Azərbaycan diplomatiyasını xaricdə təmsil edən xanımlar
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycanın xanım səfirlərinin sayı üçə çatıb.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev imzaladığı Sərəncamla Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Bununla da zərif cinsin nümayəndələrindən olan səfirlərin sırasına daha biri əlavə olundu.
Azərbaycan diplomatiyasını xaricdə təmsil edən xanım səfirlər:
Leyla Abdullayeva — Azərbaycanın Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri. 17 oktyabr 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin olunub.
Nərgiz Qurbanova — Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri. 29 iyul 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin edilib.
Esmira Firudin qızı Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri. 29 iyul 2026-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 İyul 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















