Icma.az
close
up
RU
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir

Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Azərbaycan xalqı yüksək mədəniyyəti və qonaqpərvərliyi ilə tanınır. Azərbaycanlılar dünyanın o xalqlarındandır ki, hər bir mövsümdə qonaq qarşılama mədəniyyətinə malikdir. Ölkəmizə gələn qonaqları yüksək səviyyədə qarşılamaq Azərbaycan xalqının qanındadır. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Məkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycana səfər etdi. Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İki ölkə rəhbərlərinin geniş tərkibdə görüşü keçirildi. Səfər çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi yer tutur. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qalxması deməkdir. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana səfəri zamanı apardığı danışıqlar, əməkdaşlıq və sənədlərin imzalanması onların əhəmiyyətini daha da artırır.

2025-ci il may ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Baş katibi To Lam arasında keçirilmiş yüksək səviyyəli görüş, iki ölkə arasında münasibətlərin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həm siyasi bəyanatların məzmunu, həm də imzalanan sənədlərin miqyası göstərdi ki, Azərbaycan–Vyetnam əlaqələri artıq ənənəvi dostluq və diplomatik çərçivəni aşaraq strateji əməkdaşlıq və qlobal səviyyəli həmrəyliyə doğru yönəlir. Daha dəqiqi qlobal çağırışlara ortak cavab və strateji hədəflərə doğru yeni bir yol başlayır. İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi əhəmiyyət kəsb etmişdir. 18-19 may 2014-cü il tarixlərində Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açmışdır. Bu səfər zamanı iqtisadi, ticarət və mədəni əməkdaşlığı gücləndirən bir sıra sazişlər imzalanmışdır. 13-15 may 2015-ci ildə Vyetnam Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə əlaqələrin dərinləşməsinə və qarşılıqlı etimadın artmasına töhfə vermişdir. Bu səfərlər nəticəsində siyasi dialoq yüksək səviyyəyə qaldırılmış, iqtisadi və humanitar əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır. Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər, imzalanmış sənədlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müzakirələrin həm məzmun, həm də nəticə baxımından məhsuldar və səmərəli olması, liderimizin diplomatik məharətini və tərəfdaş ölkələrlə münasibətlərə verdiyi strateji önəmi bir daha təsdiqləyir. Siyasi dialoqdan tutmuş iqtisadi, energetika, mədəniyyət, təhsil, müdafiə sənayesi və nəqliyyat sahələrinə qədər geniş spektrdə əməkdaşlıq perspektivlərinin formalaşması, məhz Prezident İlham Əliyevin beynəlxalq əlaqələri dərinləşdirmək istiqamətində atdığı uğurlu addımların təzahürüdür. Ölkə rəhbərləri eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardı və burada da heç bir fikir ayrılığının olmadıqı qeyd olundu. Eyni zamanda iki ölkənin beynəlxalq təşkilatlardakı birgə fəaliyyətinin yüksək dərəcədə ürəkaçan olması vurğulandı. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə də bu dəstəklənmə yüksək qarşılanmışdır. Eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərilməkdədir. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağını daha da artırmışdır. Görüşdə Vyetnamın öz tarixində işğaldan əziyyət çəkdiyi, azadlıq müharibəsi nəticəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu xatırlanıb. Eyni zamanda, Azərbaycanın da 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi vurğulanıb. Baş katib To Lam Vyetnamın azadlığı uğrunda mübarizəsində və bu ölkənin birləşməsi prosesindən sonra quruculuq və bərpa işlərində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Azərbaycan və Vyetnam arasında münasibətlərin bu günkü inkişaf səviyyəsi onu deməyə əsas verir ki, bu iki ölkə qlobal çağırışlar fonunda dayanıqlı, suveren və strateji tərəfdaşlıq modelini formalaşdırır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasət, Cənub-Şərqi Asiyada da yeni dostlar və tərəfdaşlar qazanmaqla nəticələnir. Azərbaycan–Vyetnam münasibətləri yalnız keçmişin tarixi bağlarına əsaslanmır – bu münasibətlər müasir dünyanın ehtiyaclarına uyğun strateji əməkdaşlıq, qlobal sabitlik və ədalətə dəstək, siyasi iradə və iqtisadi praqmatizmin vəhdəti üzərində qurulub. Bu model, qarşıdakı illərdə Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan üçün yeni imkanların və qlobal nüfuzun daha da güclənməsinə zəmin yaradır. Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir. Yüksək səviyyəli səfərlər, institusional mexanizmlər və mədəni təşəbbüslər bu əlaqələrin davamlı inkişafını təmin edir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyi və hər iki ölkə üçün qarşılıqlı fayda gətirəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri