Icma.az
close
up
RU
Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, birliyinin və dövlətçilik qüdrətinin təntənəsi

Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, birliyinin və dövlətçilik qüdrətinin təntənəsi

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

XXI əsrin ən şanlı səhifələrindən biri 2020-ci ilin payızında — Vətən müharibəsi günlərində yazıldı. 27 sentyabrda başlayan və 44 gün davam edən bu mübarizə təkcə hərbi əməliyyat deyildi; bu, Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin siyasi uzaqgörənliyinin və ordumuzun qəhrəmanlığının təntənəsi idi. 44 gün ərzində dövlət, xalq və ordu bir amal uğrunda birləşərək tarixə qızıl hərflərlə yazılan Böyük Qələbəyə imza atdı. Azərbaycan dövləti 30 il ərzində ardıcıl şəkildə güclü ordu quruculuğu, diplomatik çeviklik və iqtisadi sabitlik siyasəti həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” prinsipi, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin təməl daşı oldu. Məhz bu strateji xətt 2020-ci ilin payızında öz bəhrəsini verdi – Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu yüksək peşəkarlıq, intizam və vətənpərvərlik nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birliyinin və həmrəyliyinin misilsiz nümunəsinə çevrildi. Cəbhədə əsgərlərimiz qəhrəmanlıqla döyüşür, arxa cəbhədə milyonlarla insan orduya mənəvi və maddi dəstək göstərirdi. Xalqın bir yumruq kimi birləşməsi, gənclərin könüllülük ruhu və anaların duaları bu Qələbənin mənəvi təməlini yaratdı. Bu mübarizənin ən zirvə nöqtəsi isə 8 Noyabr — Şuşanın azad edildiyi gün oldu. Qarabağın tacı sayılan Şuşa şəhərinin azad olunması təkcə hərbi əməliyyat deyil, milli ruhun və zəkanın təntənəsi idi. Azərbaycan əsgəri iradə və inam gücü ilə düşməni məğlub etdi. Bu qəhrəmanlıq Azərbaycan xalqının əsrlər boyu qoruduğu vətən sevgisinin ən ali ifadəsi idi.

8 Noyabr – Zəfər Günü Azərbaycanın milli tarixində dönüş nöqtəsi oldu. Bu gün, 30 il davam edən ədalətsizliyə son qoyan, xalqın azadlıq arzusunu reallaşdıran bir tarixdir. Bu Zəfər sübut etdi ki, dövlətin azadlığı yalnız silahla deyil, həm də milli iradə, siyasi liderlik və mənəvi bütövlüklə qorunur. Cənab Prezident İlham Əliyevin müharibə dövründəki qətiyyətli çıxışları, beynəlxalq mediaya verdiyi müsahibələr və diplomatik arqumentləri informasiya cəbhəsində də Azərbaycanı qalib mövqeyə çıxardı. O, döyüş meydanında ədaləti bərpa etməklə yanaşı, informasiya savaşında da həqiqətin səsini dünyaya çatdırdı. Zəfər həm də Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi. Azərbaycan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq qurumlarda daha fəal və nüfuzlu dövlətə çevrildi. BMT-nin 1993-cü ildə qəbul etdiyi, lakin icra olunmayan 4 qətnamə Azərbaycanın öz gücü ilə həyata keçirməsi beynəlxalq hüququn reallıqda bərpası demək idi. Bu hadisə bir çox ölkələr üçün nümunəyə çevrildi və göstərdi ki, milli maraqlar yalnız siyasi və hərbi gücün vəhdəti ilə qoruna bilər.

Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Regionda güc balansı dəyişdi, status-kvo aradan qalxdı və Azərbaycan mərkəzli yeni təhlükəsizlik və əməkdaşlıq düzəni formalaşdı. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz artıq regional iqtisadi layihələrin aparıcı qüvvəsinə çevrilib. Zəngəzur dəhlizi və Qarabağın bərpası ilə Azərbaycan həm iqtisadi, həm də strateji baxımdan bölgədə mühüm rol oynayır. Postmüharibə dövrü Azərbaycan üçün yeni mərhələnin başlanğıcı oldu. “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Füzuli, Zəngilan və Laçın hava limanlarının inşası, yeni yollar, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri Qarabağın inkişafını təmin edir. Bu proses təkcə fiziki yenidənqurma deyil, həm də mənəvi dirçəlişin, şəhidlərimizin ruhuna ehtiramın təcəssümüdür.

Zəfər Günü həm də bir millətin öz tarixini yenidən yazmasının rəmzidir. Bu Qələbə yalnız ərazilərin azadlığı deyil, həm də milli kimliyin, qürurun və ədalətin bərpasıdır. Hər il 8 Noyabrda Azərbaycan xalqı Zəfəri böyük sevinc, eyni zamanda dərin minnətdarlıq hissi ilə qeyd edir. Bu gün həm qəhrəman şəhidlərimizin xatirəsinə ehtiram, həm də gələcək nəsillərə Vətənə sədaqət andıdır. Azərbaycan xalqı bir daha sübut etdi ki, ədalət, birlik və Vətən sevgisi qarşısında heç bir güc dayana bilməz. 44 günlük mübarizə, 8 Noyabr Zəfəri və onun yaratdığı yeni reallıqlar Azərbaycan tarixinin əbədi iftixarı, milli qürurunun sarsılmaz sütunudur.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri