Icma.az
close
up
RU
Azərbaycan dili Heydər Əliyevin sayəsində öz varlığını qoruyub saxlaya bilib

Azərbaycan dili Heydər Əliyevin sayəsində öz varlığını qoruyub saxlaya bilib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"Azərbaycan xalqı kimi onun dili də tarixin müxtəlif dövrlərində çətin sınaqlardan keçmiş, ayrı-ayrı dövrlərdə təzyiqlərlə üzləşmiş, hətta məhv edilmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Ancaq sevindirici haldır ki, bütün bu təzyiqlərin qarşısı alınmış və milli kimliyimiz, milli mənsubiyyətimizin ifadəçisi olan Azərbaycan dilini, onun saflığını qoruyub saxlamaq mümkün olmuşdur".
Bu fikirləri Newscenter.az-a Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı danışarkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycan dilinin məhv olmaq təhlükəsindən xilas edilməsi, onun saflığının qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. İlham İsmayılov diqqətə çatdırıb ki, istər Sovet Azərbaycanına, istərsə də müstəqil respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər Azərbaycan dilinin inkişaf etdirilməsi, onun xarici təsirlərdən qorunması istiqamətində qətiyyətli və prinsipial addımlar atıb:
"Hələ sovetlərin zamanında, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərir. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Etiraf etmək lazımdır ki, həmin dövrdə belə bir qətiyyətli və prinsipial addım atmaq cəsarət tələb edirdi və belə bir cəsarəi də yalnız Heydər Əliyev nümayiş etdirə bilərdi".
İlham İsmayılov onu da qeyd edib ki, Heydər Əliyev müstəqil Azərbaycan rəhbərlik etdiyi illərdə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun xarici təsirlərdən qorunması istiqamətində sistemli addımlar atıb. ATXƏM sədri diqqətə çatdırıb ki, Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir:
"2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib".
Günümüzdə də bu istiqamətdə dövlət siyasətinin uğurla davam etdiyini deyən İlham İsmayılov, "Cənab Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi, 2018-ci il noyabrın 1-də imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman, eləcə də digər hüquqi sənədlər dilimizin qorunması, onun gələcək nəsillərə çatdırılmasının dövlətimiz üçün prioritet olduğunu təsdiqləyir",-deyə bildirib.
Süleyman İsmayılbəyli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 İyul 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri