Icma.az
close
up
RU
Çoxəsrlik dostluğa əsaslanan starteji tərəfdaşlıq

Çoxəsrlik dostluğa əsaslanan starteji tərəfdaşlıq

Icma.az, 525.az saytına istinadən bildirir.

Akif RƏFİYEV
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri, Ədliyyə general-mayoru

Ötən həftə - oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi və iclala bağlı mətbuat üçün geniş bəyanat yayımlandı.

Görüş iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yeni səviyyəyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər, həm ikitərəfli münasibətlərin yüksək səviyyəsini, həm də gələcək əməkdaşlığın prioritet istiqamətlərini aydın şəkildə ortaya qoydu. Qazaxıstanda son illərdə müşahidə olunan inkişaf proseslərini xüsusi vurğulayan Aəzrbaycanın dövlət başçısı qeyd etdi ki, Prezident Kasım-Jomart Tokayevin uzaqgörən rəhbərliyi altında Qazaxıstan müasir texnologiyaların tətbiqi, süni intellektin inkişafı və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Azərbaycan Prezidenti Qazaxıstana etdiyi mütəmadi səfərlər zamanı bu inkişafın real nəticələrini əyani şəkildə gördüyünü bildirdi.

Azərbaycan və Qazaxıstan arasında münasibətlərin əsasında çoxəsrlik dostluq, mənəvi yaxınlıq və ortaq mədəni köklər dayanır. Prezident İlham Əliyev bəyanatında bildirdi ki, bu münasibətlər həmişə qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanıb. Qazaxıstan, Azərbaycanın ən ağır dövrlərində belə, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstək göstərib. İşğal dövründə Qazaxıstan beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək, beynəlxalq hüquq prinsiplərinə əsaslanan sülhün bərqərar olmasına çağırış edib. Azərbaycan Prezidenti Prezident həmçinin, iki ölkə arasında dostluğun və qardaşlığın bu gün də yeni məzmunla zənginləşdiyini vurğuladı. Dövlətlərarası münasibətlərin möhkəm təməli üzərində qurulmuş bu əməkdaşlıq sayəsində son üç ildə ondan çox qarşılıqlı səfərin həyata keçirilməsi, qarşılıqlı fəaliyyətin intensivliyini bir daha göstərir.

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması regionda yeni sabitlik dövrünün əsasını qoyub. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış saziş Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Qazaxıstanın bu prosesə verdiyi ilk və səmimi reaksiyası isə qardaş ölkənin regionda sülhə və əməkdaşlığa sadiqliyinin göstəricisidir. Azərbaycan tərəfindən Ermənistanla ticarət və tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Qazaxıstanın Ermənistana göndərdiyi ilk taxıl yükü ilə baş tutan tranzit əməliyyatı bu sülhün praktik təzahürünə çevrilib. Prezident Əliyev bu hadisəni regionda əməkdaşlığın real göstəricisi kimi qiymətləndirib.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələri son illərdə dinamik şəkildə inkişaf edir. Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti nəticəsində əmtəə dövriyyəsi artmaqda, birgə investisiya layihələrinin həcmi genişlənməkdədir. Prezident cənab  İlham Əliyev çıxışında Qazaxıstanla birgə yaradılmış Birgə İnvestisiya Fondunun fəaliyyətini xüsusi qeyd etdi. Artıq bir neçə layihənin icrası mərhələsində olması bu fondun potensialını təsdiqləyir. Energetika sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdəndir. Xəzərin dibi ilə elektrik kabelinin çəkilişi üzrə üçtərəfli saziş, eləcə də bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş təşəbbüslər regionun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Nəqliyyat-logistika sahəsində isə Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması ilə Asiyadan Avropaya daşınan yüklərin həcmi artacaq, regionun tranzit potensialı daha da genişlənəcək. Bu, həm Azərbaycanın, həm də Qazaxıstanın iqtisadi maraqlarına xidmət edən mühüm təşəbbüsdür.

Azərbaycan və Qazaxıstan arasında humanitar əlaqələr xalqların yaxınlaşmasında mühüm rol oynayır. Dövlət başçısı çıxışında qeyd etdi ki, iki ölkə arasında Mədəniyyət Günlərinin mütəmadi keçirilməsi, eləcə də təhsil və gənclər mübadiləsinin gücləndirilməsi xalqlar arasında dostluq körpülərini daha da möhkəmləndirir.

Xüsusilə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzulidə inşa edilən və onun iştirakı ilə açılışı həyata keçirilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu dostluğun simvoluna çevrilib. Prezident Əliyev vurğuladı ki, bu mərkəz yalnız təhsil və inkişaf ocağı deyil, həm də Azərbaycan və Qazaxıstan xalqları arasında qardaşlığın canlı rəmzidir.

Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərməkdə davam edirlər. İstər BMT, istər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə eyni dəyərlər və ortaq məqsədlər əsasında fəaliyyət göstərir.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin toplantısında Qazaxıstanın fəxri qonaq kimi iştirakı gözlənilir.

Bu əlaqələr təkcə diplomatik yaxınlıq deyil, həm də regional əməkdaşlıqda vahid mövqedən çıxış etməyin bariz nümunəsidir. Azərbaycan və Qazaxıstanın ortaq səyləri sayəsində Avrasiya məkanında yeni enerji, logistika və iqtisadi əməkdaşlıq körpüləri formalaşır.

Prezident cənab İlham Əliyevin Astanadakı çıxışı və bəyanatı iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiq etdi. Azərbaycanın və Qazaxıstanın birgə səyləri regionda sabitlik, inkişaf və inteqrasiya üçün mühüm töhfə verir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu münasibətləri birləşdirən amil təkcə siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq tarix, mənəvi dəyərlər və qardaşlıq bağlarıdır. Bu təməl üzərində qurulan əməkdaşlıq həm bu gün, həm də gələcək nəsillər üçün möhkəm və etibarlı tərəfdaşlıq nümunəsidir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri