Icma.az
close
up
RU
Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atıb

Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

3 oktyabr 1993-cü ildə keçirilən Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində şanlı bir gün oldu. Xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçilən Heydər Əliyev məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən qurtardı, ölkəmizi tərəqqi, inkişaf yoluna çıxartdı.

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan şəxslər, siyasi partiyalar Heydər Əliyevin siyasi kursunun alternativi olmadığını başa düşüb, bu böyük siyasi xadimi ölkə rəhbərliyinə dəvət etsəydilər Azərbaycan 20 Yanvar, Xocalı, Şuşa  Laçın, Kəlbəcər, Ağdam və bir çox faciələrlə üzləşməz, torpaqlarımızın 20 faizi işğal altına düşməzdi.

Ulu öndər 1993-cü ildə Prezident seçildikdən sonra ölkədə hüquqi, ictimai-siyasi sabitliyi təmin etdi, ölkə daxilindəki qeyri qanuni silahlı dəstələri zərərsizləşdirdi, ən əsası vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı, müasir, peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etdi. 1991-1993-cü illərdə Azərbaycanda özbaşınalıq, hərc - mərclik hökm sürürdü. O vaxtlar Azərbaycana səriştəsiz, siyasətdən uzaq insanların rəhbərlik etməsi ölkədə olduqca ağır vəziyyət yaratmışdır. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmədikləri, eləcə də baş verə biləcək təhlükənin qarşısını ala bilməyəcəklərini anlayıb Heydər Əliyevdən imdad istədilər. 1993-cü il iyunun 9-da xalqın və hakimiyyətdə olan insanların təkidi ilə Ulu öndər Bakıya gəldi. Xalqının xilası naminə Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Gəncəyə getdi və Azərbaycan xalqına misli görünməmiş fəlakət gətirə biləcək qiyamın qarşısını aldı. Müstəqillik illərində qarşıya çıxacaq bütün çətinlikləri, problemləri həll edə biləcək yeganə şəxs Heydər Əliyevin olduğunu xalq çox gözəl bilirdi. 

Ümummilli lider fitri istedada, zəkaya malik fenomen bir şəxsiyyət, dünya siyasətinin kamil bilicisi, müdrik dövlət başçısı idi.  Dünya liderləri Heydər Əliyevi XX əsrin ən güclü siyasətçilərindən biri hesab edirdilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun əsasını dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycan dövlətinin imicini beynəlxalq aləmdə yüksəltmək, Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq təşkil edirdi. Heydər Əliyev müstəqill Azərbaycan dövlətinin təməlini qoydu, vətəndaş cəmiyyətini formalaşdırdı, milli mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna rol oynadı. Qərbə inteqrasiya yolunu seçən Heydər Əliyev hər zaman milli mənafeyi və milli maraqları üstün tuturdu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu dahi insanın qətiyyəti və iradəsi nəticəsində reallaşdı. Qərb dövlətlərinin və nəhəng neft şirkətlərinin "Əsrin müqaviləsi"nə imza atmaları onların Heydər Əliyevə olan inamından irəli gəlirdi. Onlar başa düşürdülər ki, Heydər Əliyevin imzası xalqın milli marağını ifadə edir və Azərbaycan xalqı bu dahi şəxsiyyəti sevir və ona güvənir. 

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesləri başladı. Ulu öndər respublikamızda rüşvətxorluqla, korrupsiya, terrorizmlə mübarizədə qətiyyətli qərarlar qəbul etdi. Heydər Əliyev hər kəsə başa saldı ki, qanun hər kəsdən, hər şeydən ucadır. 

Dahi lider Azərbaycanda qadın hüquqlarının qorunmasına xüsusi diqqət ayırırdı. Cəmiyyətdə qadınların istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə yüksək vəzifələrdə çalışmalarına böyük dəstək verirdi. Məhz bu dahi şəxsiyyətin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada tanınan bir dövlətə çevrildi. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində qısa müddətdə xarici siyasət sahəsində Azərbaycan böyük uğurlara imza atdı. Dünyanın böyük dövlətləri Azərbaycanla sıx siyasi iqtisadi əlaqələr qurmağa maraq göstərməyə başladı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq təşkilatların gündəliyinə salındı.

Ulu öndər Heydər Əliyev siyasi kursunu rəhbər tutan Prezident cənab İlham  Əliyev  Azərbaycan dövlətini dünyada güclü nüfuzlu bir dövlətə çevirdi. Prezident cənab İlham Əliyev Azərbaycanı regionda və Türk dünyasında aparıcı dövlətə, dünyanın ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edən bir dövlətə çevirdi. Azərbaycan dövlətinin və xalqının qazandığı bütün uğurların təməlində Heydər Əliyev dühası dayanır.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri,professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri