Icma.az
close
up
RU
Azərbaycan daha bir nüfuzlu yarışa ev sahibliyi edəcək: Gələcəyin futbol ulduzları ölkəmizdə parlayacaqlar

Azərbaycan daha bir nüfuzlu yarışa ev sahibliyi edəcək: Gələcəyin futbol ulduzları ölkəmizdə parlayacaqlar

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bu gün Azərbaycan idmanı üçün xüsusi bir gündür.

Oxu.Az xəbər verir ki, FIFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunan qərara əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.

Bu mühüm və tarixi qərarın qəbul olunması təbii ki, təsadüfi deyil. Bu, illər ərzində Azərbaycan idmanına, futboluna ayrılan xüsusi diqqət və qayğının nəticəsidir.

Artıq Azərbaycan dünyada nüfuzlu idman ölkəsinə çevrilib. Hamımızın gözləri qarşısında fərdi idman növləri ilə yanaşı, komanda idman növlərində də böyük irəliləyişlər əldə olunub. Ölkəmizdə uzun müddətdir müxtəlif beynəlxalq yarışlar, hətta olimpiya oyunlarına lisenziya verən nüfuzlu turnirlər keçirilir və Azərbaycan bu sahədə yüksək təcrübəyə malikdir. Bunlar arasında 2015-ci ildə tarixdə ilk dəfə təşkil edilmiş Avropa Oyunları, 2016-cı ildən bəri Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi, ayrı-ayrı idman növləri üzrə dəfələrlə keçirilmiş dünya və Avropa çempionatları, Dünya Kuboku mərhələlərini göstərmək olar.

FİFA kimi önəmli bir qurumun dünya çempionatınn Azərbaycanda keçirilməsinə qərar verməsi Azərbaycanda futbol üçün görülən önəmli işlərin nəticəsidir. Bu qərara təsir edən bir sıra amillər var ki, bunlara misal olaraq çempionatın keçirilməsi üçün ideal stadionların olması, təşkilatçılıq bacarığının, futbola olan marağın yüksək səviyyəsi, futbolun müxtəlif yaş qruplarına göstərilən diqqəti göstərmək olar. Sadaladığımız nüansların Azərbaycanda mövcudluğu dünyanın diqqətini məhz buraya yönəldib və dünya çempionatının Azərbaycanda keçirilməsi qərarı Azərbaycan futbolunun inkişafının doğru istiqamətdə olduğunun göstəricisidir.

Qeyd etmək lazımdır ki, məhz bu çempionat ilk dəfə Azərbaycanın 20 yaşadək kişilərdən ibarət milli komandasının dünya çempionatının final mərhələsində iştirakına yol açır. Bu da Azərbaycanın 20 yaşadək futbolçularının inkişafı, gələcəkdə də əsas milli komandanın uğurları üçün çalışacaq təcrübəli futbolçuların yetişməsi üçün zəmin yaradır.

Bu gün qəbul olunan qərar həm də Azərbaycanın bir çox mötəbər yarışlara ev sahibliyi edəcəyinin xəbərçisidir.

Murad Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri