Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Azərbaycan dilinin qorunmasının təməlində Heydər Əliyevin siyasəti dayanır

Azərbaycan dilinin qorunmasının təməlində Heydər Əliyevin siyasəti dayanır

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"1970-ci illərin ortalarından başlayaraq SSRİ-də ictimai-siyasi mühitdə ciddi dəyişikliklər baş verməyə başladı. Xüsusilə milli dillərin sıxışdırılması və rus dilinin üstünlük qazandığı bu dövrdə Azərbaycan dilinin taleyi də təhlükə altına idi. Belə bir şəraitdə milli dili qorumaq və onun dövlət səviyyəsində hüquqi təminatını yaratmaq cəsarət və siyasi iradə tələb edirdi. O dövrün siyasi reallıqlarını nəzərə alsaq, milli dil məsələsini qaldırmaq, onu ictimai müzakirəyə çıxarmaq və Konstitusiyada təsbit etdirmək son dərəcə riskli və nadir hallarda mümkün olan bir addım idi. Ulu Öndər Heydər Əliyev bütün bu riskləri gözə alaraq, Azərbaycan dilinin qorunması və inkişafı uğrunda qətiyyətli mövqe nümayiş etdirdi. Onun rəhbərliyi ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması tarixi bir hadisə olmaqla yanaşı, milli varlığımızın qorunması yolunda əvəzsiz xidmət idi."

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Deputat bildirib ki, 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan sonra respublikaların yeni konstitusiyaları hazırlanmağa başlandı:

"Azərbaycan SSR-də isə bu proses daha fərqli və milli baxımdan əhəmiyyətli istiqamətdə inkişaf etdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi təşviqi ilə Azərbaycan SSR-in yeni Konstitusiya layihəsinə “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi. Bu, həmin dövrdə nadir və cəsarətli qərar idi, çünki digər ittifaq respublikalarında bu cür təşəbbüslərə ya icazə verilmirdi, ya da rəhbərlik tərəfindən ehtiyatla qarşılanırdı. Heydər Əliyev isə bütün siyasi təzyiqlərə baxmayaraq, milli dildə israr etdi. Bu təşəbbüs yalnız konstitusion dəyişikliklə kifayətlənmədi, həm də geniş ictimai dəstəyə çevrildi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyev təklif etdi ki, 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” şəklində verilsin. Bu təklif yekdilliklə qəbul olundu."

Vasif Qafarov deyib ki, ana dili hər bir xalqın kimliyinin, milli yaddaşının və mənəvi dəyərlərinin əsas daşıyıcısıdır:

"Azərbaycan xalqı üçün də ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli qürur, tarixi yaddaş və dövlətçilik rəmzidir. Ulu Öndər bu həqiqəti çox gözəl anlayırdı və dilin hüquqi statusunun təmin edilməsini gələcək müstəqil dövlətçiliyin ideoloji bazası kimi dəyərləndirirdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir. Bu qərar gələcək müstəqil Azərbaycanın Konstitusiyası, qanunvericilik bazası və milli ideologiyasının formalaşması üçün hüquqi zəmin yaratdı.

1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli dövlət quruculuğunun əsas prioritetlərindən biri kimi ana dilinin inkişafına və qorunmasına yönəlmiş sistemli siyasət həyata keçirməyə başladı. 1995-ci ildə yeni Konstitusiyanın hazırlanması zamanı dövlət dilinin adlandırılması ilə bağlı müzakirələr gedərkən Heydər Əliyev öz qətiyyətli mövqeyini ortaya qoydu. O bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır.” Nəticədə,   1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili ölkənin rəsmi dövlət dili kimi təsbit olundu. Bu, ana dilimizin hüquqi baxımdan qorunması və gələcək nəsillərə ötürülməsi üçün mühüm sənəd oldu. 2001-ci ilin 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Eyni zamanda, 2001-ci il 9 avqust tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla hər il avqustun 1-i Azərbaycan dili və əlifbası günü kimi qeyd olunmağa başlandı. Bütün bu tədbirlərin davamı olaraq, 2002-ci il 30 sentyabrda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi, onun qorunması və inkişafı üçün əsaslı zəmin yaratdı."

Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət səviyyəsində hüquqi təminatla təsbit olunması istiqamətində gördüyü işlər milli yaddaşımızın, mədəniyyətimizin və dövlətçiliyimizin təməl sütunlarındandır:

"O, tarixi şəraitdən asılı olmayaraq dilə münasibətdə daim prinsipial və ardıcıl siyasət yürüdərək, Azərbaycan dilini həm Sovet dönəmində, həm də müstəqillik illərində dövlət səviyyəsində qorumağı bacardı. Bu gün müstəqil Azərbaycan Respublikasında Azərbaycan dili dövlət dili kimi tamhüquqlu şəkildə fəaliyyət göstərir, beynəlxalq səviyyədə tanınır və dünya azərbaycanlılarının milli-mədəni birliyinin simvoluna çevrilib. Bütün bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin dərin zəkası, milli iradəsi və tarixi uzaqgörənliyi dayanır."

Vasif Qafarov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Aprel 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see531

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see256

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see251

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see251

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see234

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see233

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see228

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see228

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see226

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see211

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see208

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see203

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see183

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see177

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see177

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see176

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see157

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri