Icma.az
close
up
RU
Azərbaycan dialoqun mümkün olduğu nadir ünvan

Azərbaycan dialoqun mümkün olduğu nadir ünvan

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər Azərbaycan qətiyyətli addımları və çevik diplomatiyası ilə Yaxın Şərqdə diqqət çəkən ölkələrdən birinə çevrilib. 

Tarazlı xarici siyasəti, müxtəlif xalqlarla tarixə söykənən mədəni bağları sayəsində Azərbaycan artıq əvvəllər bir-birinə düşmən gözü ilə baxan tərəflər arasında körpü rolunu oynayır. Bunu ən açıq şəkildə Bakının İsraillə bir sıra ərəb ölkələri, o cümlədən Türkiyə və hətta Suriya arasında münasibətlərin yumşaldılması prosesində getdikcə artan rolu göstərir.

İsraildə Azərbaycan haqqında xüsusi hörmət və səmimi duyğularla danışırlar. Bu da səbəbsiz deyil.

İki ölkə arasındakı münasibətlər təkcə rəsmi əməkdaşlıq deyil, eyni zamanda, illərlə formalaşan qarşılıqlı etimad, ortaq maraqlar və dostluqdur. Qlobal səviyyədə artan qeyri-sabitlik fonunda İsrail üçün Azərbaycanın etibarlılığı çox önəmlidir. 

Bakı həm verdiyi sözə əməl edir, həm də bir çox dövlətin uzaq durduğu mürəkkəb məsələlərdə vasitəçi rolunu çəkinmədən öz üzərinə götürür. Bu isə Azərbaycanı regionda sadəcə tərəfdaş deyil, eyni zamanda dialoqun mümkün olduğu nadir ünvanlardan birinə çevirir.

Məhz Bakı Suriyanın və İsrailin rəsmi nümayəndələri arasında birbaşa təmasın baş tuta biləcəyi məkan kimi qeyd olunur. Bu i bir neçə il əvvəl tamamilə mümkünsüz görünürdü.

Suriya Prezidenti Əhməd Əş-Şəraanın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması barədə yayılan məlumatlar təkcə Bakının artan nüfuzunu deyil, həm də bu şəhərin mürəkkəb münasibətləri olan ölkələr arasında real körpülər qura bilmək imkanlarını göstərir.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Bakıda Suriya və İsrail nümayəndələrinin görüşü planlaşdırılır və bu görüşdə xüsusilə İsrailin Suriya cənubundakı mövcudluğu ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur. 

Rəsmi Dəməşq hələlik bu danışıqları rəsmən təsdiqləməsə də, artmaqda olan sübutlar onu göstərir ki, məhz Azərbaycan belə həssas mövzuların müzakirəsi üçün neytral və etibarlı platforma təqdim edə biləcək nadir ölkələrdən biridir.

İsrail dəfələrlə bəyan edib ki, Azərbaycanı ən önəmli strateji müttəfiqi kimi görür.

Bu münasibət təkcə sözlə deyil, konkret addımlarla da təsdiqlənir: diplomatik ünsiyyət kanalları məhz Bakı üzərindən keçir və bu kanallara hətta İsraillə rəsmi əlaqəsi olmayan Suriya kimi ölkələr də etimad göstərir.

Azərbaycanın bu proseslərdə rolu təkcə görüşlərin təşkili ilə məhdudlaşmır.

Burada Prezident İlham Əliyevin şəxsi nüfuzu da xüsusi əhəmiyyət daşıyır.

O, həm İsrail rəhbərliyi, həm də Yaxın Şərqin bir sıra ölkələrinin liderləri ilə etibarlı münasibətlər qurmağı bacarıb. ABŞ və Rusiyanın İsraillə ərəb dünyası arasında normallaşma cəhdləri müxtəlif maneələrlə üzləşdiyi bir vaxtda, məhz Bakı gözlənilməz uğurlar nümayiş etdirir - yumşaq, amma qətiyyətli diplomatiya ilə.

Bölgənin ən köklü münaqişələrindən biri ilə bağlı irəliləyişin əldə olunması məhz Azərbaycanın vasitəçiliyi və onun unikal geosiyasi mövqeyi sayəsində mümkün ola bilər. Çünki son aylarda yaşananlar göstərir ki, Bakı sadəcə müşahidəçi yox, Yaxın Şərq diplomatiyasının fəal moderatoruna çevrilir - yeni, hörmət və qəbul edilən tərəf kimi.

Və bir həqiqət artıq dəyişməz görünür: Azərbaycan Suriya məsələsində bu dəfə tamamilə fərqli bir rolda geri dönür - düşmənlər arasında körpü quran, etibarlı və balanslı vasitəçi kimi.Bu yeni diplomatik memarlıqda isə Azərbaycanın yeri tam mərkəzdədir.

Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi
“Cebheinfo.az”

 

Açar sözlər: Azərbaycan İsrail Suriya Əhməd Əş-Şəraa Yuri Boçarov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri