Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Azərbaycan Dillər Universitetində Çinin “Dəniz günü” bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetində Çinin “Dəniz günü” bayramı qeyd olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Çin mədəniyyətinə həsr olunan “Dəniz günü” bayramı qeyd edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində institutun direktoru professor Rafiq Abbasov “Azərbaycan və Dəniz İpək Yolu” mövzusunda onlayn yay mühazirəsi ilə çıxış edib. Mühazirə Çin tarixinin görkəmli şəxsiyyətlərindən biri - dənizçi və diplomat Zheng Henin fəaliyyətinə həsr olunub. R. Abbasov 1421-ci ildə müsəlman admiral Zheng Henin taxta yelkənli gəmilərlə Ərəbistan sahillərinə etdiyi ekspedisiya zamanı çinli dənizçilərin Ədən limanına çatmaları və Məkkəyə ziyarət səfərlərindən bəhs edib.

Professor bildirib ki, 1405–1433-cü illərdə Zheng Henin yeddi hərbi-ticarət ekspedisiyası Asiya və Afrika ölkələri ilə yeni dəniz yollarının açılmasına, gəmiqayırma və naviqasiyanın inkişafına səbəb olub. Bu səfərlər xalqlar arasında ticarət və mədəni mübadilələrin genişlənməsinə də töhfə verib.

R.Abbasov həmçinin vurğulayıb ki, əsası Tsin və Han sülalələri dövründə qoyulmuş, Suy və Tan sülalələri dövründə isə inkişaf edən Dəniz İpək Yolu Çin ilə dünya arasında iqtisadi və mədəni əlaqələrin əsas marşrutuna çevrilib. Həmin dövrdə gəmiqayırma texnologiyaları sürətlə inkişaf edib, kompasdan geniş istifadə olunmağa başlanıb.

Konfutsi İnstitutunun direktoru Çinin sahil şəhərlərinin – Quançjou, Tsüançjou və Fuçjounun inkişaf etmiş limanlara çevrilərək Avropa, Hindistan, Cənub-Şərqi Asiya, İran və Ərəbistan yarımadasına Çin ipəyi, çay, çini və nefrit kimi məhsulların daşındığı əsas dəniz yollarına qoşulduğunu bildirib.

Mühazirədə Çinin XXI əsr Dəniz İpək Yolu təşəbbüsünün məqsəd və vəzifələrinə də toxunulub. R.Abbasov qeyd edib ki, bu təşəbbüs Cənubi Çin dənizi, Sakit və Hind okeanları ətrafında strateji əməkdaşlıq, liman tikintisi, texnoparkların yaradılması, balıqçılıq, turizm, dəniz biofarmasevtikləri, suyun duzsuzlaşdırılması və ixtisas təhsili sahələrində əməkdaşlıqları əhatə edir. Təşəbbüs, həmçinin Asiya ilə Yaxın Şərq, Avropa, Şərqi Afrika və Latın Amerikası arasında yeni dayanıqlı logistika marşrutlarının yaradılmasını nəzərdə tutur.

Professor, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətindən, bu limanın beynəlxalq yükdaşımalarda Azərbaycanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsindən danışıb. O bildirib ki, Bakı limanı ilə Çinin aparıcı nəqliyyat-logistika şirkətləri arasında əməkdaşlıq inkişaf edir, liman idarəçiliyi, gəmiqayırma və intermodal terminalların yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir.

Eyni zamanda, Bakı limanının Ümumdünya Limanlar Konfransında və Beynəlxalq Limanlar Assosiasiyasının fəaliyyətində iştirakından, Çinlə əməkdaşlıq çərçivəsində Tsindao limanı ilə imzalanan anlaşma memorandumundan və ilk Çin–Avropa Transxəzər konteyner qatarının Bakıya çatmasından söz açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri