Icma.az
close
up
RU
Azərbaycan diplomatiyası böyük uğurlar qazanır

Azərbaycan diplomatiyası böyük uğurlar qazanır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyulun 9-da Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötdü. 9 İyul - Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər. Daha sonra XİN-in kollektivi Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, gül dəstələri düzüb.

Xalq Cümhuriyyətinin davam edən ənənəsi

Qeyd edək ki, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsini əsas götürərək və milli diplomatiyanın həm müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasında, həm də müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasındakı mühüm rolunu nəzərə alaraq Prezident İlham Əliyev 2007-ci il avqustun 24-də Sərəncam imzalayıb.  Sərəncama əsasən, hər il iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. Azərbaycan diplomatiyasının ilk fəaliyyət dövründə - 1919-cu ildə Bakıda 16 xarici dövlətin diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. Həmin ölkələr sırasında ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna da yer alırdı. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanındıqdan sonra hökumət Qərbi Avropa və Amerika ölkələrində diplomatik nümayəndəliklərin yaradılması ilə bağlı qanun layihəsi hazırladı. Bu təşəbbüs gənc dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm addım idi. Lakin 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər Qurultayında SSRİ-nin yaradılması haqqında müqavilənin imzalanması ilə Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. Nəticədə, 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Türkiyə və İran istisna olmaqla, ölkədə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.

İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti strateji maraqlarını nəzərə alaraq digər müttəfiq respublikalar kimi Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da təsis etdi. Bununla belə, bu qurum uzun illər ərzində yalnız formal fəaliyyət göstərdi.

Müstəqil Azərbaycanın müstəqil xarici siyasət kursu

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə dünyanın bir çox ölkələri və BMT tərəfindən tanındı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra milli dövlət quruculuğu prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə etdi. Məhz həmin dövrdə Azərbaycanın xarici siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi. Bu gün Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə milli maraqlara söykənən, müstəqil, çoxşaxəli, balanslaşdırılmış və fəal xarici siyasət həyata keçirilir. Etibarlı tərəfdaş kimi tanınan ölkəmizin xarici siyasət uğurları qonşu dövlətlərlə və digər ölkələrlə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qurulmasına istinad edir. Xarici siyasətdə əldə olunan uğurlar 2020-ci ildə Vətən müharibəsi dövründə də özünü aydın şəkildə göstərdi. Məhz həyata keçirilən məqsədyönlü diplomatiya nəticəsində Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq və regional səviyyədə nüfuzu ildən-ilə artır. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, daha sonra isə 2017-2019-cu illər üçün 176 dövlətin dəstəyi ilə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olması ölkəmizin diplomatik uğurlarının mühüm göstəricilərindəndir. Bununla yanaşı, Azərbaycanın 2019-2023-cü illərdə 120-dən çox ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsi qlobal diplomatik nüfuzunun daha da möhkəmlənməsinə xidmət edib. Bu uğurların davamı olaraq 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın və yüksək nüfuzun növbəti təsdiqi oldu. Regionun aparıcı dövləti kimi tanınan Azərbaycan bu gün qlobal səviyyədə də fəal və prinsipial mövqeyi ilə seçilir.

Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir, həmin təşkilatların fəaliyyətində mühüm rol oynayır. Qazanılan nailiyyətlər qarşıda yeni vəzifələr müəyyənləşdirir. Bu isə Azərbaycanın uzunmüddətli milli maraqlarının təmin olunması baxımından əlavə imkanlar yaradır. Xarici siyasətin əsas prioritetləri sırasında ölkəmizin müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə verilməsi xüsusi yer tutur.

Milli maraqların təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitə çevik uyğunlaşaraq məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirib, ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərini daha da gücləndirib, beynəlxalq nüfuzunu və təsir imkanlarını artırıb.

Diplomatik nailiyyətlər davamlıdır

2025-ci ildə Vətən müharibəsində Qələbənin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının beşinci ildönümü qeyd olunarkən regionda dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılması ölkəmizin regional siyasətinin əsas istiqamətlərindən biri olub. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib. Görüş zamanı Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamə imzalanıb, ABŞ Prezidenti isə sənədə şahid qismində qoşulub. Eyni zamanda, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması və əldə olunan digər razılaşmalar bölgədə yeni geosiyasi reallıqların formalaşmasına və davamlı sülh üçün əlverişli şəraitin yaranmasına töhfə verib.

Sammit çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə də razılıq əldə olunub. Bununla yanaşı, ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların fəaliyyətinin başa çatdırılması ilə Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq gündəlikdən çıxarılması istiqamətində mühüm mərhələ tamamlanıb.

Azərbaycan cari ildə də sülh prosesinin irəlilədilməsi məqsədilə ikitərəfli, birbaşa və prinsipial dialoqa sadiq qalacağını bəyan edib. Bu çərçivədə paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, eləcə də TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası əsas prioritetlər kimi qiymətləndirilir.

Diplomatik xidmət sistemində əsas prioritetlərdən biri peşəkar, beynəlxalq standartlara cavab verən, çevik düşüncə tərzinə və yüksək strateji təhlil bacarığına malik diplomatların hazırlanmasıdır. Bu məqsədlə Azərbaycan diplomatik xidmətində kadr potensialının gücləndirilməsi və peşəkarlığın artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə əsas istiqamətlərdən biri diplomatik xidmətə qəbul prosesinin şəffaf və açıq müsabiqə əsasında təşkil edilməsidir. Namizədlərin peşəkar bilikləri, xarici dil bacarıqları, analitik düşüncə qabiliyyəti və beynəlxalq münasibətlər sahəsində hazırlıq səviyyəsi seçim zamanı başlıca meyarlar hesab olunur. Diplomatların bilik və bacarıqlarının davamlı inkişafı məqsədilə ölkə daxilində və xaricdə ixtisasartırma proqramları təşkil edilir. Bu proqramlar diplomatik protokol, beynəlxalq hüquq, çoxtərəfli diplomatiya, danışıqların aparılması, strateji kommunikasiya və rəqəmsal diplomatiya kimi mühüm istiqamətləri əhatə edir. Bununla yanaşı, diplomatlarımız beynəlxalq təşkilatlarda və tərəfdaş ölkələrin diplomatik akademiyalarında və institutlarında təcrübə keçərək peşə hazırlıqlarını daha da təkmilləşdirirlər.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri