Icma.az
close
up
RU
Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar AZƏRTAC

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 dekabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçiriləcək Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları dekabrın 22-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı rektor Aqil Şirinov forum iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılmış institutun bakalavriat səviyyəsində təhsil “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə həyata keçirilir. Tələbələrə ixtisas fənləri ilə yanaşı, multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dilləri tədris edilir. Aİİ-nin magistratura və doktorantura təhsil pillələri barədə də məlumat verən rektor əlavə edib ki, ali təhsil müəssisəsinin başlıca hədəflərindən biri ictimaiyyətə dinin düzgün şəkildə çatdırılmasını təmin etmək məqsədilə araşdırmalar aparmaq, cəmiyyətin din sahəsindəki ehtiyaclarını izləmək, yaranan problemlərə dair həll yolları təklif etməkdir.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması və fəaliyyəti barədə din xadimlərinə məlumat verib. Komitə tərəfindən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması ilə bağlı keçirilən müsabiqədə Aİİ məzunlarının fəallığını diqqətə çatdıran sədr müavini onların ölkəmizin müxtəlif bölgələrində imam, imam müavini və dini ayinlərin icraçısı kimi çalışdıqlarını xatırladıb.

Forum iştirakçıları institut və kollecdə tələbələr üçün yaradılan şəraitlə də tanış olublar.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri