Icma.az
close
up
RU
Ədəbiyyat mükafatı bir sıfır geridən başlayır Kəramət Böyükçöl

Ədəbiyyat mükafatı bir sıfır geridən başlayır Kəramət Böyükçöl

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Mədəniyyət Nazirliyinin öz ətrafında o qədər gənclər, yazarlar var, onların arasından bir nəfər seçib mükafatı ona verəcəklər”

  “Azərbaycanda Şahbazdan çox qohum-əqrəbası olan adamı yoxdur. İndi Şahbaz Xuduoğluna Mədəniyyət Nazirliyində yer verməyiblər, araları dəyib. O özünün şəxsi maraqlarına uyğun olmayanda elə danışır. Sabah münasibətlər düzələndə də, durub başqa cür danışacaq”

Azərbaycanda ədəbiyyat üzrə yeni dövlət mükafatı- Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan ediləcək. Mükafatın məbləği 50 min manat olacaq və Prezident Fərmanı ilə təsdiqlənəcək. Laureata bir nəfər müəyyənləşəcək, qalibə həm pul mükafatı, həm diplom və döş nişanı təqdim olunacaq. 

Mükafatın təsis edilməsi ədəbiyyat ictimaiyyətində müzakirə olunur, qalibin seçimi, müsabiqənin ədalətliliyi və cəmiyyət üçün əhəmiyyəti barədə müxtəlif fikirlər səslənir.

Yazıçı Kəramət Böyükçöl mövzu ilə bağlı Sherg.az-a danışıb:

"Məni dəvət etdilər, iştirak etdim. Mədəniyyət Nazirliyinin nümayəndələrinə, müavinlərinə, şöbə müdələrinə fikirlərimi dedim. Ədəbiyyatla bağlı bu mükafat, əgər dövlətin təsis elədiyi mükafatdırsa, "bir sıfır geridən başlayır" deməkdir. Çünki ədəbiyyat azad bir sahədir. İndi o mükafat layiqli bir adama veriləcək-verilməyəcək bunu bilmək olmaz.

Aydın məsələdir ki, orada senzuralar olacaq, siyasi məsələlərə yer verilən hansısa bir əsər kənarlaşdırılacaq. Ədəbiyyat mükafatı mənim o qədər də maraq dairəmdə deyil. Birinci yerin mükafat pulunu nə qədər yüksək eləsələr belə, cəmiyyət üçün onu cazibədər edə bilməyəcəklər. Sağ olsunlar, təşəbbüs göstərirlər, nəsə eləmək istəyirlər, amma orada cəmiyyətin, azad ruhlu insanların ciddi bir gözləntiləri olmayacaq". 

Kəramət Böyükçöl, Şahbaz Xudoğlunun "Kitab mükafatına öz qohumlarını, yaxınlarını, tanışlarını çəkəcəklər" fikrinə də münasibət bildirib:

"Vallah Şahbaz Xuduoğlu nə deyir-demir, bilmirəm. Azərbaycanda Şahbazdan çox qohum-əqrəbası olan adamı yoxdur. Qohum-əqrəba söhbəti həryərdə var. İndi Şahbaz Xuduoğluna Mədəniyyət Nazirliyində yer verməyiblər, araları dəyib. İndi də o nazirliyin hansısa bir işini, fikrini qəbul eləməyib, tənqidi yanaşır. Mən bunu Şahbaz Xuduoğlunun ədaləti kimi qəbul etmirəm. O özünün şəxsi maraqlarına uyğun olmayanda elə danışır. Sabah münasibətlər düzələndə də, durub başqa cür danışacaq. Amma bütövlükdə, Mədəniyyət Nazirliyinin ədəbiyyat sahəsində sərgilərlə bağlı gördüyü işləri palçığın, bataqlığın içində cüzi müsbət addımlar kimi qimətləndirmək olar.

Azərbaycan dövlətini tanıyıram, onun şərtlərini bilirəm. Ona görə deyirəm ki, inanmıram cəmiyyət tərəfindən o qədər cazibədar qəbul edilsin. İndi Yazıçılar Birliyinin ətrafında, Mədəniyyət Nazirliyinin öz ətrafında o qədər gənclər, yazarlar var. Onların arasından bir nəfər seçib mükafatı ona verəcəklər. "Azərbaycanda yəni elə bir talantlı, dəhşətli dərəcədə, aşıb-daşan istedadı olan bir adam var ki, biz onu görmürük?", yoxsa onu Mədəniyyət Nazirliyinin tapıb, bizə verəcəyi də maraqlıdır. İndi olanımız budur - "Mıa da şükür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri