Icma.az
close
up
RU
Azərbaycan dilində ilk dəfə qeyri səlis məntiq nəzəriyyəsi və texnologiyasının sistematik izahına həsr olunmuş kitab çap olunub

Azərbaycan dilində ilk dəfə qeyri səlis məntiq nəzəriyyəsi və texnologiyasının sistematik izahına həsr olunmuş kitab çap olunub

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qeyri-səlis“ məntiqdən söhbət düşəndə gözüm qarşıısında iki insan ömrünün böyük fəaliyyət sahəsi canlanır-professor Lütfi Zadə və professor Rafiq Əliyev. Onlardan biri fevral ayının 4-də Bakıda dünyaya göz açan həmyerlimiz, dünya şöhrətli alim professor Lütfi Zadədir. Professor Zadənin qeyri-səlis məntiq haqqında ilk məqaləsi 1965-ci ildə dərc olunub. O, qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elm sahəsində yeni bir dövrün təməlini qoydu. “Qeyri-səlis məntiq” nəzəriyyəsini  Lütfi Zadə  bir fərziyyə olaraq irəli sürməklə göstərdi ki, real həyat problemlərini Aristotelin klassik məntiqi və klassik riyaziyyatdan istifadə ilə həll etmək mümkün deyil. Yeni baxışa ehtiyac var.  Qeyri-səlis məntiqə görə, bu və ya digər mülahizənin doğruluq qiyməti 0 və 1  ilə deyil, onlar  arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu ideya ilə qeyri-səlis çoxluqlar nəzəriyyəsi və yeni riyaziyyatın əsası qoyuldu, yeni dünyagörüş, yeni elmi istiqamət meydana gəldi və qeyri-dəqiq informasiyanın təsviri və emalı üçün üçün güclü alət yaradıldı. Bu gün elm sahələrinin əksəriyyəti qeyri-səlis məntiqdən istifadə edir və bu nəzəriyyə geniş tətbiq sahələrinə malikdir.

Professor Zadənin varisi və davamçısı professor Rafiq Əliyev “Qeyri-səlis” məntiq nəzəriyyəsini inkişaf etdirməklə bir neçə nəzəriyyələrin əsasını qoydu. O, insan fikirləri, mühakiməsi üçün ALI-1, ALI-2, ALI-3, ALI-4 implikasiyalarını yaratdı və bu gün bu məntiqlər sənayedə, tibbdə, iqtisadiyyatda  tətbiq edilir. O, qeyri-səlis məntiqin  Soft Computing-in digər  tərkib hissələri ilə sinerciləri əsasında yeni üsullar işlədi və bununla da süni intellektin inkişafına təkan verdi. Professor Əliyev tərəfindən qeyri-səlis diferensial tənliklərlə təsvir edilən mürəkkəb dinamik sistemlərin analizi üçün ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin işlənməsi “qeyri-səlis” məntiq nəzəriyyəsinin öyrənilməsinin vacibliyi və tətbiqinə bir nümunədir.

Bu gün kompüterlər klassik məntiqlə işləyir, bu səbəbdən informasiya axtarışı zamanı gərəksiz informasiya ilə çox qarşılaşırıq. Klassik Aristotel məntiqi semantik təhlilə imkan vermir, ümid edirəm ki, yeni informasiya axtarış sistemləri qeyri-səlis məntiqdən istifadə edəcək.  Kompüterlər təbii dili emal edə bilmir, yeni yanaşmalardan istifadə olunur,  qeyri-səlis məntiq bu baxımdan əlverişli vasitədir. Kompüterlərin simvolları emal etmək qabiliyyəti artırıldıqca təbii dilin emalında problemlər azalacaq. Təbii dilin semantik qeyri-müəyyənliyi təbii dilin modelləşdirilməsində bir maneə kimi ortaya çıxır. Bu maneə yalnız qeyri-səlis məntiqlə aradan qaldırıla bilər. Bu sahədə inilis və digər dillərdə çoxsaylı elmi məqalələr və kitablar var, lakin azərbaycan dilində yoxdur. Sevindirici haldır ki, bu günlərdə Azərnəşr tərəfindən „Qeyri-səlis məntiq” kitabı nəşr olunub.

İndi isə Sizinlə  professor Rafiq Əliyevin və fəlsəfə doktoru Rafiq Rəşad oğlu Əliyevin birgə yazdıqları  “Qeyri-səlis məntiq” adl kitab haqqında fikirlərimi bölüşmək istəyirəm.

Kitab girişdən və səkkiz fəsildən ibarətdir. Təqdim edilən kitab qeyri-səlis məntiq nəzəriyyəsi  və onun tətbiqinin aydınlaşdırılması sahəsində  azərbaycan dilində yazılan  ilk dərslikdir.

Bu kitabda qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, ölçülə bilən və ölçülə bilməyən informasiya, təxmini mühakimənin və real dünya məsələlərinin modelləşdirilməsinin əsasını təşkil edən münasibətlər  lakonik şəkildə verilib.

Kitabda qeyri-səlis məntiqə aid əsas analyışlara- qeyri-səlis çoxluqlar və onların xassələri, onlar üzərində əməllər, qeyri-səlis ədədlər, hesab, linqvistik dəyişənlər və onlarla əlaqəli məsələlər,  qeyri-səlis məntiqlə klassik məntiqin fərqi, qeyri-səlis məntiq əsasında təxmini mühakimə və məntiqi nəticə çıxarma üsulları yüksək elmi texniki dildə səlis şəkildə verilib.  Burada epistemik və münasibətlər fasetlərinə, professor Zadənin təbirincə desək „təbii dil persepsiyalar sistemidir” konsepsiyasına, epistemik yanaşma ilə izah edilən Sorites paradoksuna ətraflı baxılıb.

Kitabda   qeyri-səlis riyaziyyatın təməl elementləri- qeyri-səlis funksiya, qeyri-səlis törəmə,  qeyri-səlis tənliklər, qeyri-səlis həndəsə məsələləri ətraflı şərh edilib. Qeyri-səlis məntiqin real həyat  məsələlərinə tətbiqinə xüsusi diqqət verilib. Mürəkkəb qeyri-xəttiliyə, qeyri-müəyyənliyə malik obyektlərin və sistemlərin modelləşdirilməsi  məsələlərinə, qeyri-səlis reqressiya, linqvistik qeyri-səlis qaydalara əsaslanan  modellərin qurulma prinsiplərinə baxılıb.

Baxılan əsərdə „Əgər-Onda ” qaydalarına əsaslanan adi və adaptiv kontrollerlərin qurulma prinsipləri,  dinamik sistemlərin qeyri-səlis dayanıqlıq məsələləri , imperfekt informasiya şəraitində qeyri-səlis məntiqə əsaslanan  qərar qəbuletmə nəzəriyyəsinin təməl elementləri, həmçinin qeyri-səlis qərar mühitinə, qeyri-səlis faydalılıq konsepsiyasına, mükəmməl olmayan informasiya şəraitində  ümimi qərar qəbuletmə üsuluna geniş yer verilib.

Kitab tədqiqatçılara  qeyri-səlis informasiya mühitində fəaliyyət göstərən robotların qurulma prinsipləri, qeyri-səlis rezalyusiya  əsasında mobil robotların analitik layihələndirilməsi, intellektual nəqliyyat robotunun  qeyri-səlis idarəetmə sisteminin işlənməsi problemlərini öyrəməkdə yardımçı olacaq, onları bu sahədə  biliklərlə təmin edəcəkdir.

Hamıya məlumdur ki, bu gün Riyazi linqivistikanın köməyi ilə avtomatik tərcümə mövcuddur. Lakin qeyd etməliyik ki, qeyri-səlis məntiqə əsaslanan yanaşmanın təbii dilin modelləşməsində və formallaşmasında istifadəsi biliklərin inikası üçün daha ifadəli dil və təfəkkür və hesablama üçün daha çoxtərəfli imkan təmin edir. Qeyri-səlis məntiqin tətbiq sahələrindən biri də mətnlərdən semantik nəticə çıxarmaq, xülasə çıxarmaqdır. Bu da insanların daha bilikli olmasına dəstək verir. Bu gün qeyri-səlis kimya, qeyri-səlis fizika, qeyri-səlis riyaziyyat sürətlə inkişaf edir. Ümid edirəm ki, kitabdakı materiallar qeyri-səlis məntiqin dərindən öyrənilməsi və tətbiqi üçün təqdiqatçılar, tələbələr və şagirdlər üçün yeni imkanlar yaradacaq və onların stolüstü kitabına çevriləcəkdir.

Azərbaycanda “Süni intellekt” strategiyasının hazırlandığı bir dövrdə belə bir kitabın nəşri təqdirə layiq hadisədir. Onu da qeyd edim ki, bu kitabın müəlliflərinin özbək alimlərlə birlgə hazırladığı “Süni intellekt” kitabı 4 dildə nəşr olunmuşdur və dünyanın aparıcı universitetlərində tədrisdə istifadə olunur.

Belə bir kitabı ərsəyə gətirdiklərinə görə müəlliflərə təşəkkür edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru, professor Lətafət Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Fevral 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see201

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see189

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see180

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see163

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see157

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see142

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see136

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see134

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see133

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see128

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see120

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri