Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Azərbaycan dili Dövlətçilik iradəsinin və milli kimliyin simvolu

Azərbaycan dili Dövlətçilik iradəsinin və milli kimliyin simvolu

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Hər bir xalqın kimliyini, tarixini və mənəvi varlığını yaşadan ən mühüm amillərdən biri onun dilidir. Azərbaycan dövləti üçün də ana dilimiz sadəcə bir ünsiyyət vasitəsi deyil, milli mənəviyyatımızın, dövlətçiliyimizin və azadlıq ruhumuzun simvoludur. Məhz buna görə də müstəqil Azərbaycanın siyasi kursunda dil siyasəti daim prioritet istiqamətlərdən biri kimi dəyərləndirilmişdir.

Azərbaycan dili bizim millət olaraq keçmişimizə, bu günümüzə və sabahımıza açılan mənəvi körpüdür. Bu dil əsrlərin sınağından keçmiş, bəzən qadağalarla üz-üzə qalmış, lakin heç vaxt sarsılmamışdır. Bu gün Azərbaycan dili öz doğma torpağında dövlət dili statusuna sahibdirsə, bu, hər şeydən öncə xalqın iradəsi və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Lakin bu gün böyük fəxrlə danışdığımız bu mövqe tarixin hər mərhələsində bunca asan əldə olunmamışdır. SSRİ dönəmində, xüsusilə də 1970-ci illərdən sonra milli dillərə qarşı ideoloji təzyiqlərin artdığı bir dövrdə dil məsələsini gündəmə gətirmək böyük cəsarət tələb edirdi. 1977-ci il Sovet Konstitusiyası milli dillərin sıxışdırılmasına yeni hüquqi çərçivə yaratdı. Belə bir siyasi mühitdə az qala bütün respublika rəhbərləri susmağa üstünlük verdiyi halda, Azərbaycanın rəhbəri Heydər Əliyev dil məsələsində açıq mövqe sərgilədi. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi sıradan bir hüquqi akt deyildi. Bu qərar — azərbaycançılıq məfkurəsinin ilk böyük təntənəsi, milli iradənin ilk böyük təzahürü idi. Bu, həm də gələcək müstəqilliyimizin təməlinin səssiz, amma qətiyyətli şəkildə qoyulması idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə münasibətdə yalnız tarixi ədaləti bərpa etməklə kifayətlənmədi. Onun dil siyasəti genişmiqyaslı, strateji yanaşmaya əsaslanırdı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” olaraq təsbit edilməsi, milli dövlətin hüquqi və ideoloji simasını formalaşdırdı. Bu, həm də dilin rəsmi-mənəvi statusunun bütün sahələrdə təminatı üçün hüquqi zəmin yaratdı. Ardınca 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, dilin yalnız hüquqi statusunu deyil, onun praktik tətbiqinin təmin olunmasını da dövlət siyasətinin prioritet istiqamətinə çevirdi.
Bu sənədlər Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması üçün real idarəetmə mexanizmləri yaradırdı. Ulu Öndər bu addımlarla göstərdi ki, dilin qorunması təkcə mədəniyyət deyil, milli təhlükəsizlik, milli kimlik və milli birlik məsələsidir.
Ulu Öndər deyirdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu sadə, lakin olduqca dərin fikir Azərbaycan dövlətinin dil siyasətinin fəlsəfəsini açıq şəkildə ifadə edir. Azərbaycan dili bu gün yalnız ölkə daxilində deyil, bütün dünyada yaşayan milyonlarla soydaşımız üçün milli birliyin, mənəvi vəhdətin dayağıdır. Ana dilimiz nəinki klassik ədəbiyyatımızın və musiqimizin daşıyıcısıdır, həm də çağdaş Azərbaycanın informasiya məkanında, elmdə, texnologiyada, hüquqda və digər sahələrdə öz gücünü sübut etmişdir. Bu, təsadüf deyil – bu, sistemli və ardıcıl siyasətin nəticəsidir. Bugünkü Azərbaycan gənci öz ana dilində düşünür, yaradır, öz dövlətini bu dildə tanıyır və dünyaya təqdim edir.
Ulu Öndərin dil siyasəti bu gün də uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev rəhbərliyi ilə aparılan milli siyasət nəticəsində Azərbaycan dili daha da gücləndirilmiş, qlobal səviyyədə tanınan bir dilə çevrilmişdir. Təhsil, media, diplomatiya və informasiya texnologiyaları sahəsində dilimizin mövqeyi ilbəil güclənir. Yeni nəsil vətəndaşın ana dili ilə yüksək səviyyədə təchiz olunması dövlətin strateji hədəfləri sırasındadır.
Bununla yanaşı, avqustun 1-nin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi təsis olunması, dilin tədrisinə yönəlik islahatlar, terminoloji komissiyaların fəaliyyəti və digər tədbirlər ana dilimizin inkişafının davamlılığını təmin edir. Bu, həm də onu göstərir ki, dil məsələsi müasir Azərbaycanın milli ideologiyasının mərkəzində yer alır.
Azərbaycan dili bizim milli kimliyimizin daşıyıcısı olmaqla yanaşı, həm də dövlət müstəqilliyimizin təntənəsidir. Bu dilin hər bir sözü, hər bir səsi tariximizin, ədəbiyyatımızın, ağrımızın və qürurumuzun daşıyıcısıdır. Ana dilimiz yalnız ədəbiyyatımızın deyil, həm də ruhumuzun dilidir. Bu dili qorumaq, yaşatmaq və zənginləşdirmək isə təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur.
Bu gün Azərbaycan dilinə sahib çıxmaq — dövlətçiliyimizə, müstəqilliyimizə və gələcəyimizə sahib çıxmaq deməkdir. Çünki biz bir xalq olaraq nə qədər güclü, nə qədər müasir və inkişaf etmiş olsaq da, öz ana dilimizi yaşatmadan heç bir halda bütöv ola bilmərik. Ulu Öndər demişkən: “Biz fəxr edirik ki, müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan dili dünya dilləri içərisində layiqli yerini tutmuşdur.”
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri