Icma.az
close
up
RU
Azərbaycan dilində danışdığına görə bıçaqlandı Video

Azərbaycan dilində danışdığına görə bıçaqlandı Video

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyulun 9-da Gürcüstanda yaşayan 15 yaşlı azərbaycanlı Əli Mehdiyev Azərbaycan dilində danışdığı üçün bıçaqlanıb. Hadisə Tiflisin Vaşlicvari qəsəbəsində, saat 19 radələrində baş verib. İddiaya görə, bir nəfər Əlinin Azərbaycan dilində danışmasına etiraz edib, onu təhqir edib və daha sonra bıçaqla hücum edib.

Axar.az xəbər verir ki, Əli Mehdiyevin anası Sevinc Quliyeva Oxu.az-a açıqlamasında bildirib ki, hadisədən sonra yayılan ilkin məlumatlar zərərçəkənin yanında olan şəxslərin dediklərinə əsaslanıb.

Oğlunun narkozdan ayıldıqdan sonra danışdıqları isə hadisənin əsl gedişatını ortaya qoyub:

"Oğlum gözünü açan kimi mənə dedi ki, hadisə elə olmayıb. Onun sözlərinə görə, məhəllədə dostu ilə söhbət edirmiş. Dostu ilə həm gürcü, həm də Azərbaycan dilində danışırmışlar. Lakin məhəllədə yaşayan 55 yaşlı Giorgi Tsabudaşvili Azərbaycan dilində danışdığı üçün oğlumu söyməyə başlayıb.

Onu şəxsən tanımırıq. Oğlum deyib ki, mən ona cavab qaytaranda əvvəlcə məni vurdu. Mən də ona cavab olaraq vurdum. Bundan sonra o, gedib bıçaq gətirdi və üstümə hücum çəkdi".

S.Quliyevanın sözlərinə görə, hadisə bununla bitməyib. Oğlu canını qurtarmaq üçün qaçmağa çalışsa da, hücum edən şəxs onu təqib edib:

"Əlindən qaçanda da dalınca düşüb. Qaça-qaça oğlumu arxadan da bıçaqlayıb. Bel nahiyəsindən, arxa hissəsindən və qarnından zərbələr endirib. Oğlumun bədənində ümumilikdə beş bıçaq yarası var. Ən ağır zərbələr qarın nahiyəsinə dəyib".

Zərərçəkmişin anası qeyd edib ki, məhəllədə azərbaycanlılar, gürcülər və ermənilər yaşayırlar. Özləri isə rəsmi olaraq Gürcüstan vətəndaşıdırlar.

Ana iddia edib ki, hadisəni törədən şəxs azərbaycanlılara qarşı aqressiv münasibəti ilə əvvəllər də tanınıb:

"Sonradan mənə dedilər ki, həmin adam bizim milləti xoşlamır. Bundan əvvəl də məhəllədə başqa uşaqlarla dava edib. Hətta bir uşağı boğmağa cəhd etdiyini də eşitmişik. Oğlum dedi ki, onlara yaxınlaşıb yalnız gürcü dilində danışmalarını istəyib. Halbuki oğlum Gürcüstanda böyüyüb, gürcü dilini çox yaxşı bilir. Sadəcə, dostları ilə söhbət edəndə gürcü və Azərbaycan dillərini qarışıq danışırlar".

S.Quliyeva bildirib ki, hadisə baş verəndə işdə olub, ona telefonla məlumat veriblər:

"Mənə dedilər ki, oğlum onun əlindən qaçandan sonra həmin adam gedib mişar götürüb. Bunu görən qonşulardan biri əlindən almağa çalışıb. Həmin vaxt mişar qonşunun da əlini kəsib".

Hazırda 15 yaşlı Əli Mehdiyevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:

"Uşaq gözünü açıb, danışır, telefonu da əlinə alır. Amma yaraları çox olduğu üçün hələ reanimasiyadan palataya köçürmürlər. Dalağı zədələndiyi üçün götürülüb. Ürəyinin alt hissəsindən də xəsarət alıb. Ağrıları çox olduğundan morfi və digər ağrıkəsicilər vururlar. Həkimlər vəziyyətinin stabil olduğunu, sağalacağına ümid etdiklərini deyirlər. Bizə dedilər ki, hüquq-mühafizə orqanları oğlumun sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxsi saxlayıb, araşdırma aparılır. Amma öyrənmişik ki, həmin şəxsin "dəlilik kağızı" var, bilmirəm, indi proses necə olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 İyul 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri