Icma.az
close
up
RU
Dillər Universitetində Çinin “Səmaya ehtiram günü” qeyd olunub

Dillər Universitetində Çinin “Səmaya ehtiram günü” qeyd olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun “Ənənəvi Çin bayramları” yay onlayn lektoriya fəaliyyəti çərçivəsində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qədim Çin bayramı – “Səmaya ehtiram günü” mövzusunda mühazirə deyib.

Bu barədə AZƏRTAC-a Konfutsi institutundan məlumat verilib. R. Abbasov ay təqvimi ilə altıncı ayın altıncı gününə təsadüf edən və ilk dəfə Çinin Çjou sülaləsinin hakimiyyəti dövründə qeyd olunmuş bayramın tarixindən danışıb. Çin ənənəsində altı rəqəmi Yerin gücünü və Kainatın mərkəzini simvolizə edir və iki altı rəqəminin birləşməsi çalışqan və məqsədyönlü insana xoşbəxtlik və firavanlıq gətirə bilər.

R.Abbasov qeyd edib ki, Çjou dövründən bu günə qədər Çində xeyirxah gücü, böyük hökmdarı təcəssüm etdirən, hər bir insanın hərəkət və düşüncələrini görən Səmaya pərəstiş kultu mövcud olmuşdur. Rəvayətə görə, Çin imperatoru hakimiyyətə gələrək, bəşər dünyası ilə Səma arasında vasitəçi olmaq üçün böyük “Səma oğlu” titulunu qəbul etməli və hər il Səmaya hörmət mərasimi keçirməli idi.

Mühazirədə bu bayramın Çin əkinçilik mədəniyyəti ilə bağlı başqa adının olduğu da qeyd edilib: münbitlik güclərinə sitayiş və faydalı həşəratların sayının artırılması, məhsulların zərərvericilərdən qorunması istəkləri ilə bağlı olan “Qurdların və həşəratların himayədarına sitayiş”.

“Səmaya ehtiram günü”ndə bütün ailə üzvləri ritual şam yeməyi üçün bir araya toplaşır, təmizlənmə mərasimi keçirir, kağız və buxur yandırır, malik olduqları xoşbəxtlik və uğura görə “Səma”ya minnətdarlıq üçün yeməklər, suvenirlər və çiçəklər gətirirlər.

R.Abbasov, həmçinin tələbələrin Çinin mədəni irsi, çinlilərin qədim inanc və adətləri ilə tanışlığının onların Çin xalqının özünəməxsus mənəviyyatını daha dərindən dərk etməsinə imkan verdiyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see365

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see246

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see228

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see216

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see202

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see199

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see196

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see193

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see193

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see192

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see183

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see182

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see181

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see181

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see174

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see172

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see171

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see168

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see165

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri