar açacaq. Bu da təbii olaraq müsbət və strateji baxımdan əhəmiyyətli bir hadisə kimi dəyərləndirilə bilər.

Xalqımızın yaddaşında bir faydasız qurum kimi qalan ATƏT-in Minsk qrupu artıq tarixin tozlu səhifələrində qaldı. Artıq münaqişə, iddiaları yoxdur. Nə üçün Minsk qrupu hələ də fəaliyyətini davam etdirməlidir. Bu şərt Azərbaycanın irəli sürdüyü və israr etdiyi məqamlardan biri idi. ATƏT-in Minsk qrupunun məntiqsiz və mənasız bir amil olaraq ləğv olunması labüd idi.

Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli prezidentinin iştirakı ilə sülh müqaviləsinin paraflanması özü artıq Azərbaycana qarşı olan böyük etimad və ehtiramın göstəricisidir. Cənab İlham Əliyevin bir nömrəli ofis və ən qüdrətli prezident sözlərini həm mətbuat konfransında, həm də yerli mətbuata müsahibəsində işlətməsi nə prezident Trampa tərif, nə də başqaların qarşı yönəlmiş bir addım idi. Birincisi, bu, reallıqdır. Son baş verən hadisələr açıq göstərir ki, ABŞ yenidən dünyadakı mövqeyini gücləndirir və onunla hesablaşmayanların sonu elə də yaxşı olmur. İkincisi isə bu, bir xəbərdarlıq idi. Bəli, Ermənistanın baş nazirinə və cəmiyyətinə! Bilirsiniz ki, paraflanma hələ tam sülh müqaviləsi deyil. Ermənistan Respublikasının ali qanununda Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır. Ən əsası isə bu millətin xarakterində dəyişkənlik və sözünün üstündə durmama kimi əlamətlər vardır. Cənab Prezident dünya ictimaiyyətinin gözü qarşısında diplomatik ustalıqla Paşinyan və Ermənistanı əgər razılaşmanı yerinə yetirməsə nələr gözlədiyini ifadə etdi.

SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Azərbaycan Cənubi Avropada ən əsas enerji təminatçısı kimi çıxış edir. Azərbaycan dünyada, hətta Suriyaya belə öz qazı ilə humanitar yardım edir. Azərbaycan öz enerji ehtiyyatlarını Ukraynadakı enerji böhranının aradan qaldırılmasında istifadə edir. Yəni, milli sərvətlərimiz milli maraqlarımız naminə və ümumdünya mənafeyi üçün təmkinlə və ağılla istifadə olunur.

Azərbaycan yalnız neft-qaz istehsal edən ölkə deyil. Azərbaycan tranzit ölkə kimi də yaratdığı imkanlar vasitəsilə bütün regionda neft-qaz istehsal edən ölkələr dünya bazarına rahatlıqla çıxa bilər. Bu fikri cənab Tramp “sizin böyük imkanlarınız var” deyərək təsdiq etmişdir. Bir sözlə, Azərbaycan özü inkişaf tempi ilə ABŞ-a, Aİ-na, hərbi gücü ilə isə NATO-ya nə yük olacaq, nə də problem yaradacaq. Əksinə, dəstək olacaq. Qərb bunu təhlil edib və sonda belə bir nəticəyə gəlib ki, Azərbaycanla münasibətlər labüddür, vacibdir və istisna olunmur.

Bu görüşdə həm də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Başqa sözlə Zəngəzur dəhlizi reallaşır. Azərbaycanın şərtləri qəbul olunur. Azərbaycan və İlham Əliyev döyüş meydanında qalib olduğu kimi siyasi sferada da zəfər çalır. Hər bir qalibiyyətin dünya tərəfindən, yəni dünyanın əksəriyyəti tərəfindən qəbul olunmasına ciddi ehtiyac vardır. 10 noyabr bəyannaməsi əldə etdiyimiz qələbənin qəbul olunması istiqamətində ciddi sənəddir. Lakin daha ciddi sülh müqaviləsinə ehtiyac var. Həmin bəyannamədə Naxçıvana gediş-gəlişin maneəsiz olması amili mövcuddur və Ermənistan 5 il əvvəl boynuna götürməyə məcbur olduğu bu öhdəliyi de-yure və de-fakto icra etmiş olacaq. Azərbaycanın diqtə etdiyi yol onun istədiyi qaydada açılır. Əslində mahiyyət etibarı ilə bu gün bu yolun nə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur. Əsas əldə olunan nəticələrdir. Bir də öncə cənab Prezident və xalqımız bu dəhlizin adını Zəngəzur dəhlizi qoyub. Deməli, sənədlərdə deyil qəlblərdə, könüllərdə, yəni de-fakto bu yolun adı Zəngəzur dəhlizidir. De-yure “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan yoldan Azərbaycan vətəndaşları çox rahat şəkildə “Azərbaycandan-Azərbaycana” prinsipi ilə maneəsiz gedəcəklər. Bu yolda Ermənistan sərhədçiləri, ordusu deyil, Amerikan şirkəti xidmət aparacaqdır.

Əlbəttə, imzalanan sənəddən sonra dövlət başçısının öz yaxın dostları ilə, qardaşı ilə əlaqə saxlamağı və məlumat verməyi çox təbiidir. Cənab İlham Əliyevin “bizim bir ailəmiz var, o da Türk Dünyası” fəlsəfi, ideoloji və siyasi fikri bir daha özünü təsdiq etmişdir. Türkiyə, Özbəkistan, Türkmənistan və Qazaxıstanın rəhbər şəxsləri ilə telefonda danışmağı və məlumat verməyi sübut edir ki, bizim yolumuz da və amalımız da birdir.

Əlbəttə, məqsədimiz heç də bütün dövlətləri razı salmaq deyil. Biz öz milli maraqlarımız üçün mübarizə aparırıq. Kimlərsə bizimlə eyni yolda eyni hədəflərə malikdirlərsə, biz onlarla əməkdaşlığa hazırıq. Məqsədimiz regionumuzda sülh və əməkdaşlıqdır.

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Avqust 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri