Icma.az
close
up
RU
Milli kimliyimiz və mənəvi varlığımızdır ŞƏRH

Milli kimliyimiz və mənəvi varlığımızdır ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan dilinin qorunmasına, inkişafına və dövlət dili kimi möhkəmlənməsinə xüsusi diqqət göstərmişdir. Onun “Dil hər bir millətin milliliyinin əsasıdır” fikri ana dilimizin xalqımızın həyatındakı əvəzsiz rolunu aydın şəkildə ifadə edir. Heydər Əliyevin uzaqgörən dil siyasəti nəticəsində Azərbaycan dilinin milli dəyər kimi qorunması, cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər görülmüşdür.Azərbaycan dili xalqımızın əsrlər boyu formalaşmış tarixi yaddaşını, zəngin mədəni irsini və milli düşüncə tərzini özündə yaşadan ən böyük mənəvi sərvətlərimizdən biridir. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın kimliyini, keçmişini və mənəvi dünyasını əks etdirən əsas amillərdəndir. Öz dilini qoruyan xalq öz tarixini, mədəniyyətini və milli dəyərlərini də qorumuş olur.Tarixin müxtəlif dövrlərində Azərbaycan dili bir sıra çətinliklərlə üzləşmişdir. Xüsusilə sovet hakimiyyəti illərində milli dillərin inkişafına müəyyən məhdudiyyətlər yaradılmış, ana dili məsələsini gündəmə gətirmək böyük cəsarət tələb etmişdir. Həmin dövrdə ziyalılarımızın milli dilimizin qorunması istiqamətində göstərdiyi səylər Azərbaycan dilinin yaşadılmasında mühüm rol oynamışdır.Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, öz ana dilinə bağlılığını qoruyub saxlamışdır. Dilimiz nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatmış, müstəqillik illərində isə dövlət dili kimi öz layiqli mövqeyini daha da möhkəmləndirmişdir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dilinin dövlət dili kimi inkişafı, onun tətbiq dairəsinin genişləndirilməsi və milli dəyərlər sistemindəki rolu daha da artırılmışdır. Azərbaycan əlifbasının təkmilləşdirilməsi və latın qrafikalı əlifbaya keçid xalqımızın mədəni həyatında mühüm tarixi hadisələrdən biri olmuşdur.Bu gün Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ana dilimizin təbliği, onun saflığının qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dili ölkəmizdə yaşayan milyonlarla insanın mənəvi birliyini ifadə etməklə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün də milli bağlılıq rəmzidir.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili Günü doğma dilimizə olan hörmət və sevgimizin ifadəsidir. Bu əlamətdar gün bizə ana dilimizin keçdiyi şərəfli yolu, onun qorunması uğrunda göstərilən səyləri və gələcək nəsillər qarşısında məsuliyyətimizi xatırladır.Hər bir Azərbaycan vətəndaşı ana dilinə böyük ehtiramla yanaşmalı, onun zənginliyini qorumalı, düzgün istifadəsinə diqqət yetirməli və bu qiymətli milli sərvəti gələcək nəsillərə layiqincə ötürməlidir. Çünki dilini yaşadan xalq öz milli varlığını, tarixini və gələcəyini qoruyur.

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri